Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toy gecəsi necə hərəkət etməli? [ Kişilər üçün ]
Toy gecəsi necə hərəkət etməli?  [ Kişilər üçün ]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 50891
Səs ver:
Toy gecəsinin birinci qanunu budur:

Toy gecəsini zorlama ilə başlamayın. Bəzən qız birinci gecədən elə qorxur ki, sonra uzun müddət cinsi əlaqədən imtina edir. Nəzərə alanda ki, rəfiqələri,oxuduğu kitablar, baxdığı filmlər və s. onda müəyyən qorxular yaradır,bəy çalışmalıdır ki, qızla maksimum ehtiyatlı olsun. Oğlan (bəy) nə qədər incə və mehriban olsa,qızı nə qədər çox sığallasa o qədər yaxşı.

Oğlan romantik olsa, qızı öpsə, nəvazişlə davransa, qız da cəsarətlənər,qorxmaz. Bəy maksimum çalışıb cinsi əlaqəyə qədər qızı ehtiraslandırmalıdır.

Sonra isə deflorasiya başlayır,yəni qızlıq pərdəsinin açılması. Əgər qızlıq pərdəsi kobud şəkildə cırılsa bu pis nəticələrə gətirib çıxara bilər. Xüsusilə də zifaf gecəsi qızlıq pərdəsini açan zaman kişi çox ehtiyatla, nəvazişlə hərəkət etməlidir.

Toy gecəsinin ikinci qanunu:

Zifaf gecəsi həm bəy,həm də gəlin ayıq olmalıdır. Toy günü restoranda spirtli içki qəbul etmək, mədəsi dolana qədər yemək olmaz. Xüsusilə də xəmir xörəkləri,yağlı ət və s. ilə qarnı doldurmaq olmaz. Bu həm oğlana, həm də qıza aiddir. Maksimum bir qədəh şampan şərabı qəbul etmək olar.

Toy gecəsi necə hərəkət etməli?

Yaddan çıxarmaq olmaz ki, deflorasiya mütləq zifaf gecəsi olmamalıdır. Bəzən olur ki, qızlıq pərdəsi anadangəlmə defekt olur yaxud idmanla məşğul olan qızlarda o bilməyərəkdən cırılır. Həm də mümkündür ki,qızlıq pərdəsi cırılsın,lakin qanaxma olmasın. Bu heç də qızın bakirə olmadığı demək deyil.

Toy gecəsi olanlar gərək həm kişi, həm də qız üçün yaddaqalan, unudulmaz bir xatirə olsun. Çalışıb həmin günü qanqaraçılıq etmək, adamı əsəbiləşdirən şeylərdən uzaq qaçmaq lazımdır. Ona görə də zifaf gecəsi olacaq otaq sakit, səs-küydən uzaq, çarpayı isə rahat olmalıdır.

Azərbaycan toylarında yengə deyilən bir şey də olur. Çox vaxt xala,bibi,dayıarvadı (dayıdostu), əmiarvadı və s. təcrübəli qadın gənc qıza müəyyən məsləhətlər verir, onu toy gününə hazılayır. Bu yengə adəti qədim dövrlərdə olub və maraqlı bir adət də olub. Çünki o vaxtlar qızlar bilmirdi ki, toy gecə olanlar necə olur. Yengənin ikinci rolu isə qızın doğurdan da bakirə olduğunu təsdiq etmək idi. Bəzi yerlərdə həm oğlan, həm də qız yengəsi qapınıın ağzında durur və toy gecəsinin uöurlu olmasına nəzarət edirdi. Lakin indiki dövrdə məncə, yengəyə ehtiyac yoxdur. Bu adəti yığışdırmaq yaxşı olardı. Onsuz da çox yerdə oğlanlar yengə qadından imtina edirlər. Əgər oğlan qızı bəyənibsə,onu qəbul edibsə,yengənin nə işi var?
Yengələr səhər açılanda bir-birlərinə şirinlik də verirlər. Bəzi yerlərdə yengə bəyin qolundan tutub onu gəlini yanına gətirir və qızı ona tapşırır. Bəzi kəndlərdə yengə üzərlik yandırır, bəzi yerlərdə yengə qızı soyundurur. Çox yerdə belə adət varmış ki, toy gecəsində bakirəlik pozulandan sonra yengə qızın qanlı döşəkağısını (dəsmalını) götürüb çıxardır və qohumlara gözaydınlığı verir. Oğlan qızla cinsi əlaqədən sonra bzəən döşəyin altına pul da qoyurdu ki, sonra yengə onun altından öz pulunu götürərdi. Hər yerin öz adəti var.

Təhqirə yol verməyib, bir-birimizn fikirləinə hörmətlə yanaşaq ...


Şərhlər:
Baxılıb: 50891
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz