Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlam münasibətin 13 əlaməti
Sağlam münasibətin 13 əlaməti
Göndərən: Tomris Müslümova
Şərhlər: 2
Baxılıb: 535
Səs ver:
Xoşbəxt cütlük görəndə ətrafdakı insanlar ürəklərində həmin an deyirlər: "Necə də xoşbəxtdirlər”! Əslində hər bir münasibətdəki əlaqələr gözəl ola bilər.
1. Onunla güvəndə olduğuna əmin ola bilərsən və o sənə nə mənəvi, nə də ki,  fiziki olaraq dəhşətli nəsə bir şey etməz. "Pis oğlanlar" yalnız kinoda yaxşıdır.
2. Sən yəqin bilirsən ki, onun sənə münasibəti necədir. Bir insan öz hərəkətləri və davranışları ilə sənə eyham vurur ki, səni sevir və sənə də çobanyastığıda cavab axtarmaq gərəyi qalmır ( sevir-sevmir). 
3. Sən onu dəyişdirməyə çalışmırsan və bunu arzulamırsan: az içsin, daha səliqəli olsun...Sağlam münasibətdə sən münasibətdə olduğun insanı necə var elə də qəbul etmiş olursan.
4. Həyat mübarizədir amma əlbəttə ki, sevgilinlə yox. Pis münasibət sizin qazanmağa çalışdığınız döyüş kimidir. Yaxşı münasibət isə görüşdüyünüz an taleyin mükafatını aldığınızdır. 
5. Çətin ki, nə vaxtsa dostlarına görə şikayətlənəsən. Bu münasibət əvvəlki yaşdakılar kimi deyil ki, hər keçmiş rəfiqəsi ilə olan qısa sms-lər aranızda bitib-tükənməyən müzakirələrə bəhanə olsun. 
6. Onun sanki nəsə gizlətməsi haqqında heç bir şey hiss etmirsən. Sən bilirsən ki, sevgilin səninlə hər şeyi açıq danışır. Sən ondan "sənin bilməməyin yaxşıdır”, "mənə vaxt lazımdır, mən bu haqda danışmağa hazır deyiləm” kimi ifadələr eşitmirsən. Sən ondan kifayət qədər diqqət, sevgi, qayğı, səmimilik alırsan və sənə ondan bütün sözləri kəlbətin ilə dartmağa ehtiyac qalmır. 
7. Münasibətlərdə inciklik, qısqanclıq, qisas və digər axmaq xüsusiyyətlərə yer yoxdur. Onu hər hansı söhbətə məcbur etmək, hansısa səhvinə və ya qısqanclığa görə cəzalandırmaq sənin işin deyil. 
8. Bir-birinizi mühakimə etməyin və qarşılıqlı səmimi olun. Ən yaxın adamların bir-birinə qarşı qeyri-səmimiliyi anlaşılmazdır. 
9. Gələcək haqqında açıq danışmaqdan qaçmayın. Təbii ki, bu elə birinci görüşdəcə uşaq haqqında düşünmək demək deyil. Artıq bir il sonra münasibəti hansı istiqamətdə irəlilətməyi düşünməyin əsl vaxtıdır.
10. Ətrafınızdakılar sizi cütlük kimi qəbul edirlər. Dəvət olunduğunuz harasa ikinci dəfə yenə dəvət olunursunuz. 
11. Hətta mübahisə etmiş olsanız belə, bilirsiniz ki, bu münasibətin sonu deyil. Sevən insanlar həmişə nəyəsə görə mübahisə etsələr də ortaq məxrəcə gələ bilirlər. 
12. Əgər o sənin zəng və mesajlarınıza cavab verə bilmirsə, həmin an narahat olmayın. O an düşünmək lazım deyil ki, o səni atıb harasa çıxıb gedib.
13. Sən əvvəlki münasibətlərin haqqında düşünürsən və təəccüblənirsən ki, indi olduğu kimi daha azına qane ola bilərdin. Axı indi bilirsən həqiqi, sağlam münasibət nədir.


Şərhlər: 2
Baxılıb: 535
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
twkler maraqli melumatdir ama xeberdaram az da olsa
2 iyun 2016 14:25
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
munasibeti olanlar oxusunlar
2 iyun 2016 13:10
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz