Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ərlə arvadın düşüncələri fərqlidirsə, nə etməli?
Ərlə arvadın düşüncələri fərqlidirsə, nə etməli?
Göndərən: Tomris Müslümova
Şərhlər: 4
Baxılıb: 394
Səs ver:
"Evlilik iki fərqli şəxsin bir arada yaşamaq bacarığıdır”, - deyən türkiyəli psixoloq Serap Duyğulu cütlüklərin baxış fərqinin münasibətlərə təsirini dəyərləndirib. Evlilik iki fərqli insanın bir ömür boyu yaxşı və pis anlarda birlikdə olmaq, bir-birinə dəstək durmaq məqsədilə paylaşdıqları həyat yoludur. Bir yuva qurularkən əsas məqsəd uzun illər boyunca çiyin-çiyinə, kürək-kürəyə verərək çətinlikləri aşmaq, sıxıntıların birlikdə öhdəsindən gəlməkdir. İki ayrı ailədə fərqli mühitdə, fərqli insanlar kimi böyüyən iki şəxsin həmişə eyni şəkildə düşünməsi, eyni şeylərdən xoşlanması, ya da eyni dünyagörüşünə sahib olması əlbəttə ki gözlənilməzdir. Üstəlik, həyatı rəngləndirən tərəf də budur. Tərəflərdən birinin heç düşünmədiyi, sevmədiyi, görmədiyi bir şeyi digər tərəfin göstərməsi, fərqli pəncərə açması və dünyagörüşünü zənginləşdirməsi əhəmiyyətlidir. Fərqli dünyagörüşlərinə sahib ola bilərsiniz Həyat yoldaşınızdan fərqli düşünə, hətta onunla zidd düşüncələrə sahib ola bilərsiniz. Ancaq bu, onunla mübahisə edəcəksiniz anlamına gəlmir, çünki iki ayrı ailədə iki fərqli insan kimi böyüyən insanların fərqli düşünməsi normaldır. Bu fərqlilik uşaq böyütməkdən tutmuş, yemək zövqünə qədər hər sahədə qarşınıza çıxa bilər. Siyasi görüşlərdə də fərqli düşünmək, hətta seçkilərdə fərqli partiya üzvlərinə səs vermək normaldır. Əsas məsələ odur ki, siz öz düşüncənizin doğru olduğuna nə qədər inanırsınızsa, qarşınızdakının da öz düşüncəsini doğru hesab etdiyini unutmayın. Onu sizin kimi düşünməyə məcbur etməyin Texnologiyanın inkişaf etdiyi bir vaxtda qadınlar da, kişilər də virtual olaraq hər şeydən xəbər alır və nə baş verməsini izləyirlər. Bir sözlə, artıq hər kəsin bir baxışı var və bir çoxumuz düşüncələrimizi başqa insanlarla paylaşır, mübahisə edirik. Mübahisə etmək dava salmaq demək deyil. Ailə məsələsində də tərəflərin diqqət etməli olduğu bir şey də budur ki, fərqli düşüncələriniz ola bilər, ancaq sizinlə əks düşüncədən olan həyat yoldaşınızın xarakteri, kimliyi, şəxsiyyəti, özünəxas baxışları olduğunu və onu sizin kimi düşünməyə məcbur edə bilməyəcəyinizi unutmayın. Bu, bir-birinə hörmət etməli olduğunuz deməkdir. Bir insanı sevməyə bilərsiniz, onunla münasibət qurmaya bilərsiniz, ancaq ona hörmət göstərməniz sizin də ictimaiyyət arasında yerinizi təyin edir. Başqa insanlarla necə davranırsınızsa, o cür də davranışlarla qarşılaşarsınız. Baxışlarınız fərqlidir deyə bir-birinizi incitməyin Siyasi görüşlərdə fikir ayrılığı yaşamaq və fikirlərinizi müdafiə etmək üçün mübahisə etmək başqa, ancaq öz fikrinizi müdafiə etmək üçün başqasının düşüncələrini alçaltmaq, insanlarla dalaşmaq başqadır. Təəssüf ki, bəzən aradakı incə cizgi yox olur və həyat yoldaşları məhz bu məsələlərə görə bir-birinə düşmən kəsilirlər. Ancaq artıq ayrılmağa deyil, bütünləşməyə ehtiyac var. Sizə çox bənzəyən, sizinlə eyni düşüncələri olan, sizin düşündüklərinizi təsdiqləyən, sizin hər istədiyinizə "hə” deyən biriylə yaşamaqla həyatı rəngləndirmək asan olmur. Evlilikdə vacib olan ər-arvadın bir-birini olduğu kimi qəbul edib bir arada yaşamağı bacarmasıdır. Evlilik çətinliklərin öhdəsindən birlikdə gəlmək, xoşbəxt olmaq, həyatdan zövq almaq məqsədilə qurulan bərabərlikdir.


Şərhlər: 4
Baxılıb: 394
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zezema
DÜŞÜNCƏLƏR fərqli ola Bilər - amma hər sferada deyil. Əsas odur ki, ƏR VƏ ARVADIN intim fikirləri üst üstə düşsün, birmənalı olaraq kişiyə lazim olan budu! KİM DESƏ Kİ YOOOX MƏNİM ƏRİM MƏNİ TƏK NƏ BİLİM ÖZÜMƏ GÖRƏ, NƏ BİLİM XASİYYƏTİMƏ GÖRƏ SEVİR - BU YALANIN ƏN YEKƏSİDİR! ƏR ARVADINI DƏLİ KİMİ SEVİRSƏ DEMƏLİ- PASTELƏ GÖRƏ SEVİR, PASTELƏ GÖRƏ XƏYANET ETMİR, EYNİ SƏBƏBDƏN DƏ ARVADİNİN HƏR DEDİYİNİ EDİR!
o fikirlər üst üstə düşdüsə - deməli qalan bütün fikirlərdə hamisi üst üstə düşəcək! və kişi nə düşünür düşünün - axiri qadinin dediyi olacaq!
23 aprel 2016 17:57
# 4
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Aybə
Ərlə arvadın filirləri düz gəlmirsə əgər onda onlar ömür boyu bir birləriyə düz gəlməyəcəklər.Yada 1i od olanda 1i su olmalıdı.
23 aprel 2016 16:05
# 3
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
vipbetul
ferqli dusungeye sahibdirlerse gerek ortaq mexrege gelsunler yox hec vat yola getmirlerse onlar omurlerini curutmus olarlar
23 aprel 2016 15:37
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Təbii fərqli düşüncəli insanların birlikdəliklərində fərqli - fərqli fikirlərinin olması normaldır amma bu o demək deyil ki, bu fərqliliklər münasibətin sonu olmalıdır əksinə ortaq bir məxrəcə gəlməkdə mümkündür..Əsas olan insanı olduğu kimi qəbul etmək və onu dəyişdirməyə cəhd etmədən və ya dəyişməsini gözləmədən yaşamaqdır..
23 aprel 2016 14:45
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz