Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgilim çox qısqancdır, nə etməliyəm?
Sevgilim çox qısqancdır, nə etməliyəm?
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 797
Səs ver:
Qısqanclıq hissi həm qadınlarda, həm kişilərdə olsa da, kişilərin qısqanclığı daha sərt, bəzi hallarda incidici olur. Bu qısqanclıqlar  zamanla münasibətlərin bitməsinə belə gətirib çıxara bilir. Buna görə də, əgər qısqanc bir sevgiliniz varsa, bununla necə baş edə bilərəm deyə düşünə bilərsiniz.

Bir çox kişilər sevgililərinin oğlan dostlarının olmasını istəməz. Bəziləri bunu açıq şəkildə deyər, bəziləri isə üstüörtülü formada bildirər. Əgər siz həm dostlarınızdan, həm də sevdiyiniz kişidən olmaq istəmirsinizsə, o zaman dostlarınızla sevgilinizi tanışdırın. Əgər sevgiliniz sizin oğlan dostlarınızı tanıyar və onlara güvənərsə, artıq onların sizə qarşı pis niyyətinin olmadığını anlayar. Beləliklə qısqanclıq hissi də zamanla keçər.

Bəzilərimiz dostlarımıza ayırdığımız zamanla, sevgilimizə ayrıdığımız vaxtı tarazlaya bilmirik. Elə hallar olur ki, dostlarla daha çox zaman keçiririk. Bu da kişidə qısqanclıq yaradan səbəblərdən biridir. Çalışın, zamanı düz bölün.
Bəzi qadınlar kişini qısqandıran zaman daha çox seviləcəyini düşünürlər. Bunun üçün planlar qururlar ki, sevgililəri onları qısqansın. Lakin, unutmamalıdırlar ki, kişilər bunu hiss edir. Sizin oyun oynamaqla yaratdığınız qısqanclıq hissi daimi hala gələ bilər. Eyni zamanda sevgilinizin sizdən hər zaman şübhə etməsinə səbəb olar.
Qarşınızdakı şəxsin sərhədlərini öyrənin. Bəzi hallarda güzəştə getmək lazımdır. Kiçik qısqanclıqları gözünüzdə böyütməyin. Bu, münasibətinizin korlanmasına səbəb ola bilər.
Əgər qısqanclıqlar dözülməz haldadırsa və siz bununla rahat yaşaya bilmirsinizsə, anlaşmalı bir halda münasibəti bitirmənizdə fayda var. İki tərəfə də zərər verən bir münasibət yaşamaqdansa, rahat, hüzurlu bir həyat hər iki şəxsə daha faydalı olar.


Şərhlər:
Baxılıb: 797
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz