Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
13 addımda xatirələrdə qalacaq toy
13 addımda xatirələrdə qalacaq toy
Göndərən: Tomris Müslümova
Şərhlər: 6
Baxılıb: 516
Səs ver:
Yaxında toya hazırlaşırsan? Toyun fərqli, unudulmaz olsun deyə nələrsə düşünürsən? Çox düşünmə! Foxy səni düşüncələrdən xilas edərək, sənə bu işdə yardım "əl"ini uzadır.   

Şarlarla şəkil çəkdir - gəlinliyinlə eyni rəngdə olan ağ şarla şəkil çəkdirin. Şarla şəkil çəkdirmək həmişə fərqli bir mənzərə yaradır.

Xoşbəxtlik ağacı hazırla - dostlarınız, qonaqlar, yaxın adamlar sizə olan gözəl hisslərini bu ağacdan yazıb asacaqlar. Toydan sonra bu yazıları oxumaq gözəl hisslər bəxş edəcək.

Valideynlərinin toy fotolarını nümunə al - ananın verdiyi pozanın eynisini edərək həm ona nostalji hisslər yaşada, həm də gələcəkdə baxanda xoş təbəssüm yaranar üzündə.

Rəfiqələrinlə birlikdə poz ver - rəfiqələrin eyni rəng geyinə və sənin onlar üçün hazırlatdığın gül dəstəsi ilə səninlə unudulmaz, gözəl xatirəyə çevriləcək şəkillər çəkdirə bilərlər. 

Müxtəlif cür pozalar ver - eyni anda müxtəlif pozalar vermək istəsən rəfiqələrin və telefonları köməyinə gələr.

Fişənglərlə keçid hazırla - dostlarınızın əllərində tutduğu və ya yerə düzülən fişənglər sizi nikah masasına əyləncəli şəkildə götürəcək. Nikah görüntülərinizə baxanda romantik hisslər yaşayırsan.

Baş örtünə (fata) baş hərflərinizi yaz - fatana adlarınızın baş hərfini yazdırmaqla onun sənə özəl olduğunu vurğulayacaqsan.

Anan və qayınananın əlləri ilə şəkil çəkdir - belə şəkil illər keçdikdən sonra baxanda gözəl xatirə olacaq hər üçünüzə.

Evli dost cütlüklərlə rəqs edin - evli dostlarınızla qonaqlar üçün maraqlı rəqs nömrəsi hazırlamaqla günü daha da yadda qalan edə bilərsən.

Fənər və şamlarla nikah salonuna girəcəyiniz yolu bəzə - toya maraqlı abu-hava qatacaq fənər və şamlar sənə də xüsusi hisslər bəxş edər.

Tavanı şarlar əvəzinə güllərlə bəzə - nikah masası olan yerin tavanını güllərlə bəzəyin. Başını qaldıranda belə bir mənzərəni görmək sənə xoş əhval bəxş edəcək.

Nikah məkanına daxil olacağınız yolu güllərlə dekor et - sadə, eyni zamanda da mükəmməl olan bu fikri asanlıqla edə bilərsən. Amma açıq havada olsa toy diqqət etmək lazımdır ki, hava küləkli olmasın. 

Qonaqlara adlarınızın yazıldığı kiçik hədiyyələr paylayın - toyunuza gələn qonaqlara da toyunuzdan xatirə qalmağını istəsəniz adlarınızın yazıldığı kiçik ürək şəkilli hədiyyələr paylaya bilərsən.


Şərhlər: 6
Baxılıb: 516
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
toya hazirlasan xanimlarcin yaxsi ip uclaridir
30 may 2016 18:33
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Leyla11
Maraqlidi )) Tesekkuler ))
30 may 2016 16:01
# 5
Kölge
Teşekkur........
30 may 2016 14:25
# 4
Her şeye gore şukur
Barbaris
Sitat: son bahar
Yazin zamanlarda toya hazirlasanlar oxusunlar
30 may 2016 13:24
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Ekizlerin mamasi
maraqli yazidi .siyahiya bir necesinde elave etmek olar .biz toyumuzda hem qiz hem oglan restarana girisimizi xususi hazirlamisdig.cox maraqli alinmisdi,masamizi samlarla bezemisdik.toy masinimizin ustune qaynanamin gelinlikde olan kuklasin beziyib qoymusduq.evlerine girisde 2 goyercin ucurmusduq.Samaxida olmusdu oglan toyum yolda pire girib dua etmisdik nezir qoymusduq.tek bir arzumuzu reallasdira bilmemisdik oda faytonla gedecekdik qiz toyuna alinmadi.hemin gunu bakidaki butun faytonlar tutulmusdu.ozumuz xususi reksde hazirlamisdiq.her bir detali ayriliqda dusunmusduk.onda toyun maragi dahada artir.hetta gelinlik ayaqqabilarimi bel lentimi bakallarimi bele hazirlamisdim xususi olaraq.Allah afzusunda olan her kese istediyi kimi aile qurmaq toy etmek nesib etsin insallah
30 may 2016 12:17
# 2
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
son bahar
Yazin zamanlarda toya hazirlasanlar oxusunlar
30 may 2016 12:01
# 1
...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz