Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əvvəl ananız yoxsa həyat yoldaşınız?
Əvvəl ananız yoxsa həyat yoldaşınız?
Göndərən: adsiz-a
Şərhlər: 6
Baxılıb: 443
Səs ver:
Əgər istəsəniz, sualı belə də qoya bilərik. Siz ailədə ana roluna üstünlük verirsiniz,yoxsa həyat yoldaşı roluna?
 Bu bir həqiqətdir ki,bəzi qadınlarda analıq hissi güclü olduğu üçün çox vaxt həyat yoldaşı kimi arxa planda qalırlar.Bəzi qadınlar isə ana və həyat yoldası rolları arasında tərəddüd yaşayırlar.Əslində bu sualın cavabı olduqca sadədir.Kiminlə ünsiyyətdəsinizsə,o rolda olmalısınız. Yəni həyat yoldaşınızla ünsiyyətdəsinizsə, həyat yoldaşı olduğunuzu (hətta danışdığınız mövzu uşağınızla bağlı olsa da),uşağınızla ünsiyyətdəsinizsə,ana olduğunuzu (hətta danışdığınız mövzu həyat yoldaşınızla bağlı olsa da) unutmamalısınız
Bəzi qadınlar həyat yoldaşlarını uşaqlarına qarşı laqeyd olmaqda ittiham edirlər və buna görə də həyat yoldaşalrına qarşı mənfi mövqe tuturlar.Təbii ki,bu mövqe daha çox analıq hissi ilə bağlıdır.Buna görə də onlar, təbii olaraq,uşaqlarına qarşı həyat yoldaşlarından kömək gözləyir və bunu müxtəlif formalarda ifadə edirlər.Ancaq buna görə həyat yoldaşına qarşı sərt mövqe tutmaq və üstəlik,bunu həyat yoldaşı rolunda əks etdirmək evliliyi və dolayısı ilə ailəni də təhlükə altına ala bilər.
Qadınlar bir şey də unutmamalıdır ki,uşaqlarının fiziki və psixoloji sağlamlığı üçün həyat yoldaşlarının köməyinə ehtiyacları var.Buna görə də tərəflər arasında ünsiyyət nə qədər güclü olsa,ailədə sağlam mühit də bir o qədər güclü olar.
Digər tərəfdən,qadının həyat yoldaşından aldığı maddi və mənəvi kömək də analıq roluna birbaşa təsir göstərir.Odur ki,heç bir qadın ana olduqdan sonra həyat yoldaşını unutmamalı,həyat yoldaşından həmişə kömək almağa çalışmalıdır.Ancaq eyni zamanda o,uşaqların yanında da ana olmağı bacarmalıdır.Bəs qadın həm uşaq,həm də həyat yoldaşı ilə eyni mühitdə olduqda nə etməlidir?Bu halda isə qadın hər iki tərəfi də "əhatə dairəsində" saxlamalı və uşağa hiss etdirməmək şərti ilə daha çox həyat yoldaşı kimi çıxış etməyə çalışmalıdır.


Şərhlər: 6
Baxılıb: 443
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
aileli xanimlar oxusun
24 mart 2016 17:18
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosan
menden cox evlilikden qorxan insan ola bilmez,hele qaynanadan lap qorxuram .evlilik deyende aglamagim gelir ,nisanli olmagima baxmayaraq 27
24 mart 2016 12:43
# 5
evli.mutlu.cocuklu
Her ikisi onemlidi
23 mart 2016 22:25
# 4
Tomris Müslümova
Mənim sevmədiyim şeydir qadın ərinə ana kimi nəvaziş göstərsin.Oxuduqlarımnanda belə başa düşdüm ki,elə düz edirmişəm elə şeyə yaxşı baxmamaqda.Qadın anadanda,yoldaşlıqdan da əfsər qadın olduğunu unutmamalıdır.
23 mart 2016 22:18
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Barbaris
her iki insan heyatda vacibdii aralarinda ferq qoymuram
23 mart 2016 22:17
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Askitomm
Duz yazilib hamisi. Cox tewekkur edirem
23 mart 2016 22:16
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz