Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt evliliyin 12 sirri
Xoşbəxt evliliyin 12 sirri
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 847
Səs ver:
Yeni bir münasibətin həyəcanı, yeni insanı tanımaq müddəti olduqca maraqlıdır. Bu münasibət zaman keçdikcə irəliləyərək daha ciddi bir mərhələyə gəlir və evlənməklə sonlanır. Tərəflər subay ikən elədikləri məsuliyyətdən uzaq, rahat hərəkətləri evlənəndə də etdiklərində aralarında anlaşılmazlıq yaranır və problemlər ortaya çıxır. Evlilikdə xoşbəxt olmağın iki yolu var; düzgün insanı tapmaq və düzgün insan olmaq. Bu yazımızda sizinlə xoşbəxt olmaq üçün evlilik həyatınızda tətbiq edə biləcəyiniz bir neçə sirri paylaşırıq.

1. Problemləri bir-birinizi cəzalandıraraq həll etməkdən uzaq olun
Münasibətlərdə qarşı tərəfi cəzalandırmaq yaşanan problemi həll etməz, əksinə tərəflərin bir-birindən uzaqlaşmasına səbəb olar. Yoldaşınızın sizə yaxınlaşmasını əngəlləyərək, ona xəbər vermədən planlar edərək, tez-tez tənqidi sözlər deyərək, onunla danışmayaraq, xoş sifət göstərməyərək onu cəzalandırdığınızı düşünürsünüz, ancaq bunları etməklə bəlkə də aranızda gələcəkdə yeri doldurula bilməyəcək boşluqlar açırsınız.

2. Bir-birinizlə rəqabətə girməyin
Rəqabət insanlar arasındakı üstünlük yarışıdır. Bunun da əslində heç bir faydası yoxdur. Əksinə, cütlüklərin bir-birindən uzaqlaşmasıyla yanaşı bir-birini günahlandırmasına, mühakimə etməsinə, hətta təhqir edici sözlər deməsinə səbəb olur.

3. Tərəflərin asılı deyil, bir-birinə bağlı olmaları
Asılılığın ən əsas səbəblərindən biri özünü dəyərli hiss etmək ehtiyacı, həmişə qarşısındakından onunla maraqlanmağını gözləməkdir. Hər dəqiqəsini sizə ayırmasını gözləmək müəyyən vaxt keçdikdən sonra qarşı tərəfin bezməsinə səbəb olar və münasibətinizi monotonluğa aparar. Birlikdə keçirilən vaxt xaricində hər iki tərəfin özlərinə vaxt ayırmaq istəməklərinə hörmətlə yanaşmaq lazımdır.

4. Özünüzü və yoldaşınızı yaxşı tanımaq
İnsan özüylə barışıq olduğu bir münasibətdə olduqda ətrafıyla da sağlam münasibətlər qura bilər. Evlilikdə xoşbəxtliyin davam etdirilməsinin təməllərindən biri də tərəflərin özləri ilə barışıq ola bilmələri və özlərini düzgün tanıya bilmələridir. Özünüzü tanımağa çalışmaqla yanaşı yoldaşınızı da yaxşı tanımağa çalışın. Məsələn, "nəyə kədərlənər, nəyə sevinər, hansı hadisəyə necə reaksiya verər, nəyə nə qədər hirslənər, nələrdən xoşlanar?” bunları bilməyə diqqət yetirin. Özünüzün olduğu qədər yoldaşınızın da hisslərinə əhəmiyyət verin. Onu başa düşməyə çalışarkən empatiya qurmağı sınayın.

5. Söhbət edə bilmək
Cütlüklərin yaşadığı ən böyük problemlərdən biri düzgün ünsiyyət qura bilməməkdir. Sevgi qədər hörmət də evliliyin sağlam şəkildə davam etdirilə bilməsi üçün əsas amillərdəndir. Yoldaşınızı diqqətlə dinləyin və bu zaman başqa şeylərlə maraqlanmayın, sözü qurtarmadan cavab verməyin, bədən dilini müşahidə edin.

6. Tənqidin miqdarını və formasını yaxşı tənzimləyin
Tərəflər bir-birinin xoşlamadığı bir hərəkətini dilə gətirərkən bunu onu incitmədən, təhqir etmədən və düzgün mühitdə etməlidir. Bəzən cütlüklər həmişə bir-birinin qüsurunu tapmağa çalışırlar, amma bu zaman da tənqidin dozasını düzgün tənzimləmək lazımdır.

7. Tərəflərin evdə öz üstlərinə düşən məsuliyyətlərini yerinə yetirməyə diqqət etməsi
Hər kəs öz üzərinə düşən vəzifələri və öhdəlikləri yerinə yetirdiyi zaman daha xoşbəxt və sakit bir ortaq həyat keçirə bilərlər.

8. Bir-birini dəyişdirmək istəyindən əl çəkmək
Evlənməmişdən əvvəl tərəflər bir-birini olduğu kimi qəbul etmiş görünsələr də evlilik müddətində bu vəziyyət dəyişir və onlar bir-birlərini dəyişdirmək cəhdinə başlayırlar. Unutmayın ki, insan ancaq özü istəyərsə dəyişər.

9. İfrat qısqanclığın olmaması
Qısqanclığın həddindən artıq olması özünə inamsızlığın əlamətidir. Qısqanclığın dozasının tənzimlənməməsi bir müddət sonra qarşıdakı insanı bezdirir.

10. Yoldaşının qohumlarına yaxınlıq göstərmək
Sizin öz ailənizi sevib hörmət qoyduğunuz kimi yoldaşınız da öz ailəsini sevir və hörmət qoyur. Buna görə də onun ailəsinə də lazım olan sevgi, hörmət və diqqəti göstərməlisiniz.

11. Büdcəyə nəzarət etmək
Tərəflərin ailə büdcəsini aşan, hər iki tərəfi də çətinə salan xərcləmələrdən uzaq durmağı lazımdır. Arada anlaşılmazlıq yaranmaması üçün evə bir şey almaq lazım olanda hər iki tərəfin xəbəri olmalı və ortaq qərar verməlidirlər.

12. Baxımlı olmağı unutmamaq
Cütlüklər geyiminə, təmizliyinə, şəxsi görünüşlərinə bayırda olduğu qədər evdə də diqqət göstərməlidirlər.


Şərhlər: 7
Baxılıb: 847
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
evli xanimlar oxusun yaxsi meslehetdir

evli xanimlar oxusun yaxsi meslehetdir
19 aprel 2016 02:58
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Ailə münasibətlərində cütlüklərin hansısa problem yaranan zaman onu həll etməsi aralarında olan münasibətin nə dərəcədə olmasından asılıdır..Bir - birini tamamlayan , oxşar xüsusiyyətləri, ən əsası isə məsələyə müxtəlif bucağlardan deyil eyni yerdən baxmağı bilməkdir bunun başında isə ilk növbədə anlayış və hörmətin daha çox olmasından birdə qadının evdə yaratdığı abu havadan çox şey asılıdır...
18 aprel 2016 14:48
# 6
Tomris Müslümova
Tərəflər arasında problem olanda bəzən cütlüklər elə davranırlar ki,sanki bir-birilərinə düşməndilər.Birgə keçirdikləri yaxşı günləri unudub yaşanan balaca pisliyi əllərində bayraq edib hücuma keçirlər.Həqiqətəndə cəza,acıq heçnəyi həll etmir tam əksinə odun üstünə benzin tökür.Bəzi həyatın yazılmamış qanunları var ki,onlar kişilər üzərində keçərlidir ancaq qadın üzərində yox.Kişinin etdiyi səhvi qadın etməməlidir.Hər kəs öz səvyyəsində çıxış edir.O problemi bağışlamaq və cözmək lazımdır.Rəqabətə girərək prinsip aparmaq doğru deyil.Asılılıq isə çox zaman madiyyata gedib dirənir.Kişi çalışır qadın evdardırsa bir növ özünü kişdən asılı hesab edir.Amma unutmamalıdırlar ki,yeri gələndə qadın kişiyə yox kişi qadına borcludur və asılıdır.Amma bunları bir qırağa qoyub yaxşı tərəfinə baxsaq heç kim bir-biridən asılı deyil.Onları bir birilərinə bağlayan cəhətlər var.Kim düşünərsəki insan xasiyyəti dəyişir çox səhv düşünür.Belə bir yöndən baxsaq,neqr rəngini dəyişə bilərmi? Yox.Deməli insan xasiyyətidə dəyişməzdir.Ona görədə bu fikirdən daşınmaq lazımdır.Müəyyən olmazlara qulaq asmaq çəkinmək olar amma dəyişmək mümükünsüzdür.Hər şeyin ən başında anlaşıy durur.Bu olmasa hər şeyi silib aparır.
18 aprel 2016 14:32
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Zuzu26
Bizdədə hər şey yaxşı idi telefonlar ayfonlar çıxana kimi
18 aprel 2016 14:22
# 4
Mən bu həyatda ən çox ana olmağı sevdim
evli.mutlu.cocuklu
Men sukur bie ildi evliyem cox xosbextdemde
18 aprel 2016 14:18
# 3
ovlad-hesreti
men iyunda 2il olacaqki aileliyem ovladim yoxdu heleki( yoldawim.niwanli vaxti bawqa birisi idi evlendi tedricen bambawqa biri oldu yaxsi menada duwunuremki indiki anlayiwli mulayim.sevgi dolu davraniwlarinda menim.rolum.cox boyukdur. burda yazilanlarin coxuna men emel edirem davasiz sakir mehriban aile heyatim var cox wukurki qadindan cox wey asilidi. yaxsi munasibet gormek isteyirikse qarwi terefden ozumuzde yaxsi davranmaliyiq onlara anlayiwsiz sixici olmamaliyiq. bu 2ilde kiwi qadin munasibetlerinde cox wey oyrendim.yawayaraq sevf ede ede cox wey oyrendim belke ovladim olsa yoldawimi bu qeder yaxsi tanimaz ona bu qeder vaxt ayirmazdim bilmirem ama.kaw tez olardi uwagim bir tek ovladim.eksikdi evliliyimde Allah tezlikle nesib etsin inwallah( butin olmayanlarada Aminnn
18 aprel 2016 13:23
# 2
Antikvar
Mövzu gözəldi əsasəndə yeni evli olan kəslər üçün faydalı məlumatlardır,qeyd edilən sözlər bəzən istəmədən fərqinə varmadan etmiş oluruq ,amma sonrakı peşmançılıq fayda verməz gərək addımı atmamışdan öncə nə etdiyini bilib sonra hərəkətə keçəsən,aralarında ən çox bacardığım söhbət etməkdir mənə görə ən vacib olanıda budur,insan söhbət edərək hər bir problemi həll edilməsinə nail ola bilər,ailədə bir birilərinin fikirlərinə hörmət etmək lazımdır,qısqanclığında ,diqqətində yeri zamanı və həddi olmalıdır.Hər bir hissin aşırı dərəcəsi ya insanı bezdirir yada bir birindən uzaqlaşmasına səbəb olur.Evlilikdə illərin ötdükcə bir birinin xarakterinin dalaşdığında,mehriban olduğunda,güldüyündə,ağladığın anlarda öyrənməyə çalışırsan əsas bu öyrəndiklərindən tez bezib üz döndərməməkdir səbrli olub yola verməyi bacarmaqdır.Allah hamın ailəsini qorusun.Təşəkkürlər
18 aprel 2016 11:43
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz