Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evliliyə hazırsınızmı?
Evliliyə hazırsınızmı?
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 544
Səs ver:
Münasibətiniz artıq evliliyin danışıldığı mərhələyə gəldi, ancaq siz bunun doğru addım olacağından əmin deyilsiniz? Tərəddüdlərinizin olması çox təbiidir, çünki evlilik həyatınız üçün atacağınız çox böyük bir addımdır və qərar vermək də asan deyil. Evliliklə bağlı şübhələriniz çoxdursa, evliliyə hazır olub olmadığınızı sorğulamaqda fayda var. Gəlin sizi narahat edən səbəblərə birlikdə nəzər salaq.

Onun dəyişəcəyini düşünürsünüz?
Əgər qarşı tərəf bəzi xüsusiyyətlərini dəyişərsə, mükəmməl biri olacağını düşünürsünüzsə, onda evlilik qərarı vermədən öncə bir dəfə daha düşünməyinizdə fayda var. Çünki onun dəyişməsini ümid etməyiniz onu tam olaraq olduğu kimi qəbul etmədiyiniz anlamına gəlir və bu, birlikdə qurulacaq bir gələcək üçün heç də yaxşı bir əlamət deyil. Evlilik bir-birinizə mükəmməl olmayan halınızla duyduğunuz sevgi üzərində qurulmalıdır. Əgər onu olduğu kimi deyil, olmasını istədiyiniz kimi görür və sevirsinizsə, bu gələcəkdə çox böyük problemlərə səbəb ola bilər.

Bir qaçış yolu axtarırsınız?
Əgər sevgiliniz içində olduğunuz həyatdan qaçış yolu təklif etdiyi üçün evlənmək istəyirsinizsə, bunun elə də yaxşı bir hal olmadığını deyə bilərik. Onunla evləndiyiniz zaman maddi baxımdan və ya başqa səbəblərdən daha rahat bir yerdə olacağınızı düşünürsünüzsə və daha da önəmlisi evlilik qərarınızdakı ən önəmli səbəb budursa, bir daha düşünməyiniz yaxşı olar.

Məcbur hiss edirsinizsə...
Evlilik tamamilə sizin verməli olduğunuz bir qərardır. Sadəcə qarşı tərəf istəyir və ya artıq zamanının gəldiyini düşünür deyə onunla evlənməyiniz heç doğru deyil. Həmçinin ailənizdən ya da sosial çevrənizdən gələn evlilik təkidlərini də gözardı etməyi öyrənməlisiniz. Yaşınızın artdığını, ya da çox gecikmədən bir uşaq sahibi olmalı olduğunuzu deyən insanları dinləməyin və sadəcə qarşı tərəflə bir gələcək qurmaq istədiyiniz zaman evlənməyə qərar verin.
Birdən evliliyiniz davam etməz və bu zaman nə edəcəyinizi düşünürsünüzsə, evliliyə çox da hazır olmadığınızı demək olar. Əlbəttə evliliyinizin davam etməmə ehtimalı var. Ancaq öncədən alınmayacağına fokuslanmağınız münasibətinizə güvənmədiyinizin bir göstəricisidir.


Şərhlər: 11
Baxılıb: 544
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
meni anlayan birisinin heyatimda olmasini isterdim qalan hersey bosdu
14 aprel 2016 23:04
# 11
seva.qova
Salam.Mən təzə burada qeydiyyatdan keçmişəm.Heçkimi tanımıram ama çox isdərdim sizləri tanımağ.Bu saytı çox bəyənirəm və uzun zamandı hər bir xəbərini izləyirəm.Bu mövzunu oxudum elə bil yarama duz səpildi.Sizlərlədə paylaşmağ isdərdim.Mənim 20 yaşım var 19 yaşımda nişanlandım.Nişanlım məndən 7 yaş böyükdü.Çox dava oldu aramızda dəfələrlə ayrılmağ isdədik ailələr qarışdı bir birnə ama heç cür ayrıla bilmədik.Mən son qoymağ isdiyəndə o razı olmadı yalvardı yaxardı.şans verdim.indi evini hazırlıyır(qaynanmgilnən yaşıyaceyik)tez toyun olmağnı isdiyir.deyir yaşım gedir sənə nə vare 21 yaşın olacağ deyir.Bizdə isə bu 1 ərzində 2 yaxınımız rəhmətə getdi.Mən isə payıza gədər gözlə bir ili çəxsın deyib bəhanə eliyirəm.Məni çox qırdı.qəlbim qırıldı.bilirəm sevir ama onun sevgisi incidir.Özmü pis hiss eliyirəm.evimdən ayrılıcam indidən darıxıram. (((Bir tək bilmədiyim şey yemək bişirməkdi)))oda deyir əybi yoxdu mama oyrədəcək.qızlar qalmışam belə((ürəyim sıxılır.dərtləşməyədə heçkimim yoxdu.məsləhət verin (((
28 mart 2016 23:58
# 10
evli.mutlu.cocuklu
Men yoldasimi cox sevib aile heyati qurmusam 1ildi evliuem coxda xosbextem
28 mart 2016 23:07
# 9
ayka95
evliliy cox mesuliyetli bir isdi
28 mart 2016 14:58
# 8
vipbetul
neyese gore kimese gore aile qurmaq olmaz heqiqetende ozun isdemelisen onun mesuliyyetini anllamalisan evlilik cox mesuliyyetli addimdir
28 mart 2016 14:14
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ekizlerin mamasi
Məsuliyyəti tamamən dərk edib evlənməyə qərar vermək olar.tutar tutmaza toy eləməyə gəlin bəy kürsüsündə əyləşməyə nə varki
28 mart 2016 13:57
# 6
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Şəbnəm Vüsal
Evlilikde esas iki insanin raziligi olmalidi.ve hazir olmaq kimi bir wey tam anlamiyla derk olunmalidir.indiki xavanlar 18 yawinda evlenir , ere gedir.ama bunu valideyn duwunmur yada evlenen cutlukler duwunmur ki heyatda onlar hec bir çətinliklə uzlewmeyibler.axi ailenin ne oldugu hardan ablaya bilerlerki???! Ustegel de bir cox oğlanlar əsgər getmir .evlenir.bu hansı mentiqe esaslanir? Hec bir! Kecmiwde oglanlari 100cur sinaqdan keçirirdilər . əger kece bilseydi evlendirurduler.ama indi her uwaq muwaq men evlenirem deyir.iki aydan sora da mehkemelerde sururnurler ki bes bizim xasiyyətimiz tutmadi bowaniriq.mence her weyin oz zamani var.elece de aile qurmagin.bu cox geniq movzudu.cox daniwmaq olar.ama menden bu qeder.mene geldikde men de tam olaraq evliliye hazir deyilem
28 mart 2016 12:26
# 5
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
senay))
Biz ikimizde o qerari vermek ucun telesdik onun 19 menim ise 18 yawim olanda amma indi menim 19 onun da 20 yawi var ve hec de pewman deyilik gelen ay inwallah evlenirik elvliliyede ozumu hazir hiss edirem
28 mart 2016 11:57
# 4
coooooooxxx xosbextem
BARBI
Evliliye heleki hazir deyilem. Evlilik ucun insan mesuliyet hissini derk etmelidir
28 mart 2016 11:25
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
_damla_
Hazır deyilem,hazır olmaqda istəmirəm 08
28 mart 2016 11:14
# 2
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
S.Heydarova
Evliliye hazir deyilem 05 08 11
28 mart 2016 10:54
# 1
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz