Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilik neçə il davam edir? - Statistika
Evlilik neçə il davam edir? - Statistika
Göndərən: Tomris Müslümova
Şərhlər: 5
Baxılıb: 425
Səs ver:
Müasir dövrdə ailə həyatının əbədi olacağına inam qalmayıb. Toydan bir neçə ay sonra boşanan cütlüklər artıq heç kimi təəccübləndirmir. "Hopes & Fears” nəşri dünyanın bəzi böyük şəhərlərində evliliklərin ömrünü və boşanmaların statistikasını araşdırıb.
 
Nəşrin araşdırmasını təqdim edirik:
 
1. İtaliya - Roma: 15 -18 il. Statistikaya görə Romada ayrılıq və boşanmalar 2010-ci ildən bəri 30 faiz artıb. Hər 1000 evliliyin 45 faizi boşanma ilə bitir. Buna baxmayaraq, İtaliya evliliyin ən uzun davam etdiyi ölkə olaraq siyahıya liderlik edir.
 
2. Kanada - Ottava: 13 il. Statistikaya görə, Ottavada evlilik həyatı orta hesabla 13 il davam edir. "Hopes & Fears” nəşrinin araşdırmasına görə, son illərdə bu ölkədə də boşanmaların sayı artıb.
 
3. Fransa - Paris: 13 il. Aşiqlər şəhəri kimi tanınan Parisdə belə, boşanmaların sayı getdikcə çoxalır. Statistikaya əsasən, bu şəhərdə boşanmalar 55 faiz təşkil edir.
 
4. ABŞ – Nyu-York: 12 il. Səhiyyə Nazirliyinin açıqlamasına görə, Nyu-Yorkda ailənin ömrü orta hesabla 12 il çəkir. Digər əyalətlərdə isə evlilik həyatı maksimum 10 -14 il arasında dəyişir.
 
5. Meksika - Mexiko: 12 il. Mexikoda izdivaclar orta hesabla 12 il davam edir. Boşanma halları yalnız 15 faizdir, amma aparılan araşdırmalara görə, cütlüklər ümumilikdə evliliyin 2-ci ilində ayrılırlar. 2011-ci ildə isə Meksika hökuməti cütlüklərin boşanmasını yüngülləşdirmək üçün müvəqqəti lisenziya tərtib edib.
 
6. Yaponiya - Tokio: 11 il. Statistikaya görə, Tokioda evlilik həyatı orta hesabla 11 ili keçmir. Boşanma halları isə hər il daha da çoxalır. Üstəlik, tənha insanlar üçün seminarlar da təşkil olunur.
 
7. Afrika - Qautenq: 11 il. Cənubi Afrikada boşanmalar yaşa görə dəyişir. Məsələn, kişilər 40 ilə 44 yaş arasında, qadınlar isə 30 ilə 35 yaş arasında boşanırlar. Orta hesabla evliliyin ömrü 11 ildir. Boşanma halları isə 31 faiz təşkil edir. 
 
8. Avstraliya - Sidney: 8  il. Avstraliyadakı Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, 2011-ci ildən bəri cütlüklərin boşanma halları çoxalıb. Ancaq eyni zamanda uşaqlarına görə boşanmayan ailələr də çoxdur. Burada cütlüklər, əsasən uşaqları böyüdükdən sonra, yəni təxminən 20 il sonra ayrılırlar.
 
9. İngiltərə - London: Londonda evlilik maksimum 4 və 8 il davam edir.
 
10. Qətər - Doha: 5 il. Dohadakı boşanma halları 38 faizdir. Evlilik ömrü isə 5 ildir. Cütlüklərin 60 faizi ilk 5 il ərzində boşanırlar.


Şərhlər: 5
Baxılıb: 425
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zezema
kishi ozunu kishi kimi aparsa, kishi olsa, evlilik bir omur boyu surer!
5 may 2016 13:05
# 5
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Kölge
Sitat: vipbetul
hamisindan yaxsi bizdediki bosanma hallari azdir heleki

Hec de yox .ilden ile artir.bir nece ile avropaya catacayiq.(Allah uzag elesin)
4 may 2016 16:20
# 4
Her şeye gore şukur
Marta
Anam ve atam artiq 21 ildirki evlidirler)evlenerken bir omur deye evlenilmelidir. Evlenim alinarsa davam eder alinmazsa qayidaram atamin evine ayrilaram deye evlenilerse tebiiki o evlilik iki uc il surecek.kaski azerbaycanin da statistikasi olsaymis.. her kese uzun omurlu, sevgi ,qaygi ve hormet dolu evlilik arzulayiram ici ozum qarisiq)))
4 may 2016 14:55
# 3
Немного терпения, и у тебя все получится..
Ekizlerin mamasi
Bizim ölkənin statistikasin vererdizde ha ki çox boşanma hallari. Yola gedenleride qaynana imkan verib qoymaz evlilikləri uzun sursun
4 may 2016 13:42
# 2
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
vipbetul
hamisindan yaxsi bizdediki bosanma hallari azdir heleki
4 may 2016 13:18
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz