Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlənməkdən qorxanlar üçün
Evlənməkdən qorxanlar üçün
Göndərən: Tomris Müslümova
Şərhlər: 6
Baxılıb: 618
Səs ver:
Elmdə "uzun müddətli əlaqə", ya da "evlənmə qorxusu" kimi adlandırılan bağlanma qorxusu, bu qorxunun səbəbləri və qorxunu dəf etmə üsullarını psixoloq Larissa Varol izah edir.

Bağlanma qorxusu həm qadınlarda, həm də kişilərdə istənilən yaş dövründə yaşanılan, onların həyatında müəyyən çətinliklər yaradan, münasibətlərində problemlərə səbəb olan və münasibətlərin uzun müddətli olmasına əngəl törədən psixoloji problemlərdən biridir.

Bağlanma qorxusu ədəbiyyatlarda "uzun müddətli əlaqə", yaxud "evlənmə qorxusu" kimi də işlədilir. Amerikada aparılan araşdırma nəticəsində məlum oldu ki, son 40 ildə evliliklərin sayı nəzərəçarpacaq dərəcədə azalmışdır.

Bağlanma qorxusunun görünən səbəbləri; azadlıq və cinsi həyatın məhdudlaşdırılmasından, kompromisə getməkdən, ümumi həyat ritminin dəyişilməsindən və maddi yükün altına girməkdən qorxmaqdır. İnsanlar bəzən sadəcə qarşısındakı insanın onun azadlığını əlindən alacağı üçün deyil, qarşısındakı insana həddindən artıq bağlanacağından və bir gün inciyəcəyindən qorxduğu üçün də uzun müddətli münasibətlərdən qaça bilər. Bunun səbəbi isə kiçik yaşda zəruri bağlanmaların, yəni ana və ata ilə sağlam bir yaxınlığın olmaması, kifayət qədər qayğı görməməsi, ya da laqeydliyə məruz qalması ola bilər. Bununla yanaşı, ailədə ana və atanın boşanmış olması, uşağın xoş olmayan bir evliliyə şahid olması, ya da insanın daha əvvəl yaşadığı bir münasibətin onu xəyal qırıqlığına uğratmış olması da bağlanma qorxusunu meydana gətirə bilər. Yaxınlıq və bağlanma qorxusu olan şəxslər əlaqələrə etibarsızlıq və əlaqənin müvəffəqiyyətsiz nəticələnəcəyinə dair bir inancla başladıqları üçün bu hisslər və inam təbii olaraq onların davranışlarında da özünü göstərir və münasibətlərin mənfi yönə doğru çevrilməsinə səbəb olur.

Qadınlar niyə bağlanmaqdan qorxurlar?
Bağlanma qorxusu ilə əlaqədar araşdırmalarda, qadınların boşanma və ya atasız böyümə kimi ailədə meydana gələn incidici vəziyyətlər qarşısında dərindən təsirləndiyi müşahidə edildi. Araşdırmalarda qadının ehtiyacı olduğu zaman rahatca axtarıb, kömək istəyə biləcəyi bir ata fiquruna sahib olub-olmamasının qadının sonrakı həyatında bağlanma qorxusu ilə birbaşa əlaqəli olduğu sübut edildi.
Bağlanma qorxusunun digər bir psixoloji səbəbi isə insanın keçmişdə yaşadığı travma və stress yaradan hadisələrlə əlaqədar insanlara güvənməkdə çətinlik çəkməsi və özünü davamlı təhlükə altında hiss etməsidir.

Bağlanma qorxusunun öhdəsindən necə gəlmək olar?
Qarşılıqlı empati və anlayışla bağlanma qorxusu və güvənsizlik hissi tədricən yox ola bilər. Qarşılıqlı empati insanın ətrafına qarşı hörmətinin, öyrənmə istəyinin, ətrafına qarşı olan diqqətinin və marağının artmasına kömək edə bilər. Bununla yanaşı, qarşılıqlı ünsiyyət və anlayış insanın özünü ətrafındakılara qarşı müdafiə etməsinə son qoymasına və tənhalıqdan yaxa qurtarmasına da kömək edəcək. İnsan zamanla daxili cəhətdən rahatlayacaq və ətrafı ilə ünsiyyət qurmağa özü həvəs göstərəcək. Yəni, daxilindəki qorxu hissi ümidlə əvəz olunacaq.


Şərhlər: 6
Baxılıb: 618
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
mesuliyyetini ailenin evliliyin ne olduqunu basa dusen adam qormamalidir
11 aprel 2016 23:45
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
seva.qova
Məndə evlənməkdən çox qorxuram.4 aya evlənirəm.qorxuram ki knkrt azadlığım məhduflaşacağ.ən əsasda qaynanadan qorxuram ...((((söz götüərə bilmirəm)(((
11 aprel 2016 23:04
# 5
YARIM QALMIS XEYALLAR
Bu haqqda coxlu fikir deye bilerem ,amma tek deye bileyeceyim mende de var. Sebeblerini demek istemirem. Amma incidilmek insani deyil evlilikden heyatdan bele qorxudur.
11 aprel 2016 15:57
# 4
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
evli.mutlu.cocuklu
Evlenme qorxusu mendede var idi ama evlendim xosbextem sukir allaha
11 aprel 2016 15:14
# 3
BARBI
Evlenmek qorxusu mende de var.Sadece birinin esareti altinda olmaqdan ona baglanmaqdan qorxuram
11 aprel 2016 11:04
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Mende baglanmaq qorxusu deyil uje baglanmiwam ona.bawqa qorxudu,nedi sebebini ozumde bilmirem.duzdu kecmiwde yawanilanlarin,streslerinde buna cox tesiri olur belkede ele o uzden bu qeder qorxuram.vaxt azaldiqca qorxularim coxalir
11 aprel 2016 10:38
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz