Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evliliyə mane olan amillər
Evliliyə mane olan amillər
Göndərən: Lola_Maya_
Şərhlər: 2
Baxılıb: 344
Səs ver:
Cavanların evliliyinə mane olan amillər müxtəlifdir. Onları tanıyaq:
1. Fərdi problemlər.
2. Ailə problemləri.
3. İctimai problemlər.
 
Fərdi problemlər.
Adətən evliliyə mane olan ən mühüm amil budur - bir insanın evliliyə olan fərdi baxışıdır. Hər kəsin evliliyə olan baxışı eyni deyildir, müxtəlifdir. Bu da həyat yoldaşı seçimində və qərar verməkdə çətinliklər yaradar. Hər kəs ideal insan axtarışındadır, ancaq hər kəsin idealı fərqlidir. Əgər evləndiyi insan idealı deyildirsə, bu zaman nakamlıqlar başlayar və aradan qaldırılması çətin olan izlər qoyub gedər. Əgər cavan Quran və Məsumlarımızın (ə) söylədiyi meyarlara əməl edərək evlənərsə, təəssüflənməz. Mömin insanın bütün səyi - ailəsinin xoşbəxt və şad olmasıdır. Belə bir insanın ailə həyatı şirin və xoşbəxt olar. Ancaq əgər meyarı maddi və nəfsani olarsa, o zaman həyat yoldaşından tez soyuyar və ailə həyatı ona yorucu gələr. Beləliklə, deyə bilərik ki, bir cavanın fərdi problemlərinin aradan qaldırmağının yolu - İlahi meyarlar əsasında seçim etməsi və yaşamasıdır.
 
Ailə problemləri.
Cavanların evlənməsinə mane olan ailə problemləri bunlardır:
1. Ailələrin özünü bir-biri ilə müqayisə etməsi.
2. Gəlin və bəydən yersiz gözləntilər.
3. Mədəniyyət, iqtisadi, ailə fərqlərinin olması.
 
İctimai problemlər.
Bu problemləri də bir neçə dəstəyə bölmək olar.
1. Məskən.
2. Təhsil.
3. Peşə və lazımlı qədər qazancının olmaması.
4. Toy mərasimi üçün lazımi qədər pulun olmaması.
Beləliklə deyə bilərik ki, əgər insanların evliliyə olan baxış bucağını dəyişdirə bilsək, cavanlarımız çox rahat şəkildə ailə qurar və evlilik yaşları da ötməz. Bunun üçün bu üç problemi aradan qaldırmağa çalışmaq və İlahi meyarları əsas tutmaq lazımdır. Təmtəraq və həddən artıq pul xərcləmək nə cavan cütlərə xeyir gətirər, nə də gələcəkdə xoşbəxt olmaları üçün təminat olar. Əksinə, toya xərclənən bu qədər külli miqdarda pulu çatışmayan problemlərini aradan qaldırmağa xərcləsəydilər, daha xeyirli və bərəkətli olardı. Hər bir halda evlənməyi qəsd edən hər bir cavan bu problemlərə diqqət etməli və seçim zamanı İlahi meyarı əsas götürməlidir.


Şərhlər: 2
Baxılıb: 344
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Menim ferdi problemlerim evliliye mane olur. Evliliye qarsi sebebsiz nifret yaranib
13 aprel 2016 08:28
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
indi esas ictimai problemler evliliye mane olur budaki duzgun prizmadan baxdiqda yaxsidaki ele olur
13 aprel 2016 02:32
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz