Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailəni boşanmadan necə qorumaq olar?
Ailəni boşanmadan necə qorumaq olar?
Göndərən: guler19
Şərhlər: 6
Baxılıb: 453
Səs ver:
Ailə həyatı sevgi əsasında qurulur. Sevgi – diqqət, qayğı, təmkin, hörmət və sədaqətin vəhdətidir. Sevgi – bağışlayaraq, yenidən həyata sevinmək qabiliyyətidir. Möhkəm ailənin yaradılması – böyük əmək və səbr tələb edir. Vaxt keçdikcə soyumağa başlayan hisslər bir çox münaqişəyə səbəb ola bilər, odur ki sevgini daim bəsləmək lazımdır. 

Ailə münasibətlərində ən geniş yayılmış səhvlərə nəzər salaq ki, onları öz ailəmizdə təkrar etməyək: 

1.Kənar adamların – qohumlarınızın, dostlarınızn və ya uşaqlarınızın yanında mübahisə etməyin. Bununla Siz qəzəb, kin və soyuqluqdan başqa heç nə əldə etməyəcəksiniz. 

2. "Bütün kişilər...”, "Həmişə sən belə edirsən....” və bu kimi digər tələsik ümumiləşdirmələr etməyin. İnsanı deyil, onun etdsiyi hərəkəti qınayın. 

3.Mübahisəyə qohumlarınızı qatmayın. Siz ayrıca bir ailə qurmusunuz və onun daxilində baş çıxartmağa çalışın. "Sən belə, anan belə...” kimi iradlar Sizin ananıza qarşı da iradların başlayacağını təmin edəcək. Nəticə - hirs, kin, və qəzəb. 

4.Keçmiş incikliklərinizi yada salmayın. Hamının səhvləri olur, və əgər Siz artıq bunu nə vaxtsa bağışlamısınızsa, keçmiş haqda fikirlərin Sizi və həyat yoldaşınızı narahat etməsinə imkan verməyin. 

5.Qadınların və kişilərin ənm ağrılı nöqtələrini unutmayın: qadınlarda bu, xarici görünüşdü, kişilərdə isə - ləyaqət və işgüzar keyfiyyətlərdir. Xanımlar hər zaman həyat yoldaşlarının müvəffəqiyyətlərini yaxşı cəhətlərini tərifləməlidir. Kişilər heç vaxt öz həyat yoldaşlarının yanında başqa xanımların gözəlliyi haqda danışmamalıdır. 

6.Boşanma ilə təhdid etməyin. Əgər boşanmaq fikriniz yoxdursa, "boşanma” sözü ilə oynamayın – bunu eşidən həyat yoldaşınız "Düz deyirsən, bəlkə də boşanmaq ən yaxşı çıxış yoludur” – deyə bilər. 

7.Bir-birinizi dəyişdirməyə çalışmayın. Hər kəsin öz maraqları, öz dost-tanışları ola bilər. 

8.Partnyorunuzla manipulyasiya etmək, ona təzyiq göstərmək, üstünə qışqırmaq təşəbbüsü fəsadsız keçmir, etibarı məhv edir və qıcıqlandırır. 

9.Fasiləsiz deyinmə acıq hissi və etiraz yaradır. 

10."Tənbəl”, "ağılsız”, və s. kimi mənfi fikirlər həyat yoldaşınızın narazılığına və incikliyinə səbəb olur. İnsanın qüsurlarının mütəmmadi olaraq üzünə vurulması ancaq onun bu xüsusiyyətlərinin güclənməsinə gətirib çıxarır. 

11.Ailə münasibətlərinin pisləşməsi ailədə krizis vəziyyəti ilə bağlı ola bilər. İlk krizis ailə həyatının 3-cü - 7-ci illəri arasında baş verir və bir ilə qədər davam edir. Bu kritik vəziyyətin yaranmasına səbəb – romantik əhval-ruhiyyənin itməsi, kompromisə getmək istəyin olmaması, sözsüz etiraz, qınaqlar, və bu kimi digər mənfi hallardır. Krizis dövründə ərlə arvad gərək bir-birini rahat buraxsınlar, öz işləri ilə, karyera ilə məşğul olsunlar. Müvəqqəti uzaqlaşma partnyorunuzun Sizin üçün nə qədər dəyərli olduğunu öyrədəcək və Siz birgə həyatınızın yeni mərhələsinə qədəm qoyacaqsınız. 

İkinci krizis dövrü birgə həyatın 17-ci-25-ci illəri arasında baş verir. Bu dövrdə diqqətinizi qocalıqla bağlı problemlərdən yayındırmalısınız – özünüzü kollektiv əyləncələrə həsr edin: teatra, konsertlərə gedin, dostlarınızla görüşün, təbiətin qoynuna səyahətlər edin. 

12.Tənqidlə ehtiyyatlı olun. Tənqidin iki ucu var – onlardan biri özünüzə dəyə bilər. Əgər xanım ərinə üzünü saqqal basdığını və pis göründüyünü deyirsə, "Sən öncə özünə bax” cavabına hazır olmalıdır. Tənqid edərkən, eyni zamanda onun hər hansı müsbət cəhətini tərifləmək lazımdır. 

13.Partnyorunuzun gündəlik həyatına maraq göstərin. Hər ikinizi əyləndirəcək ümumi iş tapın, birgə gəzməyə gedin. 

14.Tez-tez zarafat edin. Şən zarafat hər ikinizə sevinc gətirərək, problemlərdən diqqətinizi yayındıracaq. 

15.Ailənizi uşaq dünyaya gətirməklə xilas etməyə çalışmayın. Uşağın dünyaya gəlməsindən sonra ailə problemləri daha da kəskinləşir. 

Qarşılıqlı kömək, komplimentlər, minnətdarlıq, partnyorun gündəlik həyatına göstərilən maraq və diqqət sevgi hisslərinizi qoruyub-saxlamağa kömək edəcək.


Şərhlər: 6
Baxılıb: 453
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Azəri_Ledi
kənar adamların müdaxiləsi olmasa herşey əla olar
7 mart 2016 20:44
# 6
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
Fi-Ra
Hamısını bir-bir oxuyub beynimdə özümüzlə qarşılaşdırdım. Problem yoxdu çox şükür. Təşəkkürlər xəbərə görə
7 mart 2016 20:11
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
qanadli melek
En sevmediyim wey kiminse yaninda mene qiwqirmasi nese aciqli soz demesidi.caliwmaq lazimdiki aile bowanma meqamina catmasin eger catibsa onu qurtarmag hec lazimda deyil
7 mart 2016 19:15
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
ulduz
Allah saxlasin o gündən. Yoldasim hec kimin sözüylə ömur boyu evimizə söz salmaz. Ailəni ailə edən hörmətdi. Çalışmaq lazımdır ki, gözdən düsməyəsən. Mən əvvəllər qısqanclıq edib evimə söhbət salırdım indi biraz düzəlmişəm. Çünki yersiz hərəkətlər edirdim.
7 mart 2016 19:02
# 3
Tomris Müslümova
Heç sevmədiyim hal ərnən-arvadın başqasının yanında söz güləşdirməsidir.Sözün var,nəsə çatışmır ya adam kimi denən,yada təklikdə denən.Ancaq adam görən kimi kişiləşmək,yada başqasının yanında ərini alçaltmaq tərbiyəsizlikdir.Heç qaynana qaynata yanında da acı söz söyləmək düzgün deyil.Nə sözün var daldada...Onun bir xəyanəti,bir mənə olan hörmətsizliyi,birdə ailəmə olan çaşanvari sözü münasibətimizə son qoyan səbəb ola bilər.İstəyir 7 il yoxe 10 il sevgili olaq son qoyaram o üç əlamətə görə.Sözün var özünə de.Anasıynan mübahisə etməmisən ha,yoldaşındı mübahisən var özünə de sözünü.Camaatı ora qatmaq doğru deyil.Bilavasitə qadında onun qohumlarını qatacaq ortaya qan su yerinə axacaq.Vallah bizim münasibətdə keçmişi eşələcək gələk mən onnan çoxdan ayrılmış olam.O qədər səhvləri olub ki.Ancaq zaman-zaman sanki böyüdü və onları yada salanda belə həm utanır həmdə əsəbləşir ki,başıma qaxma.Əvvələr tez-tez yada salırdım.Bir dəfə qəşəy payımı verdi o bu tərgitdim o mənfi cəhətimi.Heç yada da salmıram.Əsas odur indi mənim yanımdadı və mənimdir.Mənimlə xoşbəxtdir.Deyəndəki filankəs qəşəy qızdı o mənim acığıma gəlmir.Ancaq müaisə etsə hörmətsizlik kimi qəbul edərəm onu.Ancaq onu tərifliyəndə həqiqətən müsbət yanlar görürəm.Baxıram ki xoşuna gəlir)) Hələki evli deyilik ancaq ümidvaram boşanma fikri nəyinki dilimizə heç ağlımıza belə gəlmiyəcək dərəcədə bizdən uzaq olar.İnşAllah.Onu necə var elədə qəbul etmişəm.Pisidə yaxşısıda budu.Eyni ilə oda məni belə qəbul edir.Dəyişməyə cəhd göstərmirəm.Bilirəmki,yersiz olacaq.Birdən məsuliyyətsizlik edir onda səsimi qaldırıram.Onunda əsəbi vaxtında düşəndə o mənnən betər səsini qaldırır və mən məcburam altdan alam)) Yoxsa şələni yerə qoyub vuruşmalı olarıq.O barədə mən həmişə güzəştə gedirəm.Elədə deyingən deyiləm.Məni incidən sözü olsa belə onu xoş deyirəm ki,bunu deməli deyildin.Mənim xoşuma gəlmir.Oda ağıllı uşaqdı başa düşür məni)) O mənə tənbəl deyir amma.Onlar tez durur.Dərsdə olanda yazır ki "tənbəl balam durmuyub hələ?" Biraz gec dururam oda dalaşır ki ziyandı tez dur.Ağılsız filan demir ancaq.Tez-tez zarafat edirik.Bir araya gələndə oluruq səyin biri.Gecələr o qədər gülürəm ki yorğanın altında ürəyim dayanır az qala.Ha deyirəm güldürmə rahat gelə bilmirəm kimə deyirsən sözü? Hər birini bir-bir analiz etdim və fərdi yaşamımla müqaisə etdim.Çox maraqlı gəlir mənə belə mövzular.Təşəkkürlər Gülərim))
7 mart 2016 19:01
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
aileli xanimlarimiz oxusunlar bezense ele situaciyalar olurki o aileni berpa etmek mumkun olsada daqilmasi daha yaxsidi
7 mart 2016 18:08
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz