Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İllərə meydan oxuyan məhəbbət tarixçələri
İllərə meydan oxuyan məhəbbət tarixçələri
Göndərən: Fialka
Şərhlər: 7
Baxılıb: 411
Səs ver:
Ulduzlar arasında möhkəm və uzunömürlü nikah nadir rast gəlinən haldır. Bu gün tanınmış simalar bir yana, adi insanlar arasında belə, boşanma halları getdikcə artır. Buna baxmayaraq, dünya ulduzları arasında bütün çətinliklərə qalib gələn cütlüklər az deyil...
 
Adriano Çelentano və Klaudiya Mori, 51 il birlikdə
Bu cütlüyün bir-birinə olan ehtiraslı sevgisi yarım əsrdir davam edir. Onların dostları cütlük haqqında fikirlərini  heyranlıqla ifadə edir və bildirirlər ki, Adriano Çelentano ilə Klaudiya Mori uzun müddət bir yerdə yaşayır və hələ də bir-birini dəlicəsinə  sevirlər!
 
Kit Riçards və Patti Hansen, 37 il birlikdə
Patti və Kit 37 ildir canbir qəlbdə yaşayırlar. Onlar birlikdə bir çox maneələri aşaraq ülvi hisslərini qoruyub saxlaya biliblər. Bu cütlük təsəllini və əsl dost dəstəyini yalnız bir-birində tapır. Patti Hansen açıqlamalarının birində həyat yoldaşı haqqında bunları deyib:
"Kit məni xilas etdi. Onun məhəbbət və qayğısı məni müsbət enerji və ümidlə əhatə edərək, depressiyadan çıxmağa kömək etdi".
 
Ozzi Osborn və Şeron Osborn, 37 il birlikdə
Ozzi qrupdan qovularkən Şeron ona öz yardım əlini və ürəyini təklif etdi. Onlar üç ildən sonra evləndilər. Cütlüyün bu nikahdan üç uşağı dünyaya gəlib. Bütün çətinliklərə rəğmən, onlar indiyə qədər bir-birinin əlini buraxmır. Ozzi etiraf edir ki, ömür-gün yoldaşını həyatından daha çox sevir və dəyər verir.
 
Semuel L. Cekson və LaTanya Riçardson, 36 il birlikdə
Onlar birgə olduqları müddətdə müxtəlif sınaqlara sinə gərərək, bütün çətinliklərə qalib gəldilər. Semuel deyir ki, 30 illik nikahdan sonra başa düşürsən ki, sevgin zəfər çalıb və sənin ailə dəyərləri haqqında danışmağa tam haqqın var.  
 
Stinq və Trudi Stayler, 34 il birlikdə
Onlar 1982-ci ildə tanış olub. Cütlük o vaxtdan bu günə qədər ayrılmayıb. Stinq:
"Ehtirasımı ancaq bir adamla öldürə biləcəyim heç vaxt ağlıma gəlməzdi. Sevdiyin və səni sevən insanla birlikdə yaşamaq möhtəşəm duyğudur!"
 
Ceymi Li Kertis və Kristofer Qest, 32 il birlikdə
Bu cütlük ilk baxışdan bir-birinə dəlicəsinə aşiq olub. Ceymi Li Kertis Kristoferin şəklini bir jurnalda görüb və bəyənib.
Kristoferi ilk baxışda bəyənən Ceymi rəfiqəsinə bu sözləri demişdi:
 
"Mən bu oğlana ərə gedəcəm!”
Maraqlıdır ki, cütlük tez bir zamanda tanış olur  və onların münasibətləri nikahla nəticələnir.
 
Kevin Beykon və Kira Sedjvik, 28 il birlikdə
Kevin Kiranın məhəbbətini qazanmaq üçün uzun müddət onun nazını çəkib. İlk vaxtlarda Kira Kevinə qarşı biganə olsa da, nəticədə aktrisa ona şans vermək qərarına gəlib. Kira bu qərarından qətiyyən peşman deyil. Cütlük 28 ildir evlidir.
 
Hyu Lori və Co Qrin, 27 il birlikdə
Hyu Lori və Co Qrinin gərgin iş qrafiki olsa da, bir an bir-birilərini tərk etmirlər.  Hyu Lori özü də etiraf edir ki, Co ilə bir-birini gözəl tamamlayırlar:
"Hiss edirəm ki, illər keçdikcə biz bir-birimizə daha yaxın oluruq".
 
Liza Kudroy və Mişel Stern, 21 il birlikdə
Onlar 1987-ci ildə tanış olub. Lakin o vaxt Liza Mişeli ciddi qəbul etmirdi. Bir neçə il sonra onlar "Dostlar" serialının çəkilişləri vaxtı yenidən qarşılaşdılar. Serial zamanı cütlük arasındakı münasibətlər sıxlaşdı və bu əlaqə tezliklə toyla nəticələndi. Onların bir oğlu və 21 ildir davam xoşbəxt ailə həyatı var.
 
Sindi Krouford və Rendi Herber, 21 il birlikdə
Onlar 1995-ci ildə tanış olub. Təəccüblüsü odur ki, Herber Sindiyə dəli kimi aşiq olsa da, ona evlilik təklif etməyə cəsarət etmirdi. Bu işi Sindi öz öhdəsinə götürərək, tanışlıqdan 3 il sonra Herberə evlilik təklif etdi.
Ayrılmaz cütlüyün bu nikahdan 2 övladı var. Sindi müsahibələrinin birində ailə həyatı barədə bunları etiraf edib: "Bu, həyatımda dostluqla başlayan ilk münasibətdir. Bütün qadınlara bu üsulu sınamağı tövsiyə edirəm. Onda nikahın təməli də möhkəm olur”.
 
Ceyms Beluşi və Cennifer Sloun, 18 il birlikdə
Beluşi gələcək ömür-gün yoldaşı, həyatının mənası ilə 1998-ci ildə tanış olub. O, Cennifer Slounla elə həmin il evlənib və bu nikahdan onların iki uşağı dünyaya gəlib.
Ceyms Beluşi hər fürsətdə həyat yoldaşına olan duyğularını dilə gətirir: 
"Mənə sevməyi həyat yoldaşım öyrədib!"
 
Ben Stiller  və Kristin Teylor, 17 il birlikdə
Onlar gecə tədbirlərinin birində tanış olublar. Ben Stillerlə Kristin Teylor da ilk baxışdan aşiq olan cütlüklər siyahısına daxildir. Onların ilk tanışlığından 17 il keçir. Bu illər ərzində cütlüyün sevgisi solmayıb. Onların bu xoşbəxt nikahdan 2 övladı var.
Ben Stiller müsahibələrinin birində həyat yoldaşına olan sevgisini bu sözlərlə ifadə edib: "Məsələ ondadır ki, mən inadkar romantikəm. Həmişə xəyallarımdakı ağ atlı şahzadə xanımla qarşılaşacağım günü gözləmişəm. Onun nə vaxtsa rastıma çıxacağına əmin idim”.
 
Beyons və Cey-Zi, 14 il birlikdə
Onlar 2002-ci ildə tanış olub və münasibətlərini uzun müddət ictimaiyyətdən gizli saxlayıblar. Cütlük şəxsi həyatı barədə danışmağı xoşlamır. Bu məsələdə hər ikisi çox inadkardır. Yəqin, uzun və xoşbəxt münasibətlərin bir sirri də onu kənar şəxslərdən uzaq tutmaqdır. 
 
Robert Dauni və Syuzan Levin, 13 il birlikdə
Onlar xoşbəxt olmaq üçün uzun yol qət ediblər... Hər halda, bir-birini tapa biliblər. Syuzanla tanışlıq Robert üçün əsl möcüzə olub. Belə ki, sevdiyi qadına olan məhəbbəti onu bütün asılılıqlardan, pis vərdişlərdən birdəfəlik xilas edib.
Dauni həyat yoldaşından bir gün belə, ayrı qalmaq istəmir:
 
"Həyat yoldaşımı iki həftə görməsəm, dayana bilmərəm!"


Şərhlər: 7
Baxılıb: 411
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
senay))
Ne yarim esirlik nede ki 30 illik sonsuza qeder olum ayirana qeder Allah butun aileleri ayirmasin amin
7 may 2016 21:27
# 7
coooooooxxx xosbextem
Svetoklana
Ailəni qoruyub saxlamaq çetindir.Ümumi olaraqsa,maraqli mehebbet tarixçələrini oyrenmiş oldum.
7 may 2016 16:31
# 6
Göz yaşlarının belə bir vəzifəsi var imiş,ardından gələcək təbəssüm üçün təmizlik edərmiş...
ayka95
Allah ayirmasin
7 may 2016 14:23
# 5
yarpaq33
Allah ayirmasin
7 may 2016 13:55
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
maraqli evlilik tarixcesidi
7 may 2016 13:39
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lale.veliyeva19
indiki bəzi oğlan və qızlar dərs götürsün sevgilərini ucuz insanlara satmasın!!
7 may 2016 13:26
# 2
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

BARBI
Bele sevgiler helede var. ozude mehsur cutlukler arasinda. Tesufki sevgileri o qeder ucuzlasdiriblarki. Sevgilerin omru 1 il olur
7 may 2016 12:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz