Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxtliyin açarı
Xoşbəxtliyin açarı
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 609
Səs ver:
Valideyn olaraq övladınızın xoşbəxtliyi sizin üçün ən ümdə məqsəddir. Bu məqsədlə onun hər bir arzusunu yerinə yetirməyə, saysız hesabsız oyuncaqlar almağa, ən yeni geyim və texnoloji avadanlıqları tez bir zamanda ona yetişdirməyə hazır olduğunuz da təbiidir. Bəs bilirsiniz ki, sizin bütün bu növ səyləriniz onları yalnız qısa müddətdə xoşbəxt edə bilir? Xoşbəxtliyin övladınız üçün ömür boyu sürəcək həyat tərzinə çevrilməsi üçün heç də bu qədər maddiyata ehtiyac yoxdur. Gərək olan yalnız sizin sevginiz və dəstəyinizdir.
İlk növbədə övladlarınızı daha yaxından tanımağa çalışın. Onların özlərini ifadə etməkdə çətinlik çəkdikləri ilk aylarında qığıltılarından, ağlamaqlarından, daha böyük yaşlarında üz ifadələrindən hərəkətlərindən balalarınızı narahat edən məqamları vaxtında sezin. Bu bacarığa yiyələnməyin ən asan yolu isə onlarla daha çox ünsiyyətdə olmaqdır.  Övladlarınızı qucağınızda gəzdirməkdən, onları öpüb bağrınız basmaqdan çəkinməyin. "Qucağa öyrəşər” "Ərköyün olar” deyə məsləhətlərə əhəmiyyət verməyin. "SİZ” onlar üçün ən qiymətli varlıqsınız və sizinlə ünsiyyət və yaxınlıq onları xoşbəxt edəcək ilkin şərtdir.
Övladlarınız üçün digər yaxınları ilə ünsiyyət yaratmağa, yeni dostlar tapmağa şərait yaradın. Bu ünsiyyət zamanı onlar bölüşmək və qayğı göstərmək kimi mühüm keyfiyyətlərə yiyələnəcəklər. Belə keyfiyyətlər onlara özlərini lazımlı və vacib hiss etməyə kömək edəcək. Bu hətta yetkin insanlar üçün də xoşbəxtliyin açarı hesab olunur.
Övladlarınızı tərifləyərkən doğru məqamlara diqqəti yönəldin. Oğlunuzu futbolda qol vurduğu üçün deyil, qol vurmağa sərf  etdiyi zəhmətinə görə qiymətləndirin; qızınızı gəzməyə başladığı üçün deyil, bunun üçün etdiyi cəhdlərə görə əzizləyin. Əks halda övladınızın özünə inamı sırf nailiyyətlərindən asılı olacaq. Bu səbəbdən hər dəfə nəyisə bacarmadıqda məyusluq qaçılmaz hala çevriləcək. Onlar sizin və digər yaxınlarının sevgisini də nailiyyətləri ilə əlaqələndirəcəklər ki, bu da uğursuzluğun bədəlini övladlarınızın gözündə süni şişirdəcək. Nəticədə əziz balalarınız  hətta qazandıqları uğurlarından da zövq almaqda çətinlik çəkəcəklər.
Sonda bir qızıl qaydanı xatırlayın: xoşbəxt valideyn xoşbəxt övlad deməkdir.  Ən əziz varlıqlarınız uğrunda bitməyən zəhmətiniz sizi özünüzü xoşbəxt edəcək fəaliyyətdən uzaq salmamalıdır. Siz övladlarınıza xoşbəxt insan nümunəsi olmalısınız. Onlar xoşbəxtliyi mücərrəd məhfum kimi  deyil, sizin obrazınızda həyat tərzi kimi görməlidilər.


Şərhlər: 8
Baxılıb: 609
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
her zaman ovlada xosbextliyi yansitmaq lazimdir ki ovladda heyatda yasadiqi muddetge xosbext ola bilsun zamanla onsuzda kederi anlayagey
23 aprel 2016 14:30
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
zezema
ushaqlarim gucaq da da boyuyub, kapriz də eliyib... amma ilk kaprizində - üzümü görüb! ilk nadincliyində - üzümü görüb! əzizləmək lazimdi. amma uşagı daim "uşaqdır" deye gormek olmaz! nə qədər ushaqla "boyukdur" kimi davaranilsa o qədər "boyuk və agilli ushaq" olacaq! iki gun evvel heyetde qonshum dedi ki "aaaa bextever anasan e ushaqlarun ne deyirsen eliyir" 10 defe geldim uzerlik yandirdim. amma o ana gozumuzun qarshisinda shilleleyirdi ushagi heyetde - ushaqda inadlashir onunla. ana gerek hirsini ushaqdan cixmasin. men ele olub ki coooooox hirsli olmusham, hemishe de hirsli olanda ushaqlarimla daha yaxinlashmisham. ona gore de hele ki min shukur agilli və sanki 20 yashinda insandilar. az maz nadinclik edirler o da evde. sesim gelen kimi dayanirlar.
22 aprel 2016 21:00
# 7
Bir hissimi itirmishem - TEECCUBLENMEK
BARBI
Ovladlarimiza daim sevgi ve qaygi gostermeliyik. Onlar valideyn sevgisine mohtacdir
22 aprel 2016 18:32
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Xowbext valideyn xowbext ovlad demekdi,uwaqlarimizin xowbext olmasi ucun gerek biz xowbext olaq
22 aprel 2016 17:08
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Aybə
Mən uşaqlarım körpəlikdən qucağma götürüb çox əzizləmişəm,çünki onları çox sevirəm onlar mənim hərşeyimdi.Ama onları özümə oqədər sevib bağlamışamki evdə 1az məni görməyəndə axtarıllarki mama hardasan.

Mən uşaqlarım körpəlikdən qucağma götürüb çox əzizləmişəm,çünki onları çox sevirəm onlar mənim hərşeyimdi.Ama onları özümə oqədər sevib bağlamışamki evdə 1az məni görməyəndə axtarıllarki mama hardasan.
22 aprel 2016 15:26
# 4
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
Fialka
Maraqlı mövzu idi valideyn və uşaq arasında olan münasibət. Elə valideyn var sanır ki, maddi olaraq təmin etməklə uşağa hər şeyi verir amma əslində yanılır çünki valideyn sevgisini , şəfqətini uşaq hiss etməlidir... Sonda doğru qeyd edilib ki, hər şey kimi xoşbəxtliyi də uşaqlar valideyndən öyrənirlər....
22 aprel 2016 15:19
# 3
Miss_Oxatan
bele movzulari oxumagi cox sevirem cunki maariflenirem.ovladim InwAllah dunyaya gelende tetbiq etmek ucun.bu mesuliyyetdir.her kes bilmelidir.derk etmelidir.paylawim ucun muellife tewekkurler.
22 aprel 2016 15:02
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Barbaris
xowbextem) twkler xebere gore)
22 aprel 2016 14:37
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz