Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailədə əxlaq və davranış qaydaları
Ailədə əxlaq və davranış qaydaları
Göndərən: ___Jasmin___
Şərhlər: 2
Baxılıb: 437
Səs ver:
Ailə – cəmiyyətin təməl daşı hesab olunur. Əgər bu təməl daşı sağlam və düzgün ailə tərbiyəsi əsasında qoyularsa, pak bir mühitin ərsəyə gəlməsinə şərait yaradacaqdır. Amma əgər ailədə təlim-tərbiyə sönük və puç əxlaq əsasında qurularsa, təbii ki, qeyri-insani bir cəmiyyətin formalaşmasına səbəb olacaqdır. Bu baxımdan ailədə əxlaq davranışlarını üç əsas hissəyə bölmək olar: 
1. Ər-arvad davranışı; 
2. Övlad-valideyn davranışı; 
3. Valideyn-övlad davranışı; 
Ər və arvad hər bir ailənin mehvəri və özəyidir. Bu iki mühüm şəxsin mehr və əməyi sayəsində ailə kamilləşir və cəmiyyətdə özünə layiq olan məqamı qazanır. Amma çox təəssüflər olsun ki, bir çox ailələrdə ər və arvadın bəzi mühüm məsələlərə etinasız münasibəti böyük problemlərin yaranmasına səbəb olur və sonradan bunun qarşısını almaq ya çox çətin, ya da qeyri-mümkün olur. 
Ər və arvad həyatın bütün «eniş-yoxuşunda», «isti-soyuğunda» bir-biri ilə şərik olmalı, qarşıya çıxan bütün problemləri səbirlə və düzgün şəkildə həll etməlidirlər. Onlar bağladıqları əhd-peymana sadiq qalmalı, bir-birinə qarşı maddi, mənəvi köməyi əsirgəməməli, özlərinin heysiyyət və şərəflərini qoruyub saxlamalı və nəhayət, lazımi kamilliyə çatmaq üçün birgə çalışmalıdırlar. 
Ailədə əxlaqi davranış çərçivəsində ər-arvadın əsas xüsusiyyətləri kimi aşağıdakıları qeyd etmək lazımdır: 
1) Ehtiram 
Ər və arvadın əsas vəzifələrindən biri bir-birinə qarşı hörmət və ehtiramla yanaşmalarıdır. Əslində, ailə üzvləri arasındakı ehtiram və hörmət məcburiyyət üzündən deyil, pak sevgi və məhəbbətə söykənərək İlahi razılığı qazanmaq məqsədilə olmalıdır. Allah-Taala Qurani-Kərimdə İsra surəsinin 70-ci 
ayəsində buyurur:َ
«Həqiqətən, Biz Adəm övladlarına kəramət və şərafət bəxş etdik». 
Sözsüz ki, Allah-Taala yanında ehtiramlı olan bir şəxs digər fərdlərin yanında da ehtiramlı olacaqdır. Bu baxımdan ailədə qarşılıqlı hörmət və ehtiramın zəruriliyi barədə İmam Baqir (ə) buyurub: «Ailə quran hər bir şəxs öz yoldaşını əzizləyib hörmət etməlidir». 
Başqa bir hədisdə isə Allah Rəsulu (s) ərini qəzəbləndirən və xoşhal edən qadınlar haqqında belə buyurmuşdur: «Vay olsun o qadına ki, ərini narahat edib qəzəbləndirər və xoş o qadının halına ki, ərini özündən razı edər». 
Əziz İslam Peyğəmbəri (s) bir çox hədislərdə qadınına əziyyət verən kişiləri məzəmmət edərək belə buyurmuşdur: «Hər kim zövcəsini günahı olmadan vursa, Qiyamətdə mən onun düşməniyəm. Qadınlarınızı vurmayın. Çünki hər kimi zövcəsini nahaqdan incitsə, Allaha və Peyğəmbərə (s) qarşı günah etmişdir». 
2) Məhəbbət 
Ailənin davamlı və möhkəm olması üçün zəruri şərtlərdən biri də məhəbbətdir. Əgər bir ailədə qarşılıqlı məhəbbət, sevgi hökm sürərsə, şübhəsiz ki, bu ailəni heç bir problem və çatışmamazlıq sarsıda bilməz, belə ki, ər-arvad qarşılıqlı məhəbbət əsasında qurduqları sadə və mənalı həyatlarını heç bir maddi istəklərə qurban verməzlər. 
Məhəbbətin ər-arvad arasında əsas meyar olması barədə Allah-Taala Rum surəsinin 21-ci ayəsində belə buyurur:
«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!». 
Ailə həyatının soyuq və quru keçməməsi üçün əksər hallarda ər və arvad bir-birilərinə olan məhəbbəti dilə gətirməli, özlərinin həqiqi sevgilərini elan etməlidirlər. Çünki yalnız bu cür sevgi və məhəbbət elanı onları yersiz bədgümanlıqdan xilas edər və ailə bünövrəsinin daha da möhkəmlənməsinə səbəb olar. 
Allahın Rəsulu (s) buyurub: «Qadınlarınıza olan məhəbbətinizi izhar edin, bu halda onların sizə əlaqə və xatircəmliyi çoxalacaqdır». 
Peyğəmbər (s) digər bir hədisdə qadınların pisixologiyasına işarə edərək buyurur: «Kişinin qadınına söylədiyi «səni sevirəm» kəlməsi heç vaxt onun qəlbindən silinməz. Bu da səbəb olar ki, qadın ərinə eşq göstərsin və çətinliklərdə ona arxa və kömək olsun». 
3) Mülayimlik 
Adətən, hər bir insan, başqaları ilə şirin, mehriban və mülayim davranmağı özünə borc bilir və hər cür kəskin, tünd və qəzəbli davranışdan bacardığı qədər çəkinir. 
Cəmiyyətdə səmimi dostluğun və mehribanlığın yaranmasına səbəb məhz insanların belə gözəl əxlaqa sahib olmalarıdır.. Allah-Taala Qurani-Kərimdə Peyğəmbərə (s) xitabən buyurub:
«Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar» (Ali-İmran surəsi, ayə 159). 
Deyilənlərdən aydın olur ki, səmiyyət, mehribanlıq və mülayimlik ailədə daha lazımlı və zəruridir. Dünya xanımlarının seyyidəsi Həzrət Fatimə (s.ə) də ümməti mehriban və mülayimliyə dəvət edərək buyurur: «Sizin ən yaxşınız camaatla mülayim və mehriban rəftar edənlər, ən dəyərliləriniz isə öz həyat yoldaşı ilə mehriban olanlardır». 
4) Güzəşt 
Cəmiyyətdə lazım olan mühüm məsələlərdən biri də güzəşt və əfvdir. Bu gözəl və insani əxlaqın cəmiyyətdə formalaşması kin-küdurətin, bədbinliyin və digər rəzil əxlaqi xüsusiyyətlərin aradan getməsinə səbəb olur. Allah-Taala Qurani-Kərimdə belə buyurur:
«Sizin maddi baxımdan üstün və dolanışıqda rifah içində olanlarınız qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə bəxşiş verməkdə simiclik etməsinlər və bəxşişi tərk etməyə and içməsinlər. Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır» (Nur surəsi, ayə 22). 
Əli (ə) güzəşt və əfvi comərdlik hesab edərək buyurur: «Özgələrin günahını bağışlamaq comərdlik nişanəsidir». 
Güzəşt və bağışlamaq, həyat yoldaşının bəzi xətalarını görməməzliyə vurub əfv etmək ailədə ər və arvad münasibətlərində çox lazımlı və inkar edilməz bir həqiqətdir. Həzrət Əli (ə) bu həqiqəti xatırladaraq belə buyurur: «Hər bir halda qadınlarla mülayim və güzəştli olun (hətta öz vəzifələrinə əməl etməsələr də), onlarla mehriban və yaxşı davranın. Mümkündür, bu yolla onlar da öz vəzifələrini layiqincə yerinə yetirsinlər». 
Allah-Taаla Qurani-Kərimdə Özündən sonra valideynin yüksək məqam sahibi olduğunu önə çəkir və ata-anaya hörmət etməyi əmr edərək buyurur:
«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: «Uf!» – belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!» (İsra surəsi, ayə 23). 
Ayədən də görünür ki, hər bir şəxs Allaha itaət və ibadət etməklə yanaşı, öz ata-anasının da xidmətində durmalı, onlara qulluq etməli və İlahi əmrə zidd olmayan hökm və göstərişlərindən çıxmamalıdır. 
İmam Sadiq (ə) bu ayənin, yəni, «valideynlərinizə yaxşılıq edin» ayəsinin təfsirində belə buyurur: «Ata-anaya ehsan və yaxşılıq, onlarla mehriban və mülayimliklə rəftar etmək və həmişə xidmətində hazır olmaqdır». 
Valideynlərə xidmət və ehtiram mövzusunda Peyğəmbərin (s) zamanında baş verən bir hadisəni nəzərinizə çatdırmaq istəyirik: 
Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlib dedi: «Atam və anam dünyadan köçmüşdur. Yenə də onlara yaxşılıq etmək üçün imkan varmı? 
Həzrət (s) buyurdu: «Bəli. Onlar üçün namaz qıl, əhdlərini yerinə yetir, Allahdan günahlarının əfv olunmasını dilə, dostlarının ehtiramını saxla, əlaqələrini kəsdikləri qohumlarla əlaqə yarat». 
Başqa bir rəvayətdə isə qeyd olunur ki, bir nəfər Peyğəmbərin (s) yanına gəlib: «Ya Rəsuləllah, mənə nəsihət et» – dedi. 
Həzrət (s) buyurdu: «Allaha heç zaman şərik qoşma, çünki bu işin cəhənnəm əzabında yanmağına bais olacaqdır. Ata-ananın diri və ya ölü olmasından asılı olmayaraq, onlara yaxşılıq et...» 
Peyğəmbər (s) çoxlu sayda hədislərdə valideynlərin razılığının İlahi razılığa vəsilə olması barədə buyurmuşdur: «Valideynləri həmişə özünüzdən razı edin. Bir şəxs ata-anası ondan razı halda sabahlayarsa, Allah-Taala cənnətin iki qapısını onun üzünə açar. Amma ata və ana övladından gün ərzində narazı olarsa, Allah cəhənnəmin dörd qapısını onun üzünə açar». 
«Cənnətin könül oxşayan iyi beş yüz illik fasilədən hiss olunur, amma qohumlarla əlaqəsini kəsən və ata-anasının qarğışına düçar olan şəxs heç vaxt o gözəl iyi duymayacaqdır». 
Mədinəyə hicrət edən zaman bir nəfər Peyğəmbərə (s) yaxınlaşıb dedi: «Mən də sizinlə mühacirət etmək istəyirəm. Amma ata-anam nigarandırlar və onların göz yaşları məni narahat edir». 
Peyğəmbər (s) buyurdu: «Evinə qayıt və onları ağlatdığın kimi də xoşhal et». 
İmam Kazim (ə) buyurur: «Bir nəfər Peyğəmbərdən (s) valideynin hüququ barəsində soruşduqda Həzrət (s) belə buyurdu: «Övlad onları adı ilə çağırmasın, önlərində yol getməsin, onlardan qabaq oturmasın və elə rəftar etməsin ki, onun ucbatından ata-anasını məzəmmət etsinlər». 
İslami rəvayət və hədislərdə təkidlə vurğulanır ki, ata-anaya məhəbbət göstərmək və onların xidmətində durmaq hamının riayət etməli olduğu və məsuliyyət daşıdığı məsələlərdəndir. Bu barədə İman Sadiq (ə) belə buyurmuşdur: «Üç şeyi tərk etmək heç kəsə icazə verilmir: 
1. İstər dost olsun, istərsə də düşmən, heç kəsin əmanətinə xəyanət etməmək; 
2. Kimliyindən asılı olmayaraq əhdə vəfa etmək; 
3. Hətta kafir olsalar belə, ata-anaya məhəbbət və xidmət etmək». 
Valideyn-övlad davranışlarına gəlincə isə İmam Səccaddan (ə) nəql olunan bir hədisə nəzər yetirmək yaxşı olardı: «Övladın haqqı odur ki, uşaq valideynə mənsubdur və onun bu dünyada yaxşı və pis əməllərinə cavabdehdir. Ona yaxşı ədəb öyrətməli, aləmləri yaradan Rəb-bimizi tanıtdırmalı və Allaha ibadətdə ona kömək etməlidir. Yəqin bilin ki, əgər övladlarınıza yaxşılıq etsəniz, savaba yetişəcək, yox, əgər pislik etsəniz, cəzasını görəcəksiniz». 
İslam Peyğəmbəri də (s) hədislərdə valideyn-övlad davranışlarına toxunmuşdur: «Valideynin övlad üzərində hüquqları olduğu kimi, övladın da valideyn üzərində hüquqları vardır». 
Hər bir valideyn uşaqlarının təlim-tərbiyəsində ciddi səy göstərməli və bu yolda imkan daxilində əlindən gələni əsirgəməməlidir. Unutmaq olmaz ki, hər bir ailədə tərbiyə olunan övlad valideynin, xalqın, millətin gələcəyidir. Əgər övlad layiqli tərbiyə əsasında böyüdülərsə, şübhəsiz, sabah ölkəsinin xidmətində durub onu müdafiə edəcəkdir. 
Əmirəl-möminin Əli (ə) övladın hüquqlarını belə xatırladır: «Hər bir atanın borcudur ki, övladına gözəl ad qoysun, gözəl tərbiyə versin və ona Quran oxumağı öyrətsin». 
Başqa bir hədisdə İslam Peyğəmbəri (s) uşaqlara namazı təlim verməyi tövsiyə edərək buyurur: «Övladlarınız yeddi yaşına çatdığı zaman onlara namazı öyrədin». 
Məlumdur ki, namaz və Quran əhval-ruhiyyəsi əsasında tərbiyə olunan bir uşaq yetkinlik yaşına çatdıqdan sonra da bu yolu davam etdirəcək, azğın, əyri yollara düşməyəcəkdir. Beləliklə, tərbiyə aldığı İslam əxlaqına əsasən həmişə valideynlərinin və xalqın xidmətində duracaqdır. 
Valideynin əsas və həssas vəzifələrindən biri də övladları arasında ədalət və bərabərliyi gözləməkdir. Bu haqda Peyğəmbərimiz (s) belə buyurmuşdur: «Övladlarınıza hədiyyə aldıqda ədalətə riayət edin» və ya «Allahdan qorxun və övladlarınızın arasında insafla rəftar edin, necə ki, sizinlə də ədalətlə rəftar edilməsini xoşlayırsınız». 
Valideyn-övlad münasibətlərində ata-ananın əsas diqqət yetirməli olduğu incə nöqtələrdən biri də övlada qarşı mehriban və səmimi olmaqdır. 
İman Sadiq (ə) İslam peyğəmbərindən (s) rəvayət etdiyi bir hədisdə belə buyurur: «Allah övladını öpən valideyni mükafatlandıracaq və onları şad edənləri isə qiyamət günü şad edəcəkdir. Peyğəmbər (s) «Övladlarınızı sevin və onlara məhəbbət göstərin» – deyə buyurmuşdur». 
Təbii ki, övladın ən çox ehtiyac duyduğu hisslərdən biri ata-ananın nəvaziş və məhəbbətidir. Uşaqlar valideynlərinin onlara qarşı səmimi, mehriban və qayğıkeş olduqlarını hiss etmək istəyirlər. Yalnız bu zaman onlar da hər hansı bir hadisə ilə üzləşdikdə valideynə müraciət edəcək, onların xeyirxah məsləhətlərinə qulaq asacaqlar. Valideyn məhəbbətindən məhrum olan uşaqlar isə evdə özlərini yad hiss edir, ailə mühitindən narazı olur və həmişə məyus görünürlər. 
Peyğəmbər (s) İmam Həsəni (ə) öpərkən Əqrə ibni Habis dedi: «Mənin on övladım var. Amma indiyə kimi heç birini öpməmişəm». Həzrət (s) buyurdu: «Özgələrinə məhəbbət və rəhm etməyənə Allah rəhm etməyəcək». 
Valideynlər çalışmalıdırlar ki, övladlarını düzgün üsullarla tərbiyə etsinlər və onlara verdikləri vədləri yerinə yetirsinlər. Əks halda uşaqlar onlara qarşı etinasızlıq edəcək və onların sözlərinə əhəmiyyət verməyəcəklər. Necə ki, İmam Kazım (ə) buyurub: «Övladlarınıza vəd verdiyiniz sözə əməl edin, çünki onlar sizi özlərinin ruzi yetirənləri hesab edirlər».




Şərhlər: 2
Baxılıb: 437
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
evde esas exlaqdir uwaqin geleceyii ucun
24 may 2016 19:26
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
exlaq qaydalarina fikir vermek lazimdir ki usaqlarda sonradan terbiyelerinde prablemler olmasun
13 may 2016 11:14
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz