Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim ailəm - mənim qalam
Mənim ailəm - mənim qalam
Göndərən: ulduz
Şərhlər: 6
Baxılıb: 369
Səs ver:
İki müxtəlif cinsin nümayəndəsi arasında nigah adlanan əlaqə sadəcə olaraq, təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O, hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək, qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır” (Hegel)

Həyatımız elə qurulub ki, dünya yaranandan bəri yer üzərində hər an inkişaf gedir. Hər şey öz sürəti ilə axarına qapılaraq hansısa bir istiqamətdə axır. Sürətini artırsa da və ya bəzən büdrəsə də yenə də dayanmır, axır və dövr edir. Eləcə də bizlər.

Bir ayədə belə buyrulmuşdur:
"Allah sizə özünüzdən qadınlar var edər. Qadınlarınızdan da oğullar və nəvələr var edər. Sizə təmiz şeylərdən ruzi verər. Elə isə batilə inanırlar və Allahın nemətlərini inkar edirlərmi?” "İçrənizdəki subayları, kölələrinizdən və cariyələrinizdən saleh olanları evləndirin. Əgər yoxsuldularsa, Allah onları lütfü ilə zənginləşdirər. Allah lütfü bol olandır, biləndir.”

Allah təala insanları yaratdı və onlara soylu, köklü, nəsilli bir yol göstərdi. Hansı ki, bu yolda, hərə özünə bir gələcək seçdi. Amma, bu yolda tək irəliləmək çox çətindir və məncə maraqsızdır. Qadınla kişinin birlikdə olması, bu yolda yoldaş, bir-birinə dayaq olması, onlar üçün daha maraqlı, rəngarəng həyat sürməyi təmin edir.
O qurduğun xəyalı, o düşündüyün gələcəyi birinin əlindən tutub, onun istisini, sevgisini, səninlə daxilən və xaricən bərabərliyini hiss edərək daha da canlandırıb, o yolda daha da gümrah irəliləyərək, yaşamaq daha gözəldir, nəinki tək.

Ailə — məhz, budur o bərabərlik. Bir-birlərinə bağlı olan, bir-birləri üçün ürəkləri həyəcanla, sevgi ilə çarpan gənclər eşqin nə olduğunu yaxşı bilirlər. Bir-birlərinə qarşı bu dəyərli hissi yaşayanlar bir ömür boyu bərabər addımlamaq istəyi ilə artıq quracaqları ailənin təməl daşını qoyurlar. Gündüzləri bir yerdə salamlayıb, gecələri isə bir yerdə yola salaraq bir həyatı bölüşür, sevgilərinin bəhrəsi olan övladlar dünyaya gətirərək, yuvalarına daha da sevinc, məna qataraq onu genişləndirir və ailə sahibi olurlar. Sonra isə, necə deyərlər, bir yastıqda qocayaraq bu ailənin gözlərinin önündə daha da genişlənməsinin, hər anıyla daha da mənalaşmasının şahidi olurlar.

Bu düşüncələrdən yola çıxaraq, mən deyərdim ki, ailə də bir Vətəndir. Bu Vətənin sakinləri bir-birinə bağlılıqları ilə öz yuvalarında hey püxtələşir, törəyir, yeni-yeni nəsillər yetişdirirlər.

Ailə bizim ən isti ocağımız, qurduğumuz ən böyük, bərk və sarsılmaz evimizdir. Ən azından belə olmalıdır. Ailə bizim gələcəyimizdir, bizi özündə yaşadan və bizim yaşatdığımızdır, hansı ki, hardan baxsan, hər fəsli ilə həyatımızın rəngidir, mənasıdır.

İndi nə ataxaqanlıq, nə anaxaqanlıq dövrüdür. Sağlam düşünən insan anlamalıdır ki, hər kəsin öz haqqı, hər əməlin, hər sözün öz yeri var. Bir-birlərimizin haqqını tapdalamadıqca, bir-brimizə hörmət etdikcə və bir-birimizi sevdikcə ailəmiz də möhkəm qalar, ailə qalamız da möhkəm təməl üstündə qurular. Mənim ailəm – mənim qalam! (Silovan Ramişvili)
Həqiqətən də ailə bir qaladır. Qurub-yaratdığın, sonra da içinə sığınıb yaşadığın. Onu qorumaq da sahibinə düşür. Ailənizin qədrini bilin, onun dəyəri ölçülməzdir.

Hər birinizə öz yuvanızı qurmağı, sevgi içində xoşbəxt, mənalı ailə həyatı sürməyi diləyirəm.


Şərhlər: 6
Baxılıb: 369
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Marta
Basligi cox beyendim cunki aile qurduqdan sonraki heyat suarimdir "MENIM AILEM-MENIM QALAM" o qala da yoldasim ve mene aiddir kenardan hec kes o qalaya mudaxile ede bilmez en dogma insanim bele.Ikimize aid problemler o qalada hell olunur sevincimiz sevgimiz kederimiz o qalada ikimizin arasinda yasanir.. heart
11 aprel 2016 18:25
# 6
Немного терпения, и у тебя все получится..
Dj_Vampir
Hər birinizə öz yuvanızı qurmağı, sevgi içində xoşbəxt, mənalı ailə həyatı sürməyi diləyirəm.-Amin))
11 aprel 2016 15:46
# 5
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
evli.mutlu.cocuklu
Aileliyem insallah usagimda olar tam aile olariq
11 aprel 2016 15:27
# 4
qanadli melek
Aile quranda temelini mohkem qoymaliyiqki bizim ucun sarsilmaz qala olsun.hormet,inam,merhemet,olanda bagiwlamgi,guzeste getmeyi bacaranda sevgide olur ve o aile daha mohkem olur
11 aprel 2016 10:28
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Ekizlerin mamasi
Hörmət sevgi qarsiliqli anlaşma üstündə qurulan aileler fikirləşirəm ki nə çətinlikdə olsa bir birin yola verməyə çalışır. Həm də övlad olduqdan sonra insan hər fikrin neçə dəfə götür qoy edir.nədə olmasa hər verilən qərar övlada da təsir edir
11 aprel 2016 08:57
# 2
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
vipbetul
Her kes oz ailesinin qedrini bilmeli qorumali sahib cixmalidir
11 aprel 2016 01:19
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz