Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeni evlilər üçün hədiyyə seçimləri
Yeni evlilər üçün hədiyyə seçimləri
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 468
Səs ver:
Ola bilər ki, həyat yoldaşınıza mənalı və evliliyə uyğun romantik bir hədiyyə seçməyə çalışırsınız və ya ən yaxın dostunuz evləndi və ona xoşbəxtlik arzulamak üçün yeni evlilərə uyğun gözəl bir hədiyyə axtarırsınız. Ya da ən sevdiyiniz dostunuz sizi toy sonrası qonaq dəvət etdi. Həm xatirə olaraq saxlayacağı, həm də xoş hisslər ötürə biləcəyiniz mənalı hədiyyə axtarırsınız? Onda bu yazımızı əvvəldən sonadək oxumağınızı məsləhət görürük.
Yeni evlilərə nə hədiyyə alına bilər? Onlara bir ömür boyu xoşbəxtlik arzulamaq üçün hansı hədiyyə ilə qonaq getmək olar? Yazımızda bu suallarınıza cavab tapacaqsınız. Bu zaman ağla gələn ilk hədiyyələr: divar tablosu, suvenirlər, elektrikli mətbəx alətləri, yemək aksesuarları, farfor yemək dəsti və ya çay dəstidir. Sizcə də qab-qacaq, suvenir, bəzək əşyaları almağın modası artıq keçməyibmi? Onlar üçün daha unudulmaz hədiyyə etməli olduğumuz barəsində yəqin ki, hamımız həmfikirik. Lakin bir hədiyyənin unudulmaz olması heç də hədiyyənin həcminin və ya xərcinin böyük olması anlamına gəlmir. Hədiyyə seçimində əsas məqsəd alınmış hədiyyənin istifadə ediləcək bir şey olmasıdır. Bu çox kiçik bir nüans da ola bilər. Əsas odur ki, hədiyyə etdiyiniz şəxslər onu daim istifadə edə bilsinlər. Aşağıda sizlər üçün maraqlı bir neçə versiyanı təqdim edirik.

Şahmat taxtası.
Yeni evlilər öz evlərində birlikdə vaxt keçirməyi sevirlər. Onlara boş vaxtlarında istirahət edərək əylənə biləcəkləri şeylər hədiyyə edə bilərsiniz. Misal üçün elə şahmat taxtası. Yaxınlarınız bu hədiyyənizdən məmnun qalacaq və hər dəfə şahmat oynayarkən sizi xatırlayacaq.

Aksesuar üçün asılqan.
Bu hədiyyə daha çox bəylərin öz xanımlarına ala biləcəyi möhtəşəm seçimdir. Hər bir qadın öz bəzək əşyalarını asanlıqla yerləşdirə biləcəyi bir asılqana sahib olmaq istəyər. Güzgünün qabağına qoyula biləcək bir asılqana heç bir xanım yox deməz.

Sukkulent dibçək bitkisi.
Əgər yaxınlarınıza bəsləyib böyüdə biləcəyi bir hədiyyə almaq istəsəniz, onda dibçək bitkisi ala bilərsiniz. Asan qulluq olunan bitki almaq arzusundasınızsa, seçiminizi sukkulent bitkilər arasından etmək olar.

Termos fincanlar.
Hər bir evdə istifadə edilə biləcək termos fincanlar yeni il üçün yaxşı seçimdir. Xüsusilə yeni evli dostlarınız sizi evlərinə dəvət ediblərsə, onlar üçün bu hədiyyəni ala bilərsiniz.


Şərhlər: 6
Baxılıb: 468
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Evli insanlar oxusun sanki evliler bir birine deyilde dostuna verirler
27 mart 2016 00:59
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Hemde gerek bilesen de neye ehtiyaclari var.yoxsa ele wey alarsan ki,tekrarciliq olar.ona gore de mence yeni evlilerin evine gedende nese almaq isteyirsense her hansisa aksessuar,meselen suvener kimi,ya kartinka ve ya kreativ bir cercive hediyye etmek olar.
27 mart 2016 00:02
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
ulduz
Hediyələrin hec biri urek acan deyil. Yoldasim özü mene hediyyedi.
26 mart 2016 23:52
# 4
melek_ayka
ne bilim ilk defe esitdim yenede tsk
26 mart 2016 23:28
# 3
ülü16
Biz bu hədiyyələri onlara alsaq bəlkə bizə təşəkkür edər, amma biz gedəndən sonra hədiyyələri elə arxamızca atar122

Biz bu hədiyyələri onlara alsaq bəlkə bizə təşəkkür edər, amma biz gedəndən sonra hədiyyələri elə arxamızca atar122
26 mart 2016 23:10
# 2
evli.mutlu.cocuklu
Men ona oda mene hediyyedir neynirem hediyye alib ama maraqli idi tsk
26 mart 2016 23:02
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz