Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yox, həyatım, atan məni sadəcə qıdıqlayırdı
Yox, həyatım, atan məni sadəcə qıdıqlayırdı
Göndərən: Antikvar
Şərhlər: 7
Baxılıb: 1669
Səs ver:
Uşaq sahibi olmanın ən qarışıq yönlərindən biri seks üçün vaxt və fürsət tapa bilməməkdir. Könlünüz istəyən zaman sekslə məşğul ola biləcəyiniz günlər keçib getdi artıq. Fürsətiniz olarsa, sekslə məşğul ola bilərsiniz. Uşaqlı oldunsa, belədir.
Bu hal münasibətinizə potensial yıxıcı təsir göstərə bilər. 

Gözləntilərinizi azaldın
Bu vəziyyəti qəbul etməniz şərtdir. Əvvəllər deyirdilər ki, uzun və xoşbəxt evliliyin sirri az gözləntilərin olmasıdır. Gün boyunca uşaqların ehtiyaclarını qarşılamaq üçün elə hey çalışan valideynlərin günün sonunda seks üçün enerjisi qalmaz. Səsli-küylü, dəli-dolu sevişmələr artıq yerini fısıldaşmalara, yastıqlarda boğulmalara, yorğanı başına çəkmələrə verir. Alt paltarını çıxara bilmək belə qələbə sayılır. Buna görə çox uzatmadan qısa ön sevişmə yaşamalı və əsas məsələyə keçərək hər ikiniz də qane olmalısınız. Qısa olmasını görməzdən gəlin, ciddi problem etməyin.

Məkan, məkan, məkan
Yoldaşınızla həmişə böyük taxtınızda seksdən zövq alırdınız. Ancaq indi taxtınızı balaca varlıq işğal edibsə, siz də onun yatağından istifadə edə bilərsiniz. Onsuz da istifadə etmir. Yerdə də olar, niyə də olmasın?! Uşaq olandan sonra hamam otağının qapısı da kilidlənə bilər, niyə də yox?!

Hərdən elə anda qapını açıb otağa girər ki...
Fürsət tapdıqda belə, bütünlüklə sevişməyə diqqət yönəltmək əqli yaralanmalara səbəb ola bilər. Seks zamanı bütün diqqəti seksə yönəltmək düzgün deyil. Həmişə bir qulağınız, bir gözünüz qapıda olsun. Balaca hər an otağı işğal edə bilər.

Yoldaşınızla flirt edin
Bir neçə dəqiqə hamamda gizlənin. Keçərkən ona toxunun. Yoldaşınıza onu istədiyinizi hiss etdirin. Boynunuza alın ki uşaq olandan sonra sevişmək bir kənara qalsın, hətta oynaşmaq üçün vaxt, imkan olmur. Uşağınıza bir günlük də olsa baxıcı tapıb, yoldaşınızla qısa da olsa vaxt keçirməyə çalışın.

Özünüzə gəlin
Seks bir müddət sonra adi hala çevrilir. Uşaq olduqdan sonra isə bu adiləşmə daha qabarıq hal alır. Uşaqlarınızı münasibətinizin tam mərkəzinə qoymaq zərər verə bilər. Spontan olun. İşə yaramasa da bir proqram təşkil edin. Görüşün necə erotik olduğunu görəcəksiniz.

Uşaqlarınıza yalan deyin
"Yox, həyatım, problem yoxdur. Atan məni sadəcə qıdıqlayırdı".
"Heç tapşırıqlarını edirik sadəcə".
"Yox, atan hamamda mənlə deyil. Bəlkə də bağdadır, get ora bax".

Sakit olun
Həqiqətən rahatlayın bir az. Seksdən dolayı çox stress keçirməyin. Qəbul edin ki, artıq uşaqlarınız var və həyatınız dəyişib. Buna uyğunlaşın. Yaradıcı olun. Sevgi üçün vaxt ayırın. Proqramlar təyin edin, işə yaramasa da, sakit olun və səhər yenidən təkrarlayın.


Şərhlər: 7
Baxılıb: 1669
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
maraqli xeber olduu 122 122
3 may 2016 22:05
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Kölge
Heee "işin" şirin yerinde oglum durub meme istemese teeccublenirem.soska tutmur deye gece 10defe doş isteyir.onun da biri mutleq duşur "pis" vaxta
2 may 2016 18:07
# 6
Her şeye gore şukur
Ekizlerin mamasi
Uşaq tesadufen nəyisə horse vəya səsləri eşitsə bu onun fikrində qalır və çalışır ki yenə həmin ani yaxalasin. Əlbət ki uşaq olandan sonra belə işlər düşür ən son plana axşamacan o qədər iş gör uşaqlara bax ora bura.axşam düşəndə sadəcə yorgunlugunu atmaq çün yatmağı düşünürsən.
2 may 2016 17:38
# 5
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
vipbetul
maraqsiz melumatdi
2 may 2016 09:46
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Gulmeli xeber oldu. Usaqlara bele yalanlar danismaq lazimdir. Ovlad sahibi olduqdan sonra cinsi heyat yox seviyyeye enir
2 may 2016 08:10
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Narın Yağış
Atan məni qıdıqlayırdı 122 hər nə qədər belə xəbərlər mənim üçün maraqsız olsada başlıq diqqətimi çəkdi 23 yazıb balaca həran otağa daxil ola bilər.Qapının açarı deyilən birşey var səhv etmirəmsə)) kim deyirki taybatay açıq qalmalıdı qapı nəysə ne yaa mən ən yaxşısı susum)) gecə gecə xeyli güldüm antik təşəkkür)
2 may 2016 01:26
# 2
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Aybə
Çalışmaq lazımdır ki,uşaqlar heçnə görməsin və eşitməsin.Bu ilk növbədə uşağın tərbiyəsinə təsir edir.
2 may 2016 01:04
# 1
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz