Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evliliklə bağlı çevrədən eşidə biləcəyiniz yanlış düşüncələr
Evliliklə bağlı çevrədən eşidə biləcəyiniz yanlış düşüncələr
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 443
Səs ver:
Əvvəlcə həyəcan verici olduğunu düşünsək də evliliyə qərar vermək heç də asan deyil. Düzgün insanla həyatınızı birləşdirdiyinizdən əmin olsanız belə, bir çox problemlə qarşı-qarşıya qalmaq ehtimalınız var. Bu müddətdə ailənizdən başlayaraq bütün evli cütlüklər evlilik təcrübələrini sizinlə bölüşmək üçün can ata bilərlər. Ancaq bəzən bu tövsiyələri həyatınızda tətbiq etmək heç də yaxşı nəticələr verməyə bilər. Evliliyə qərar verərkən evliliyinizin ilk illərində tez-tez eşidəcəyiniz məsləhətlərlə münasibətinizi yönləndirməyiniz xəta ola bilər. Bəzən çevrənizdən eşitdiyiniz tövsiyələrə qulaqlarınızı bağlamaq ən doğru qərardır. Çevrədəkilər tərəfindən yeni evlənəcəklərə ən çox edilən yanlış tövsiyələri sizin üçün sıraladıq:

"Uşaq evliliyin təməlidir”
Evləndiyiniz gündən etibarən ailələriniz başda olmaqla bütün çevrəniz sizdən nə zaman uşaq sahibi olacağınızı soruşa bilər. Eyni şəkildə uzun müddətdir evli olan insanlardan bir an öncə uşaq sahibi olmağın vacib olduğunu və bunun evliliyin təməli olduğunu tez-tez eşidə bilərsiniz. Ancaq erkən yaşda çevrənin təsiri ilə valideyn olmaq istəməyiniz doğru bir qərar olmaya bilər. Övlad sahibi olmağın evlilikdəki problemləri həll etmək, ya da münasibəti gücləndirmək üçün edilən bir şey olmadığını və sadəcə həqiqətən hazır olduğunuzda belə bir qərar verməli olduğunuzu unutmayın.

"Elə biri ilə evlən ki, o, səni daha çox sevsin”
Evlilik qərarı vermək mərhələsində xüsusilə qadınların çevrələrindən ən çox eşitdiyi məsləhətlərdən biri də "səni sənin onu sevdiyindən daha çox sevən biri ilə evlən” cümləsi olur. Əlbəttə, bunun arxasında özünü daha rahat hiss etmək və əl üstündə tutulmaq kimi istəklərin olması çox açıqdır. Ancaq sizi nə qədər sevərsə sevsin, yetərincə sevmədiyiniz biriylə xoşbəxt evlilik sürdürməyiniz çox çətindir.

"Sənə bənzəməyən biri ilə evlən”
Əks qütblərin bir-birini çəkməsi mövzusundan əlavə, bir-birlərinin çatışmayan cəhətlərini örtəcək insanların birlikdə olmasının yaxşı nəticə verəcəyi ilə bağlı inanclar var. Hər nə qədər başda doğru və hətta sizi tamamlayacaq birinin varlığı çox maraqlı gəlsə də, həyatınızı sizdən bu qədər fərqli biriylə keçirməyin çətinlikləri çox ola bilər. Evlənəcəyiniz şəxslə hər şeydən öncə çox yaxşı dost ola bilməlisiniz. Bunun üçün ortaq zövqləri və problemləri paylaşa bilmək çox önəmlidir.

"Onu xoşbəxt etsən, sən də xoşbəxt olarsan”
Əlbəttə ki, bütün münasibətlərdə qarşınızdakı insanı xoşbəxt edə bilməyiniz çox önəmlidir. Ancaq onun xoşbəxtliyini öz xoşbəxtliyinizin önünə qoymağınız, hətta öz xoşbəxtliyinizi tamamilə onun xoşbəxtliyinə bağlamağınız heç də məsləhət edildiyi kimi xoş nəticələr verməyə bilər. Hətta uzun müddətdə onun üçün bəzi şeylər etməkdən yorulmağınıza və bu səbəbdən də hər iki tərəfin üzülməyinə səbəb ola bilər. Bunun yerinə ilk öncə özünüzü xoşbəxt etmək üçün nələrsə etməlisiniz. Özü xoşbəxt olmayan birinin başqasını xoşbəxt etməsi isə elə də mümkün bir hal deyildir.

"Evlilikdə ən önəmli şey sevgidir”
Bir çoxlarının xəyalı romantik bir sevgi evliliyi olsa da, təəssüf ki, evlilikdə ən az sevgi qədər önəmli olan bir çox şey vardır. Həqiqətən sevdiyiniz biri ilə evlənməyiniz əlbəttə çox gözəldir, ancaq bəzən sevginin gözümüzü kor edə biləcəyini və yanlış qərarlar verməyimizə səbəb ola biləcəyini də düşünməlisiniz. Evlilikdə sevgidən daha çox hörmət, sədaqət, güvən kimi anlayışların ön planda olması həyəcan verici görünməsə də, daha sağlam bir evlilik qurmağınızı təmin edə bilər.


Şərhlər: 13
Baxılıb: 443
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Angela7
Çox maraqlı xəbər oldu, təşəkkürlər.
14 aprel 2016 20:31
# 13
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
S.Heydarova
evlilikdə onəmli şey sevgidir məncə
14 aprel 2016 14:51
# 12
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
vipbetul
evlilikde esas mentiqdir
14 aprel 2016 00:21
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Kənardan kim nə deyir desin fikir verməməlisən məncə. Öz əlin, öz başın yaşamalısan. Qalan hamının verdiyi boş-boş məsləhətlər elə qalsın özlərinə.
13 aprel 2016 20:04
# 10
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
___Jasmin___
Elə biri ilə evlən ki, o, səni daha çox sevsin
13 aprel 2016 17:26
# 9
I remained behind now the mother of 14 spring -Big

sizin 1205
Evlilik .................
13 aprel 2016 16:22
# 8
L
Fialka
Evliliklə bağlı çevrədən verilmiş suallar nə qədər lazımlı olsada kiminsə şəxsi həyatına qarışıb həmin şəxsi bezdirmək düzgün deyil. Buna görə bəzən sadəcə ətrafını bu suallardan susdurmaq naminə addımlar atılır amma bu düzgün deyil ..Qaldı ki, evliliklə bağlı olan qeydlərə burda daha çox sevgi hissinə toxunulub amma məntiqlə fikirləşsək o zaman reallıqları görmək mümkün olacaq beləliklədə insan anlamalıdır ki, tək sevgiylə ailə qurulmaz sevgidən daha önəmli şeylərdə vardır hörmət kimi , inam kimi, sədaqət kimi və bir insana özün kimi güvənmək çox dəyərlidir sevgi qədər.. ona görə bir dəfə qurulan ailənin bütün məsuliyyətini dərk etmək əsasdır əməl etməksə vacib...
13 aprel 2016 14:54
# 7
qanadli melek
Ele bizi evlilikden soyudan sebeblerden biride etrafimizdaki evlilikler ve insanlarin fikirleridi.dogrudu sevgiden cox hormet guven onemlidi
13 aprel 2016 13:01
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Miss_Oxatan
Barbi,ele duwunme,cunki,mende subayken bele deyirdim.deyirdim ki,evlilik hara men hara ozumu turmede hiss ederem,cunki evliliyi zindan hesab edirdim.insanin ozunden asilidir her wey.evvela secimini ele secmelisen ki,o insan seninle eyni fikirde eyni xarakterde olsun ve seni oldugun kimi qebul etsin.evlilik oncesi taniwliq prosesinde men artiq ozumu tanitdim,hec bir kriteriyalar,engeller,bu olmaz o olmaz kimi zakazlar menim ucun deyil azad ruhlu biriyem kimi xasiyyetlerimi acib dedim hetta demekle de qalmadim evliliye qeder her movzuda ozu de gordu ki men kiwi dese ki men deyirem qatiq qaradi sen de qaradi demelisen sozune amin deyen qadinlardan deyilem.burda qeyd edilen bendlerin hec biri de mene kecmir onu da subut etdim.uwaw evliliyin temelidir ama daha geden kimi kimse mene ilk aylardan teze xeber yoxdu?soruwdugu suala ele cavab verdim ki oz yaninda hele de deyesiydiler.evlilikde umumiyyetle 3cu wexse yer yoxdur.ister qiz teref ister oglan teref.artiq men ve o var.qerarlarimizi ozumuz verib qebul edirik.kimse mudaxile etmeye kalkiwsa sivri dilimi iwe saliram.ne vaxt meslehete ustune gelsem,ya da verdiyin qerarlarda budresem ve ailemi budretsem o zaman yuyulmamiw comceler mudaxile ede biler o da boyuk kimi meslehet ucun.yoxsa qariwmaq ve idare etmek ucun yox.men hemiwe deyirem ki,eger men savadli ola ola bir meseleni,problemi hell etmekde aciz olub da savadsiz birine muraciet etsem onda o diplomumu onun yaninda ciraram.menim hec kimin aglina ehtiyacim yoxdur.wukur ailem de verdiyimiz qerarlardan budrememiwik hele.eksine ele boyukler qesden budretmek istedi ama alinmadi.eger hele ona boyuk demek duzdurse.o qeder wukur edirem ki Allaha meni zeif xarakterli,bacariqsiz,ezik yaratmayib.hecneyim olmasa da bir gun yoxsul,terk edilmiw,hetta xeyanet edilmiw biri olaramsa da bir onu bilirem ki,bu guclu,tek bawina bacaran xaraktere malikem.bilirem ki,eslinde menim Allahin desteyinden bawqa heckime ehtiyacim yoxdur,o barede ki,sabah insandi da ciy sud icib,erimden hansisa bir hereket gorsem onunla tereddudsuz yollari ayirib oz ayaqlarimin ustunde dik dura bilerem.bunu ozu de bilir.ve bunu ona subut etmeyime de sevinirem.cunki kiwiler zeif qadinlarin zeifliklerini tutur istifade edir.lap zeif terefimde olsa onu esla etiraf etmerem.belke de bu sozlerime gore kimlerse ozunden razi biler meni,ama menim ne demek istediyimi guclu xanimlar cox gozel bawa duwdu.men lap ata evinden bu xarakterimi oz atama,qardawlarima da subut etmiwem ki,eslinde hecbir qadinin siz kiwilere ehtiyaci yoxdur.istesek her weyin ohdesinden gelerik.qadin ozunu zeif yox zerif gostermeyi bacarmalidir.neye gore erimi xowbext etmek ucun deriden bogazdan cixmaliyam?ozumu niye onun qarwisinda eskildim.o nece mende ele.o da gorecek ki,men elden qoyuram onun ucun,deyecek ki,fso tutdum damarini.ne bilin ewi onsuzda heyatda bir birini yuz faiz tamamlayan cutluk yoxdur,guzewtler,hormet,sevgi ile kecirsen cox weyden.sadece qadin ozune hormet etsin,ozunu ne erin ne de ailesinin qarwisinda eskik gostermesin ki tepesinden vurmasinlar.
13 aprel 2016 12:58
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Tomris Müslümova
Müsəlman ölkələrində ilk bənddə deyilən fikir evləndikdən sonra əsas prioritet olaraq ya başa qaxılır,yada ən çox verilən sual olur.Təzə xəbər yoxdu? Hamilə deyilsən? Niyə uşaq istəmirsən? Kimi sualları gəlini boğaza yığa bilər.Uşaq ailənin təməli deyil.Uşaq ailənin möhkəmlənməsidir.Bu fikrimdə təzad yaradır.Çünki elə ailələr varki,uşaqsızdırlar.Və ömürlərinin sonuna kimi birlikdə yaşamağada davam edirlər.Məsələn Mingəçevirdə çox nifuzlu biri var biziz ailəvi dotumuzdur.Artıq yaşa dolublar.Uşaqları olmayıb.Hətta məni övladlıq olaraq istiyiblər anam qoymayıb.Onların uşağı yoxdur və birlikdədirlər.Hər yay Türkiyəyə istirahətə gedirlər.Amma bu hamıda belə olmur sinif yoldaşım evləndi 1 il sonra uşaq üstündə boşandı.Yəni bayaq dediyim fikrim təzaddır.İkinci bənddə deyilən fikiri mənim sinif yoldaşımın maması deyirdi həmişə ki,sən sevdiyinə yox səni sevənə get.Və çalış səndən çirkin olsun.Bu nə qədər doğrdur,ya gülüncdür deyə bilmərəm amma mənim aləmimdə 50/50 təşkil edir.Ər arvadın torpağı bir yerdən götürülür deyimi çox zaman doğruluq təşkil edir.Əksər cütlüklər bir-birinə çox bənzəyir.O qismətdir.Ya oxşuyacaq yada oxşamıyacaq.Əsas olan fikirləriniz oxşasın,dünyaya baxış tərziniz oxşasın.Simanın bənzəməsinin bir önəmi yoxudr.Sondan ikinci bənd çox yalnış fikirdir.Elələri olurki qudurur.O xoşbəxtlik onlara xarab edir.Elə fikirləşir ki,elə belə olmalıdır.Ona görədə yalnış fikirdir mənim üçün.Evlilikdə ən önəmli şey sevgi deyil.Ən önəmlisi anlayış,hömət,inamdır.Vəssalam!
13 aprel 2016 12:00
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Barbaris
twkler xebere gore
13 aprel 2016 11:32
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Ekizlerin mamasi
İnsan öz agliyla qərar verməlidi düzdü cevreden lazımlı məsləhət ala bilərsən amma öz fikrincə qərar verməlisən. Bide ən nifrət etdiyim sualdı toydan heç bir ay keçməmiş basdiyillar hələ uşaq yoxdu?bişey yoxdu,?bu kimi suallara qıcıq oluram.
13 aprel 2016 11:10
# 2
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
BARBI
Hamisi yalnis fikirlerdir. Evlilik menimcun zindandir. Ozumu qefesde hiss ederem
13 aprel 2016 11:08
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz