Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nişanlılıq dövrü və 6 səhv addım
Nişanlılıq dövrü və 6 səhv addım
Göndərən: ALESSANDRA
Şərhlər: 12
Baxılıb: 807
Səs ver:
Ailə qurmaq hər bir ağıllı insanın fitri istəyidir. İnsanlarda bu istək olmasaydı insan nəsli tədriclə yer üzündən silinərdi. Ailə qurmaq üçün layiqli və əxlaqlı şəxsi tapdıqdan sonra atılan ilk addım elçilikdir. Elçilikdə razılıq əldə edən qız və oğlan evlənmək üçün ilk rəsmi addımı atmalıdırlar. Azərbaycanda ona nişan mərasimi, naişandan toya qədər olan zamana isə nişanlılıq dövrü deyilir.

Əslində nişanlılıq dövrü qız ilə oğlan arasında gələcəkdə qurulmasını nəzərdə tutduqları ailə həyatının sağlam və xoşbəxt olması üçün layihələr üzərində işləmək üçün ən gözəl fürsətdir.
Onu da deyək ki, nişanlılıq dövründə qarşılıqlı münasibətlərdə hansı problemlərlə üz üzə olacaqlarsa bu problemlər təbii ki, gələcək ailə həyatına da birbaşa təsir edəcəkdir.

Hətta bəzi hallarda bu problemlər o qədər çox olur ki, nişan pozulur və gənclər bir birləri ilə dil tapa bilmədiklərinə görə ayrılmalı olurlar.

Buna görə də nişanlılıq dövrünün daha çox həssaslığı vardır.

Siz burada qız ilə oğlan arasındakı münasibətlərə xələl gətirə biləcək altı səhv addım ilə tanış olacaqsınız. Bu altı səhv addımdan uzaq olmaqla siz gələcək ailə həyatınızın sevgi və məhəbbət dolu bir həyata çevrilməsinin əsasını qoymuş olursunuz.

1- Tənqid etməkdən uzaq olun.
Hamınız eşitmisiniz ki, yerində və dəyərli tənqid çox faydalıdır. Bu məsələ hər yerdə və hər kəslə əlaqədar yaxşı şeydir, təkcə nişanlınızdan başqa. Nişanlınız sizin həmkarınız deyil ki, onun səhvlərini aşkara və ciddiliklə ona xatırladasınız. Nişanlı və həyat yoldaşı barədə tənqid olmur, yalnız təklif, istək və arzu vardır.

Hətta siz onu tənqid etmək lazım olan bir yerdə, məsələn, nişanlınızın hazırkı geyimi xoşunuza gəlmədikdə ona deyin "bu paltarın da qəşəngdir, amma dünən (ya keçən dəfə və sair) geyindiyin paltar daha qəşəng idi və sənə daha çox yaraşırdı.”

Tənqid yerində bu cür davranmaq sizin tənqid zamanı sizə lazım olan ciddiliyi qətiyyən azaltmır, əksinə sizin belə bir tənqid üsulundən istifadə etməyiniz daha təsirli olur. Çalışmalısınız ki, bu növ tənqid etməyi həyatınız boyu davam etdirəsiniz. Həmdə yadda saxlayın ki, nişanlınızla adətən ümumi mövzularda söhbət edəsiniz, xırdalıqlara varmayasınız. Məsələn, siz nişanlınıza "keçən dəfə anamın ad günü idi sənsə gəlmədin, bir həftə sonra bacımın övladının 5 yaşı tamam olur bu da yadından çıxmasın ha” demək əvəzinə, ona belə deyin "bizim ailə münasibətlərə daha çox önəm verir, lütfən işlərini elə qur ki, bacımın övladının ad gününə bizdə ola biləsən.”

Gördüyünüz kimi birinci cümlədə nişanlınız belə bir hiss keçirəcək ki, siz onun hərəkətlərini izləyir və onu danlayırsınız, amma ikinci cümlədə nişanlınız belə bir hiss keçirəcək ki, siz onun ailəsinə daxil olma ərəfəsindəsiniz və bu heç də çətin olmayan bir iş olmaqla yanaşı həm də sizin xeyirinizədir.

2- İşləməyinizi heç vaxt bəhanə etməyin.
Sizin gələcək həyat yoldaşınız ona daha çox diqqət ayırmanızı istəyir. Aranızdakı tanışlığın daha geniş vüsət alması və bir birinizin əxlaqı ilə tanış olmaq üçün görüşlərə ehtiyac vardır. Bu vaxtlarda siz nişanlınıza vaxt ayırmaq əvəzinə hər dəfə ona "mənin dostlarla vacib görüşüm var”, "işlərim çoxdur”, "şəxsi işlərim var” kimi sözləri bəhanə etməyinizlə irəliyə yəni ailə həyatı qurmağa dair heç bir müsbət addım atmamış olursunuz.

3- Geyiminizə fikir verin.
Sadə geyinmək çox bəyənilən bir işdir. Amma bilmək lazımdır ki, sadə geyinmək heç də dağınıq və pinti olmaq demək deyil. Nişanlınız sizi bəzənmiş və gözəl görmək istəyir. Bu heç də hər görüşdən əvvəl bütün günü bəzənməyə sərf etmək mənasında deyil. Amma bununla belə nişanlınızın sizi gözəl görmək istəyini də nəzərdə saxlayın. Özünə baxmaq təkcə nişanlılıq zamanı yox, həm də evləndikdən sora həmişə riayət edilməsi vacib olan mövzulardandır.

Deməli, bunu heç vaxt unutmayın, nişanlınız sizə bunu deməsə belə bilin ki, o sizi bəzənmiş və özünə baxan halda görmək istəyir. Bu hətta o qədər mühümdür ki, gələcək ailə həyatınızda sizin aranızda narazılıq yarada və aranızı soyuda bilər.

4- İzləmək barədə düşünməyin.
Gələcək həyat yoldaşınızın görüşlərini, getdiyi yerləri, telefon danışıqlarını və sairi izləməyin. Bunların çox xırdaçılıqlarına varmayın, onu sual cavaba tutmayın, əgər onunla nişanlılığa son qoymaq istəmirsinizsə.

Sizin nişanlınız da sizin kimi ağıllı bir şəxsiyyətdir, ünsiyyət rabitələrini düzgün qurmağın yolunu bilir. Buna görə də onu öyrətməyə çalışmayın, kimlərlə nələr danışması barədə soruşmayın. Evlənmək heç də nəzarətsizlik, eləcə də həyat yoldaşınızı daimi nəzarət altında saxlamaq mənasında deyil. Həyat yoldaşınızdan daima hesabat tələb etmək və onu ictimai həyatdan məhrum etmək haqqınız yoxdur.

5- Yeni ailə (nəsil) ilə ünsiyyətdən çəkinməyin.
Təbiiir ki, nişanlandığınız ilk günlərdə siz nişanlınızın qohumları tərəfindən təşkil olunan qonaqlıqlarda iştirak etməli olacaqsınız və bu zaman nişanlınızın qohumları (xala, bibi, əmi arvadı və sair) sizi dərindən süzəcəklər. Yeni qovuşduğunuz ailənin (nəslin) belə həssaslığı heç də sizi narahat etməsin, bu tamamilə təbii bir haldır. Siz həmin qonaqlıqlara çağırıldığınıza görə qətiyyən nişanlınızı danlamayın, ona kobud sözlər deməyin. Hətta içinizdə narazılıq olsa belə onu üzə çıxarmayın. Nişanlınız öz qohumlarının sizi ürəkdən qəbul etdiyini, həmçinin sizin də onun qohumları ilə rabitə qurmaqdan xoşlandığınızı hiss etmək istəyir.

Bundan əlavə yadınızdan çıxartmayın ki, hər ailənin (nəslin) özünəməxsus adət və ənənələri olur, buna görə də siz onları qulaq ardına vura bilməzsiniz. Yoxsa nişanlınızı qohumlarının yanında utandırmış olacaqsınız, belə ciddi şeylərdə qəlbə girmiş inciklik heç də tez bir zamanda qəlbdən silinə bilmir. Həftədə bir neçə saat çətin qanunlara dözmək heç də çətin iş deyil, xüsusilə də sevdiyiniz və bir ömür yaşamaq istədiyinizin xətrinə olanda. Elə deyilmi?!

6- Nişanlınızı qısqanc olmağa vadar etməyin.
Adətən belə təsəvvür edilir ki, qarşı tərəfin sizi daha çox istəməsi üçün onu qısqanc etmək lazımdır. Ondan uzaq gəzməklə, bir neçə gün qəsdən telefonu söndürməklə və sair. Amma inanın ki, bu tamamilə yanlış bir addımdır. Bəli, bir müddət bu variant sizin xeyirinizə işləyə bilər, amma sonra sizin başınıza böyük bir bəlaya çevriləcəkdir. Nişanlınız sizin bu hərəkətlərinizdən ruhən yorulacaq, aranızdakı rabitə tədriclə soyuyacaq...
Sizin rabitəniz qarşılıqlı anlaşma şəaitində davam etməlidir. Bir birinizin ardınca qaçmaq lazım deyil, həmçinin özünüzü daha çox istəkli etmək üçün süni yollardan istifadə etməyiniz lazım deyil.

Nişanlınızı qısqanc etmək səyləriniz sizin əleyhinizə olan bir addımdır.

Bunun əvəzində çalışın onu alqışlamaq və tərifləməklə nişanlınızın sizə olan ümidlərini artırasınız.


Şərhlər: 12
Baxılıb: 807
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
savior angel
1nece ile menede lazim olacaq .amma qisqancliq onun qanina iwliyib ujey indiden xasiyyetin bilirem onun ona gorede mence niwanliliq dovru cetin olmaz inwallah
1 may 2016 19:04
# 12
I choose to be happy
seva.qova
salam qızlar.bir ara sizdən məsləhət esdəyirdim.nişanlı idim.artığ deiləm.bu ayın 19 qaytardım.çox pis olmuşdum.dəhşət qısqanc kimi davranlrdı ama nişanı qaytarandan sora gördüm ki məni isdəmiyib(((şöhrət pərəst idi.anası nədə özü məni isdəmiyibmiş.çox sındım.1il 1 ay nişanlı qaldığ.məni çox incidirdi.başından böyük danışlrdı.hətta mənim xarıcı pasportumu cırdı.dedi özüm almışam.çox xain idi.inanırsız o qədər xırdaçıl biri idi ki nişan qayıdandan sora mənə nə alıb nə verib.pal-paltar,telefon,xonçalar,üzük anamın ad günüsündə hədiyyə elədiyi televizoru belə isdədilər.anası ultımatum verdi.hər şeymi qaytar diyə mən xərc çəkmişəm.hammız dəhşətə gəldik.hər şeyi qaytardım.mənə heçnə lazım deil.çox sevinirəm ziyanın yarıslndan qayıtdım.Allaha qurban olum .mənim sevgi hekayəm belə bitdi...
1 may 2016 00:33
# 11
Kölge
Bizimki kecib uje......
30 aprel 2016 19:21
# 10
Her şeye gore şukur
zezema
zehleeeem geden dovr )))) yaxshiki coxdan kecib)))) hem de tez bitib)))) o ne idi.... telefon qulagimdan dushmurdu..
30 aprel 2016 19:06
# 9
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Miss_Oxatan
men etiraf edirem burda yazilanlarin coxunun tersini etmiwem.o da duran yere yox.xirdaciligim var.hemde ne gorurdumse o saat pramoy ozunden soruwurdum.hele ustelik aldigim cavabdan daha emin olmaq ucun ozunden soruwmaqdan elave oz yontemlerimle gizli yollarla oyrenmiwem de duz deyir ya yox.sagolsun uzu ag cixib her seferinde.yene de neynim xasiyyetimdinl de.ancaq bir nece defe etdim sonra etmedim tam guvendim cunki.prosta bugun ki gunde de ona hec vaxt ozune dememiwem ki sene heyatda wubhesiz inamin var.ozumu sende insansan bir gun sende cawa bilersen kimi sozler deyerek teqdin edirem ona.cunki ele hesab edirem ki her hansi kiwi bilse ki xanimi ona yuz faiz inanir bu onda ele eminlik yarada biler ki sabah heqiqetende bu guvene soykenib cawa biler.tak wto lucwe bele bilsin)))
30 aprel 2016 16:27
# 8
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Angela7
Maraqlı məsləhətlərdir, seçilmişlərə əlavə etdim ki, vaxtı gələndə təkrar oxuyum.
30 aprel 2016 13:41
# 7
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
30 aprel 2016 12:43
# 6
Marta
Nisanliliq dovru yasamamisam(((( direk evlenmisik))))
30 aprel 2016 12:31
# 5
Немного терпения, и у тебя все получится..
Ekizlerin mamasi
Nisanliliq ən gözəl dovrdur. Burda yazilanlarda məncə düzdü.
30 aprel 2016 12:20
# 4
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
BARBI
Nisanli olmusam. Nisanliliq en agir dovrdur. Qisqanc nisanliyla yola gede bilmerem
30 aprel 2016 12:02
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
Teşekkürler.niwanli qizlara lazim olar
30 aprel 2016 11:48
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
nisanli xanimarcin maraqli melumat olar
30 aprel 2016 11:45
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz