Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Buda gəlinin yanindan yəni gərdəkdən bəyin qacmasının səbəbləri...
Buda gəlinin yanindan yəni gərdəkdən bəyin qacmasının səbəbləri...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3147
Bölmə: Evlilik, Maraqlı
Səs ver:

http://www.poshspice.ru/images/stories/intimm/intim2.jpg

 

Toy gecəsinin şəffaf şəraitdə keçirilməsi üçün müasir texnikaya müraciət edək, yoxsa dədə-baba qaydasında havaya yaylım atəşi açaq? İntim adət-ənənlərimiz haqda bir-iki kəlmə...

 

Hər zaman Azərbaycan xalqının sahib olduğu adət-ənənələrlə fəxr etmişəm. Həqiqətən bu millətin yaşatdığı tarixi vərdişləri, ənənələri düşündükcə qürurundan neynəyəcəyini bilmirsən. Sadəcə içinə fəxarət hissi dolur və xalqın qan yaddaşından xəbərsiz olanlara yazığın gəlir. Amma bəzən də çaşıb-qalırsan… "Bu bizim adət ola bilməz” deyib durursan. Məsələn?
O gün bir həftəlik rayonlardan birinə dostumun yanına getmişdim. Dostlarımdan biri evlənmək istəmirdi. Bir yandan ailəsi, bir yandan biz israr etsək də, dostumuz "yox” deyib dururdu. Nə zaman bu mövzu gündəmə gəlirdisə, oğlan əsəbi halda "Evlənmirəm, vəssalam” deyib uzaqlaşırdı. Heç bir izahat-filan da vermirdi.

 

Bu durum ailəsini çox üzdüyündən biz də məyus olurduq. Amma əlimizdən bir şey gəlmirdi. Bakıya qayıtmamış dedim ki, dostumun xəbəri olmadan valideynləri ilə məsləhətləşim. Belə də elədim, qərara gəldik ki, mən məsələni araşdırım. Uyğun bir vaxt tapıb dostumu söhbətə çəkdim. Xeyli nəsihət-məsləhətdən sonra hansı səbəbdən evlənmək istəmədiyini soruşdum. Öncə sualdan qaçıb müxtəlif bəhanələr gətirsə də, nəhayət dərdi açıldı. Doğrusu eşitdiyim cavaba gülməyim tutdu. Bir xeyli güldükdən sonra dayandım ki, ey dili-qafil bəs mən nəyə gülürəm?

 

Açığı indiyəcən bu haqda heç düşünməmişdim. Özüm də subay olduğumdan sözügedən problemlə üzləşməmişdim. Odur ki, dostumun gətirdiyi tutarlı arqument qarşısında aciz qaldım. Onu evlənməyə razı salmağa çalışdığım halda, öz fikirlərim alt-üst oldu. Məyus halda evə döndüm və bir daha bu mövzuya qayıtmayacağıma söz verdim.

 

İnsanın ağlına gəlməyən başıma gələrmiş deyiblər. Şəhərə qayıdandan sonra evdə yaxamdan yapışdılar ki, evlənmək vaxtıdır. Ürəyim düşdü mədəmə, qarnımda döyüntülər artdı, başım gicəlləndi. Dostumun çəkdiyi dərdi indi anlayırdım. Qəti şəkildə "evlənmirəm” deyib evdən uzaqlaşdım. Arxamca səslənən "Niyə ay bala?”, "Dərdin nədir?” suallarını eşitməzliyə vurub özümü bayıra atdım. Elə bu dəm dostumla aramızda gedən dialoqu xatırladım. Deyəsən, Sizi də maraq bürüyüb ki, dostumun məni mat etdiyi arqiment nədən ibarətdir. Elə isə xatırlamağa çalışacam:

 

Niyə evlənmirsən?
Utanıram...
Nədən əəə? Kişi də evlənməkdən utanar?
Evlənməkdən yox, toy gecəsindən utanıram.
Heç belə gecə keçirməmisən?
Keçirmişəm, amma sakit formada.
Başa düşmədim...?
Qardaş, təsəvvür elə ki, toy gecəsi gəlinlə birgə gərdəyə girirsən. Bir də baxırsan ki, sağ tərəfində gözlərindən hərislik yağan yengə, sol tərəfində isə əli tüfəngli qardaşlıq dayanıb işin sonunu gözləyirlər. İndi gəl bunların yanında iş gör. Özü də işin altından üzü ağ çıx, görüm necə çıxırsan!
Eyvah!!!
İndi anladın niyə evlənmək istəmirəm?
Anladım, vallah anladım.

 

Bunları düşündükcə canıma üşütmə düşürdü. Ən abırlı və naməhrəm məqam olan evliliyin ilk gecəsini kollektiv marağa çevirməyi anlamırdım. İndi evdə necə deyəydim ki, evlənməkdən utanıram? Necə başa salasan ki, yengənin və əlitüfəngli kişinin par-par yanan gözləri qarşısında, həm də qapının o tayında hazır vəziyyətdə duracaqlarını bilə-bilə gərdəyə girməyə üzüm gəlmir? Hansı formada izah edəsən ki, eyvanda qapının ağzını kəsdirmiş əminin əlindəki tüfəngi görüncə, yüzlərlə adamın qulaqlarını şəkləyib güllə səsini gözlədiyini bilincə abrımdan ölərəm?

 

Təsəvvür edin ki, axşamlar kəndin bir başından o biri başına toy mağarına gələn gənc-cavan dəstəsinin (hələ uşaqları demirəm) marağı bəydən qabaq gərdəyə girir. Prosesin nə qədər çəkəcəyi, tüfəngin nə vaxt atılacağı və işin sonunun necə bitəcəyi üzərində mərclər gəlinir. Gözlərini bəydən ayırmayan toplum onu ta otağadək müşayət edir. Ardınca dərhal yaşı çatan-çatmayan hər kəs saatını qurub həris nəzərlərini əlitüfəngli qardaşlığa zilləyir. Vay o günə ki, güllə normal vaxtından 1 dəqiqə gec açılsın! Bütün kəndi yeni lətifə başına alır.

 

Özü də nəzərə alsaq ki, tüfəngdən havaya güllə açılması bəy-gəlin otağında "prosesin” uğurla başa çatmasına, yəni gərdəkdən gələn yaxşı xəbərə işarədir, onda vay o günə ki tüfəng səsi eşidilməyə də...

 

İşin zülümü var hələ, o da camaatın səbirsiz olmasıdı.
Ay balam, bəlkə bəylə gəlin əvvəlcə 5-10 dəqiqə söhbət ediblər? Yaxud yengənin məsləhətlərinə qulaq asan gəlin 3 dəqiqə gecikib. Və ya bəy gərdəyə girməzdən qabaq siqaet çəkərək həyacanını öldürməyə çalışıb. Vaxud, bəyin şalvarının kəməri ilişib, bir az gec açılıb, ya da gəlin həyəcanını ötürmək üçün su içmək istəyib. Yə ya mümkündür ki, qardaşlığın əli yad tüfəngə yatmayıb və bir-iki dəqiqə məşq edib. Ola bilər ki, barıt nəm olub, güllə dərhal açılmayıb. Bütün bu obyektiv səbəbləri nəzərə almaq lazımdır axı. Heç olmasa gecikmənin səbəbini öyrənin, sonra dünyaya car çəkin. Boş yerə niyə günaha batırsınız, camaatı da yersiz yerə biabır edirsiz?

 

Deyirəm, yaxşı ki, kənd-kəsəkdə müasir texnika inkişaf etməyib, və ya ən son informasiya texnologiyaları oralara qədər gedib çıxmayıb. Yoxsa bu adətləri daha da təkmilləşdirib (müasirləşdirib) gərdəkdə LCD monitorlar quraşdıraraq bayırda qulaqlarını şəkləmiş bütün kəndi canlı yayıma qoşardılar. Canlı bağlantıda olan müxbir (yengə) də hadisə yerindən ən son yenilikləri isti-isti camaata çatdırardı. Yoxsa ki tüfəndən havaya atəş açılmasına, nə bilim yengənin içəridən bayıra hansısa ağ mələfəni çıxarıb aidiyyatlı orqanlara (əsasən, qızın və oğlanın anasına) təqdim etməsinə, və yaxud marağından qarnına ağrı dolmuşların qapı dalından busmağına ehtiyac qalmazdı. Proses tam şəffaf şəraitdə aparıldığından ictimaiyyətdə də hər hansı şübhəli məqamlar, dezinformasiyalar da yaranmazdı. 
Əlbəttə, şəffaflığın təmin olunması baxımından bu, yaxşı olardı. Amma digər tərəfdən də nəzərə alsaq ki, hələ abır-həyasını itirməyənlərimiz var, onda yenə əvvəlki fikrimizə qayıdırıq ki, yox, elə oralarda müasir texnikadan xəbərləri olmasa yaxşıdı!

 

Əslində ölkəmizin bəzi bölgələrində yaşadılan bu adət heç bir normaya sığmır. İstər namus və iffətə söykənən milli kökümüz, istər əxlaq və paklıq üzərində qurulan dinimiz, istərsə də inkişafa doğru irəliləyən müasir dünyagörüşümüz bu cür biədəb vərdişə müsbət yanaşmır. O zaman zifaf gecəsinin naməhrəmliyinə xələl gətirən adətin kökü nəyə dayanır? Bu sualın izahını verən tapılarsa, bəlkə də evlənməkdən utanan onlarla gənci razı salmaq olar...



Şərhlər:
Baxılıb: 3147
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz