Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uzun və xoşbəxt evliliklərin sirri
Uzun və xoşbəxt evliliklərin sirri
Göndərən: guler19
Şərhlər: 10
Baxılıb: 674
Səs ver:
Uzun illər evlilik həyatlarını davam etdirən cütlüklərin sirri nədir? Onlar evlilik deyilən bu izdivacı necə davam etdirirlər? 

1. Eyni vaxtlarda sinirli olmayın: Bütün cütlüklər arasında mübahisələrin, anlaşılmazlıqların olması təbii haldır. Amma hər iki tərəf eyni vaxtda əsəbi olmamalıdır. Həyat yoldaşınız əsəbi olanda, siz sakit davaranmağa çalışın. Sonrakı peşmançılıq fayda verməz məsəlini yada salın və ağzınızdan çıxan hər sözə diqqət edin. Haqlı olsanız belə, sakitləşməsini və uyğun zamanı gözləyin. Belədə istəkdiklərinizi etdirmək şansınız daha da artacaq. Şirin dilin ilanı da yuvasından çıxardığını unutmayın. 

2. Bir-birinizə qışqırmayın: Mübahisədə qarşı tərəf səsinin tonunu qladırıbsa, siz sakit olmağa çalışın. Qışqırıb-bağırmaqla heçə nəyi düzəltmək olmur. Məsələnin daha çox qəlizləşməsindən başqa heç nəyə yaramaz. İki tərəf də eyni anda bir-birinə bağırıb-çığırsa sadacə səs-küy yarana bilər. Səsinizi heç bir halda qarşı tərəfə yüksəltməyin. Sevgidən əvvəl aranızdakı sayğını qoruyaraq uzun illər səadət içində yaşa bilərsiniz. 

3. Tənqidlərinizi yumşaldın: Əlbəttə ki, həyat yoldaşınızın bəzi hərəkətlərini bəyənməyə bilərsiniz. Bu kimi məsələləri dilə gətirməkdə azadsınız, amma necə etdiyiniz də çox önəmlidir. Onu dəyişməyə məcbur edə bilmərsiniz. Sözləriniz sevgi dolu və səmimi olmasına xüsusi diqqət göstərin. Əks halda onun qəlbinə toxunmaqdan başqa isə yaramaz. Bu hərəkətindən nifrət edirəm yerinə, əzizim, belə etmək sənə heç yaraşmır deyə bilərsiniz. 

4. Hakimiyyət müharibəsi elan etməyin: Mübahisədə bir tərəfin qalib gəlməsi lazım gəlirsə, qoyun o qalib gəlsin. Sevginin müharibə olmadığını və fədakarlıq tələb etdiyini unutmayın. Evlilik bu vəziyyəti daha da qəlizləşdirir. Belə xırda məsələlərə vaxt ayıraraq nə ömrünüzü, nə də qarşı tərəfi çürütməyin. 

5. Keçmişlə əlləşməyin: Heç bir halda keçmişdə etdiyi səhvləri onun üzünə vurmayın. Hər hansı mübahisədə həyat yoldaşınızın keçmişdə etdiyi səhvləri üzünə vurmayın. Bu mövzunu dəyişdirməkdən və uzatmaqdan başqa bir iş görməyəcək. 

6. Bir-birinizə diqqət edin: Niyə evləndiyinizi unutmamalısınız. Kədərlərinizi və sevinclərinizi paylaşmaq həyatdan iki qat zövq almaq üçün evləndiniz, elə deyilmi? Düşüncələriniz və həyatlarınız bir-birindən fərqli ola bilər. Həyat yoldaşınız futbol oynamağa gedəndə siz də rəfiqələrinizlə alış-verişə çıxın. Bunlar evliliyinizi monoton və sıxıcı olmaqdan qurtarır. Amma aparılan bir araşdırmada həyat yoldaşınızın fikrilərini öyrənmir, yaxud dostlarınızla daha çox vaxt keçirirsinizsə, yanlış yoldasınız deməkdir. Dostlarınız və həyat yoldaşnızla münasibətlrəinizi balanslaşdırmağı bilməlisiniz. 

7. Yatağa küsərək yatmayın: Gün ərzində bir çox hadisə baş verə bilər, hətta şiddətli dava etsəniz belə, yatağa küsərək girməyin. Yatmazdan əvvəl bütün problemlərinizi həll edin. Aranızda küskünlüyün olması səhəri gün əhvalınızın pis olmasına səbəb olacaq. Mübahisələri uzadan tərəf olmayın. Yataq otağı özəl bir dünyadır. Həmin otağı problemlərdən uzaq saxlayın. 

8. Tərif edin: Gün ərzində ən azından bir dəfə də olsa, tərif deyin. Həyat yoldaşınızın sizdən gözəl bir söz eşidəndə necə xoşbəxt olduğunu hiss etmisiniz? Bu sevinci ona hər gün yaşadın. 

9. Üzr istəməyi bilin: Səhviniz olanda bunu etiraf edin və üzr istəyin. Səhv etmək dünyanın sonu demək deyil. Sadacə səhv etdiyinizi kəşf etməlisiniz. Ancaq bunu vərdiş halına gətirməməlisiniz. 

10. Mübahisə üçün iki insan lazım olduğunu unutmayın: Mübahisənin nədən yarandığını yadınıza salın. Təkcə qarşı tərəfi günahlandırmaq nə dərəcədə düzgündür? Çox güman ki, mübahisənin baş verməsində sizin də payınız var. Özünüzü tənqid etməkdən qorxmayın. Ancaq qarşı tərəfi günahlandırmaqla heç nə əldə edə bilmərsiniz.


Şərhlər: 10
Baxılıb: 674
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
Gərək bəzi şeyləri yola veresen. Dözəsən demirem cunki hər seyə dözmək olmur.
12 mart 2016 23:44
# 10
Fi-Ra
Üzr istəməyi bacarıram. Burda çətin heç nə yoxdu. Tərifə gəldikdə hə tərifləyirəm və doğurdan da bu qarşı tərəfin xoşuna gəlir. Təşəkkürlər xəbərə görə
12 mart 2016 01:57
# 9
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
vipbetul
evli insanlarcin yaxsi teolardir
11 mart 2016 20:32
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Mən sinirli olanda ona qışqırmıram,ya acı söz demirəm.Sadəcə soyuq danışıram.Mən onun üstünə bozarsam axırı heç yaxşı olmaz.Ancaq o hə qışqırır,dalaşır heçnədən,mən susuram.Birdən tərs tərəfimə düşür məndə qoşulub ona cavab verirəm ancaq dalaşmağımız daha da qızğınlaşır.Ancaq çox vaxtı sururam.O qışqırır mən yox.Onun hörmətini həmişə saxlamışam.O məni tənqid edir.Qarışdığı şey,geyimim,vaxtında yatıb durmağım,yeməyimi vaxtında yeməyim.Tez küsənəm ən çox isə ona dalaşır.Mən onu yola verirəm.Çünki olduğu mühit insanın əsəblərini tarımar edən bir mühitdir deyə hə,hm deyib ötüşdürürəm.Keçmişi əvvəl qurdalıyırdım.Qurdalamaqda deyəndə bir yerdə böyümüş iki insanıq.Hər şeyi gözümün qabağında olub,prosta bəzi şeyləri başına qaxırdım.Bir dəfə iki dəfə payımı verdi,onnan sonra yığışdırdım o xasiyyətimi,elə yığışdırdım ki,birdə olmayacaq tərzdə.Səhv məndə olanda kimliyindən asılı olmayaraq üzr istəyirəm.Ancaq məndə olmadısa başımı kəs üzr istəmərəm.Ancaq üzr istəməli lazım olsa o üzr istəməsə o məni incidir ki,niyə üzr istəmədi?Təşəkkürlər))
11 mart 2016 17:42
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
zezema
evliliye kiminse qarishmasina imkan vermek olmaz. kimlerse qarishdiqca mubahiseler artir. gerginlik coxalir. boshanma qacilmaz olur.
11 mart 2016 17:13
# 6
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Azəri_Ledi
uzunömürlü evliliyin sirri Sevgidir
11 mart 2016 16:57
# 5
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
Dosta_inam
Əsas bir-birini anlamaq, hörmət etmək lazımdır, o zaman bütün problemləri həll etmək olur.
11 mart 2016 16:10
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ɢüмüş
Burda yazilanlari etmek lazimdir. Ama uzun omurlu xosbext bir evliyin sirri. İki terefin bir_birini sevmesi,hormeti etmesi, bir_birini anlamasidir. Bir birinin fikrine hormet elemesidir.
11 mart 2016 15:17
# 3
Fialka
Faydalı məsləhətlərdir ama kimin xisləti nədirsə odur onun dəyişəcəyi isə çox az ehtimaldır..Amma buna baxmayaraq ömürlük bir ailə ola bilmək üçün anlayış və hörmət olmazsa olmazlar sırasında ilk yerdədir..
11 mart 2016 14:38
# 2
Barbaris
cox sagolun hamiya uzun omurlu evlliklik arzu edirem
11 mart 2016 14:33
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz