Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilik təklifinin üç rəddedilməz üsulu
Evlilik təklifinin üç rəddedilməz üsulu
Göndərən: guler19
Şərhlər: 2
Baxılıb: 400
Səs ver:
Münasibətlərinin növbəti mərhələyə çatıb və sevdiyiniz xanıma evlilik təklifi etməyin vaxtı gəlib-çatdı? Bunu mümkün qədər təsirli etmək lazımdır - axı gələcək həyat yoldaşınızın bu günü xatırlayaraq Sizin davranışınızı qiymətləndirməsinin dərəcəsi məhz evlilik təklifinin təsirliliyindən asılıdır. Odur ki, evlənmə təklifi maksimum dərəcədə fantaziya və romantika ilə müşayiət olunmalıdır. 

Sevdiyiniz qıza Sizinlə evlənməsi təklifini etməyin müxtəlif gözəl üsulları var. 

Birinci üsul. Standart 
Standart, lakin eyni zamanda gözəl və xoşagələn evlilik təkliflərini bir çox filmlərdə görmək olar. Evlənmə təklifini edəcəyiniz yer - elit restoran. Qutuda üzük, əlinizdə holland qızılgülü və ya səhləb çiçəyi, bədəniniza oturmuş kostyum - Sizi müşayiət edən arsenal olmalıdır. Təsir üsulu - gözəl təsir bağışlayan nitq və öpüş. Çətin ki bir xanım bu cür təklifə qarşı dayana bilər. Xanımı tamamilə heyrətləndirmək istəyirsinizsə, Sizin üçün romantik bir melodiya ifa edəcək skripkaçı dəvət edə bilərsiniz. 

İkinci üsul. Orijinal. 
Gözlənilməz və gözəl bir şəraitdə edilən evlənmə təklifləri orijinal hesab olunur. Məsələn, sevdiyiniz xanım üçün fleşmob təşkil etmək olar. Fleşmobun hər bir iştirakçısı xanıma yaxınlaşıb, bir gül hədiyyə etsin. Sonda isə Siz peyda olursunuz, əlinizdə üzük xanımın qarşısında dizi üstə çöküb, ona evlənmə təklifi edirsiniz. İncə, gözəl və təsirli evlənmə təklifidir - Sizin bu hərəkətinizi hələ zeyli vaxt ərzində başqalarına nümunə göstərəcəklər. 

Üçüncü üsul. İctimai. 

İctimai evlilik təklifini mini-səhnə və mikrofonun olduğu istənilən yerdə etmək olar. Bunun üçün, orada olan insanların diqətini rica edirsiniz. Sonra xanımın ləyaqəti və bütün yaxşı cəhətlərini sadalayaraq münasibətlərinizin tarixcəsi barədə qısaca olaraq danışırsınız. Daha sonra isə sevdiyinizi etiraf edərək evlilik təklifinizi edirsiniz. Nitqiniz ətrafdakıların alqışları ilə müşayiət olunan asta bir rəqslə yekunlaşır. 

Və sonda, evlilik təklifi - Sizin birgə həyatınızın başlayacağı an ola bilər. Gözəl və yadda qalan evlənmə təklifini etməklə Siz gələcək ailə həyatınızda da böyük nüfuz qazanacaqsınız. Odur ki, bu an üçün heç nə əsirgəməyin.


Şərhlər: 2
Baxılıb: 400
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
esasi evlilikde xosbext olmaqdir
9 iyun 2016 18:31
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
subay qizlarimiz oxusun)
9 iyun 2016 13:14
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz