Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlı və xoşbəxt evliliyin sirləri
Uşaqlı və xoşbəxt evliliyin sirləri
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 456
Səs ver:
Həm evli, həm uşaqlı, həm də xoşbəxt ola bilərsiniz. Necə?
Ətrafınızda həmişə pis örnəklər olsa belə, bu işin sınanmalı bir çox yolları var. Qərarlı olun və xoşbəxtliyə çatmaq üsullarını addım-addım tətbiq edin. Əvvəlcə öz həyatınıza sahib çıxın. Uşaqlarınızı anası, ərinizin həyat yoldaşı olmaq gözəldir, amma siz eyni zamanda bir fərd və bir qadınsınız. Hər şey bir yana, özünüzü həyatınızın mərkəzinə qoyaraq sizi siz edən və xoşbəxt edə bilən şeyləri etməyə diqqət etməlisiniz. Öz mənəvi aclığınızı doyurub, özünüzü hər istiqamətlə bəsləsəniz, bu, ailə həyatınıza da xoşbəxtlik olaraq geri dönəcəkdir. Misal üçün tennis oynamağı sevirsinizsə, mütləq buna zaman ayırın. Sadəcə həyat yoldaşınız ilə birlikdə olduğunuz zaman deyil, tək olduğunuz zaman da dostlarınızla çıxıb sosiallaşın. Bunu unutmayın. Əgər bir evdə ana xoşbəxtdirsə, bütün ailə xoşbəxtdir!
Uşaqlarınızdan öncə həyat yoldaşınızı düşünmək bir çoxunuza səhv gələ bilər. Amma sağlam bir evlilik və xoşbəxt bir həyat üçün həyat yoldaşınıza önəm verməlisiniz. Bunu uşaqlarınız da görməli və hiss etməlidir. Misal üçün həyat yoldaşınız evdən ayrılarkən bir dəqiqə onunla birlikdə çıxıb gəzmək, onu maşınına qədər ötürmək ona özünü xüsusi hiss etdirə bilər. Beləcə, o da sizə eyni cür qarşılıq verməkdən çəkinməyəcəkdir. Ana-ata olmadan öncə bir cütlük olduğunuzu xatırlayın.
O atadır, ona dərs verməyin. Çox qadının düşdüyü bir xəta həyat yoldaşlarından uşaq qulluğunu özləri kimi etmələrini gözləməkdir. Misal üçün ola bilər ki, həyat yoldaşınız ona bəzi qidaların qəbuluna icazə verir və siz bundan narazısınız. Yenə də onu hər dəfə uşaq kimi danlamaqdan əl çəkməlisiniz. Sizin uşaq saxlama metodunuz daha sağlam və etibarlı olsa da, uşağınızı atası ilə birlikdə qoyduğunuz zaman ona "Sənə güvənirəm” deyin. Qoyun o öz metodundan istifadə etsin.
Bütün problemləri həll etməyin mümkün olmadığını qəbul edin. Həyat yoldaşınızla aranızda iş bölgüsü aparın. Tozsoranın harada olduğunu, qab və paltaryuyan maşınların necə işlədiyini ona öyrədin. Beləcə ev işlərində kömək etməmək üçün "bilməmək” kimi bir bəhanəsi olmayacaq. Bu da sizin yükünüzü yüngülləşdirəcək. Həmçinin uşaqlar üçün də gözəl bir örnək olacaq. Özünüzü evin qulluqçusu olaraq görmədiyiniz zaman xoşbəxt olacaqsınız. Əvvəl də qeyd etdiyimiz kimi, siz xoşbəxt olduğunuz müddətcə bütün ailəniz xoşbəxt olacaq.


Şərhlər: 3
Baxılıb: 456
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
S.Heydarova
xoşbəxt evliliyin sirri sevgidir
15 mart 2016 14:37
# 3
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
vipbetul
aileli xanimlarcin yaxsi melumatdir
14 mart 2016 17:59
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Məncə doğrudur yazılanlar
14 mart 2016 17:51
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz