Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat yoldaşına qarşı misilsiz eşq
Həyat yoldaşına qarşı misilsiz eşq
Göndərən: heyatim_menim
Şərhlər: 4
Baxılıb: 520
Səs ver:
Layiqli qadınların bəyənilən xüsusiyyətlərindən biri də ərlərinə qarşı misilsiz eşq-məhəbbət bəsləməkdir. Bu məsələ o qədər təsirli və əhəmiyyətlidir ki, böyük din fəqihləri bu xüsusiyyəti nikahın əsas şərtlərindən biri hesab etmişlər. Bu xüsusiyyət olmadan ərin qarşılıqlı məhəbbəti və aram ruhu mümkün deyildir. Qəti şəkildə demək olar ki, ərinə həqiqi mənada aşiq olan qadın heç vaxt onun sözündən çıxmaz. Ailə həyatının əsası mehr-məhəbbət əsasında qurulmuşdur. Allah taala "Rum” surəsinin 30-cu ayəsində bu həqiqəti aşkar şəkildə bəyan edir. Buna görə də Allah ər-arvad arasında o qədər məhəbbət yaradır ki, onun mislini heç kəsdə yaratmamışdır. İndi sizin diqqətinizi bu barədə bir hədisə cəlb edirik. Əli ibni Hüseyn (əleyhissalam) buyurur:
"Allah taala qadını əri üçün aramlıq səbəbi qərar vermişdir və bu, həqiqətdə böyük ilahi bir nemətdir.” "Məkarimul-əxlaq”, səh. 420. Bu hədisdən aydın olur ki, qadın belə bir xüsusiyyətə malik olmazsa, aramlıq mümkün deyildir. Həyat yoldaşı islami əxlaqla, məhəbbət dolu baxışlarla, gözəl və bəzənmiş halda əri ilə qarşılaşarsa, rifahını, imkanlarını və həyat yoldaşının asayişini təmin edərsə, şəksiz ki, onun aramlığını da təmin etmiş olar və nəticədə ailə ocağında mehriban, ürəyiyanar və işgüzar övladlar tərbiyə olunar.
Ümmü Sələmə deyir: "Zəhra bəxt evinə gedəndə Peyğəmbər Əli və Fatiməni öz hüzuruna çağırdı. Əlinin sağ əlini, Fatimənin sol əlini öz sinəsinə qoyub hər ikisinin alnından öpdü və hər birinin məqamını digərinə tanıtdırdı, məhəbət dolu həyatı onlara tövsiyə etdikdən sonra Fatiməni Əliyə təhvil verdi.” 
Bəli, Əli və Fatimə (əleyhiməssalam) agahlıq üzündən ilə evləndilər, onlar bir-birinin məqam və mənzilətini bilirdilər. Bir-birinə o qədər məhəbbət bəsləyirdilər ki, maddi məsələlər və yoxsulluq onların müqəddəs eşqini zərrə qədər belə azalda bilmədi, ailənin səfa-səmimiyyətində sarsıntılara yol vermədi. Əli (əleyhissalam) möhkəm bir dağ kimi olduğu halda Həzrət Fatimə vəfat edəndən sonra onun hicranında özündən taqətsizlik göstərdi, bütün səbri tükəndi. Allah taaladan səbir istədi. Həzrət o qədər zəifləmişdi ki, köməkçi olmadan hərəkət edə bilmirdi; əmisi Abbas onun əlindən tutub evə apardı. ("Cəlaül-üyun”, 2-ci cild, səh.221; "Səfinə”, 2-ci cild, səh.375)
İmam Sadiq (əleyhissalam) nəql edir ki, islam ordusu Rəsuli Əkrəmlə birlikdə cihaddan qayıdırdı. Mədinə arvadlarından bir çoxu şəhid olmuş ərləri, qohum-əqrəbaları barəsində soruşurdu. Bu zaman öz ailəsindən üç nəfər şəhid verən bir qadın Həzrətin yanına gəlib bir-bir onların barəsində soruşdu. Həzrət atasının və qardaşının şəhadət xəbərini ona verdi. Qadın bu xəbəri vüqarla dinlədi və Allaha şükür etdi, səbirsizlikdən əsər-əlamət görünmədi. Sonra əri barəsində soruşdu. Həzrət onun da şəhid olmasını xəbər verdi. Qadın bunu eşidən kimi bütün qüvvəsi əldən getdi, səbirsizlik etdi, onun böyük müsibətindən xəbər verən "vay, vay!” səsləri ucaltdı. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) o qadının öz ərinə qarşı bəslədiyi müqəddəs məhəbbətdən təsirlənərək buyurdu:
"Mən onu belə görüncəyə qədər heç də güman etməzdim ki, qadın öz ərinə qarşı bu qədər məhəbbət bəsləsin. ”("Kafi”, 5-ci cild, səh. 506
Bu hədis göstərir ki, ər-arvadın bir-birinə qarşı bəslədikləri eşq-məhəbbət çox müqəddəsdir. Valideyn-övlad arasında olan məhəbbət belə, bu məhəbbətə çata bilməz. Buna görə də islam dini göstəriş verir ki, mehriban və atifəli qadınlarla evlənin, bu cür qadınlar ən yaxşı qadınlardır. Rəsuli Əkrəm (s) buyurur:
"Qadınların gözəl, layiqli və səciyyəvi xüsusiyyətlərindən biri də budur ki, çox doğan olsunlar və öz ərlərinə qarşı çox məhəbbət bəsləsinlər. Əgər qadın və kişidə islam əxlaqına malik olmaq şərtdirsə, kifayət qədər eşq-məhəbbət də onun bir hissəsidir. ("Vəsailüş-şiə”, 14-cü cild, səh.51)


Şərhlər: 4
Baxılıb: 520
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
cox beyendim twkler
29 mart 2016 20:20
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
cox gozel yazidir hekayelerdir
29 mart 2016 15:17
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
mawa1
Nisanliyam sevib aile qurmasamda ozunu gorub beyenmiwem nisanlima sonsuz hormetim var hormet oldugdan sonra her sey oz axariyla gedir
29 mart 2016 13:03
# 2
Şəbnəm Vüsal
Heyat yoldaşına qarwu hem sevgi hem hormet hem istək olmalidi.en esasi hormet ve sevgi olmalidi .inam olmalidi.mence bunlar olmasa o aile tam olmaz.evli deyilem sevdiyim var .ve onu cooox sevirəm. Hörmət edirəm. En esasi sonsuz inamim var ona.Allahdan bu duygularin hemiwe var olmasuni dileyirem .inwAllah! !!
29 mart 2016 12:01
# 1
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz