Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailə quranlar üçün ciddi tövsiyə
Ailə quranlar üçün ciddi tövsiyə
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 508
Səs ver:
Azərbaycanda nikahdan öncə tibbi müayinə məcburiləşdirilsə də, bir sıra cütlüklər müayinənin nəticələrindən asılı olmayaraq, evlənmək qərarından daşınmırlar. Belə ki, nikaha daxil olmaq istəyən cütlüklərin talassemiya daşıyıcısı olduğu aşkar olunsa da, onlar ailə qurmağa üstünlük verirlər ki, bu da talassemiya xəstəsi olan uşaqların dünyaya gəlməsinə zəmin yaradır.
Məsələyə münasibət bildirən pediatr-hematoloq, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə Trend-ə bildirib ki, hər iki tərəf talassemiya xəstəliyinin daşıyıcısıdırsa, onlara ailə qurmaq olmaz. Onun sözlərinə görə, belə cütlüklərin ailə qurması talassemiya xəstəsi olan uşaqların dünyaya gəlməsinə səbəb olur.
S.Əlifəttahzadə hesab edir ki, nikahdan əvvəl məcburi tibbi müayinənin nəticələrinə uyğun hərəkət etmək lazımdır: "Nikahdan əvvəl məcburi tibbi müayinənin tətbiqi çox gözəl haldır. Əgər insanlar bu qaydaya düzgün əməl edərsə, dünyaya talassemiyalı uşaq gəlməyəcək”.
Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, nikaha daxil olmaq istəyən insanları tibbi müayinələrin nəticələrinə əməl etməyə məcbur etmək olmaz: "Azərbaycan demokratik, hüquqi dövlətdir. Burada insan haqları hər şeydən yüksəkdir. Ümumiyyətlə, demokratik, hüquqi dövlətlərdə insan haqları cəmiyyətin haqqından yüksəkdə tutulur. Əgər insanın haqqı cəmiyyətin haqqından aşağı olarsa, cəmiyyət insanı əzər. Cəmiyyət bütövlükdə hüququ, azadlığı olan insanların toplusundan ibarətdir. Ona görə də o haqqı könüllü olaraq insanlara vermək lazımdır ki, kim istəyər, nikah qurar, kim istəyər, qurmaz”.
Onun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, nikah öncəsi müayinə aparılan ölkələrdə xəstəlik və daşıyıcı aşkar olunanların 90 faizindən çoxu ya ailə qurmaqdan imtina edir, ya dünyaya uşaq gətirmir, ya da müalicə olunaraq xəstə uşağın dünyaya gəlməsinin qarşısını alır: "Bu gün tibb o qədər inkişaf edib ki, əgər insan xəstəlik daşıyıcısı olduğunu bilsə, hamiləliyin müəyyən dövründə tibbi müdaxilə edib dünyaya sağlam uşaq gətirməsi mümkündür. Bundan qorxmaq lazım deyil və heç bir halda da qadağalar qoymaq olmaz. Qadağa qoyulsa, insanlar ümumiyyətlə müayinədən keçməz və qanuni nikaha da girməzlər”.


Şərhlər: 3
Baxılıb: 508
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli xeberdir bu cur xesdeler mualige olunmali sonra nigaha girmelidirler
22 may 2016 15:15
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Hele lazım deyil tskler
22 may 2016 09:18
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Barbaris
bizden kecib artiq)))))))))
21 may 2016 23:26
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz