Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgiliniz sizinlə ciddi bir gələcək düşünürmü?
Sevgiliniz sizinlə ciddi bir gələcək düşünürmü?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 583
Səs ver:
Hər bir münasibət ilk günlər həyəcanlı və əyləncəli olsa da, əslində gələcəklə bağlı bir çox nigarançılığı da öz içində daşıyır. Ağlınızdakı sualları azaltmaq üçün sevgilinizin sizə ciddi yanaşdığını göstərən işarələri sizlər üçün yazdıq.

Kişilər bəzən anlaşılmaz işarələr verə bilirlər. Xüsusilə də bir münasibətin əvvəllərindəsinizsə, sizinlə bağlı nə düşündüyünü anlamağınız çətin ola bilər. Bu münasibətin sonu necə olacaq? Mənə həqiqətən dəyər verirmi? Həyatında necə bir yerim var? Bu tipli suallarda boğulmağınız təbiidir.

Bütün bu suallarınıza cavab tapmaq üçün bir neçə işarəni yaxşı dəyərləndirə bilməlisiniz. Həyatınızdakı insanın sizinlə ciddi bir münasibət istədiyini göstərən əlamətləri sizlər üçün qeyd etdik.

Sizi tanımaq üçün əmək sərf edirmi?
Sizinlə bağlı gələcək planları olmayan heç bir insan istəklərinizi, xəyallarınızı və ya gözləntilərinizi öyrənmək üçün çalışmaz. Boş vaxtlarınızda nələr etdiyinizi sadəcə danışmağa mövzu olsun deyə deyil, sizinlə ortaq planlar qurmaq üçün soruşduğunu bilin. O, sizi tanımaq üçün daim suallar verirsə, bunu yaxşı bir əlamət olaraq görə bilərsiniz.

Sizi dostları ilə tanış edirsə...
Həyatınıza daxil olmasından çox az müddət keçməsinə baxmayaraq birdən-birə bütün dostları ilə tanış olduğunuzu və dostları ilə etdiyi planlara sizi də daxil etdiyini hiss etmisinizsə, bu, çox xoş bir əlamətdir. Sizinlə birlikdə olduğunu çevrəsindəki hər kəsə deməsi və sizi sosial həyatına daxil etməsi həyatında qalıcı olmağınızı istədiyini göstərir.

Açıqlama edirsə...
"Nə edirsən” kimi bəsit bir mesajınıza harada, kimlərlə olduğundan bəhs edən, uzun bir cavab verirsə və ya yanındakı insanlarla bağlı açıqlamalar edirsə, sizin yanlış düşüncələrə qapılmağınızı istəmədiyini anlaya bilərsiniz. Düşüncələrinizə bu qədər önəm verməsi sizi həyatında vacib bir yerə qoyduğunun bir işarəsidir.

Ehtiyacınız olduğu zaman yanınızdadırsa...
Xəstələndiyiniz zaman və ya hər hansı problemlə qarşılaşdığınızda zəng vurduğunuz insan odursa, bu, ona nə qədər dəyər verdiyinizi göstərir. Siz öz vəziyyətinizi bildirdikdən sonra yanınıza gəlməyi təklif edir və bunu sözgəlişi deyil, həqiqətən istəyərək dediyini hiss etdirirsə, buradan sizə nə qədər diqqət göstərdiyini anlaya bilərsiniz. Bu, münasibətinizin bir gələcəyi olmasını istədiyini, sizin üçün öz işlərini təxirə sala biləcəyini və ona güvənə biləcəyinizi göstərir.

Kömək istəyirsə...
Qərarsız qaldığı bir mövzuda fikrinizi soruşması, ya da ehtiyac duyduğu bir anda sizə zəng vurması əslində sizə və düşüncələrinizə nə qədər dəyər verdiyini göstərir. Bu, əslində sizinlə bağlı gözəl düşüncələrə sahib olduğunu göstərən vacib bir məqamdır.

Sizi həqiqətən dinləyirmi?
Əvvəllər haqqında danışdığınız bir filmə getməyi təklif etməsi və ya bəlkə ən sevdiyiniz yazıçının bir kitabını alması əslində dediklərinizə nə qədər dəyər verdiyini göstərən vacib əlamətlərdir. Bəzən kişilərin bizi dinləmədiyindən şikayət etdiyimizi nəzərə alsaq, dediyiniz hər hansı bir cümləni unutmaması sizə nə qədər dəyər verdiyini göstərən işarələrdən biri sayıla bilər.


Şərhlər:
Baxılıb: 583
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz