Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailədəki problemləri necə yoluna qoymalı?
Ailədəki problemləri necə yoluna qoymalı?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 470
Səs ver:
Ailə ata-ana və övladların qarşılqlı sevgisi və hörməti əsasında var olan müqəddəs qurumdur.Hər bir ailənin öz qanunları,əxlaqi dəyərləri olur.Ailədə məsuliyyətli və əxlaqlı övladların yetişməsində əxlaqi dəyərlərin düzgün təbliğ olunmasının çox böyük təsiri var.

Müasir toplumlardai namlı uşaq və yeniyetmə tərbiyəsinə nail olunması üçün hansı məsələlərə diqqət etməli..Müasir dövrümüzdə tərbiyə  çox aktual məsələdir.Yaxşı və pis irəliləyişlərin olduğunu görərik.

Ailə əsasən aşağıdakı mərhələlərdən keçir.
1.İlk nigahın bağlanması-ailənin yaranması
2.İlk uşağın dünyaya gəlməsi
3.Axırıncı uşağın dünyaya gəlməsi
4.Boş yuva-uşaqların böyüyüb yeni ailə qurması
5.Ailənin mövcudluğunun sonu-ailə başçılarından birinin vəfatı.

Samuel Smaylzın sözuylə desek,yaxşı münasibətlər üzərində qurulmuş ailə-həm gənclər,həm də yaşlı nəsil üçün ən gözəl nemətdir..Bu dünyanın şərindən və səhv yollarından qorunmaq üçün hər bir insanın hələ uşaq yaşlarından etibarlı istehkama ehtiyacı var.Dediyimiz kimi ailənin öz qayda-qanunları olmalıdır və valideynlər bir-birinə münasibətdə övladları üçün canlı nümunə olmalıdır.Bununla onlar övladlarını nece görmək istədiklərini büruzə verməlidirlər.Bu cür tərbiyə almlş uşaqlar öz hərəkətləri üçün cavabdehlik daşımağa hazır olacaqlar,öz xeyirxah nümunələri və məsləhətləri ilə daim başqalarına da ədalətli olmaqda kömək edə biləcəklər.Ailədə mövcud olan ab-hava valideynlərin qarşılıqlı münasibətindən əhəmiyyətli dərəcədə asııldır.Əgər ata ilə ana arasında fikir ayrılığı mövcuddursa,bu ruh uşaqlara da keçir.Evdəki probləmləri dəmir çubuqla deyil,məhəbbətlə yoluna qoymaq lazımdır.Uşaqlar məhəbbət qanunlarına tabe olmağa həmişə hazırdır.Fürsət yaranan kimi, onların işlərini tərifləmək,diqqətimizin onların üstündə olduğunu onlara hiss elətdirmək lazımdır.Bunun sayəsində gələcəyə özunə inamlı gənclər əldə edərik.

Müasir dövrün gətirdiyi problemlər ailəyə də öz təsirini göstərir.Hətta bu problemlər valideynlərin boşanmasına da gətirib çıxardır.İnkişaf etmiş ölkələrdə boşanma saylarının artması müasir ailələrin uğurlu olmadığı görünüşünü yaradır.Dünyanın bir çox yerində ata-analarının ayrılmasından təsirlənən uşaqların sayı günü-gündən artır.Bunun nəticəsində son illərdə ana-uşaq və yaxud ata-uşaq adlı yeni bir ailə tipi meydana çıxır.Bu da yeni probləmlərin meydana çıxmasına  şərait yaradır.Bu probləmlərin aradan qaldırılması üçün ortaya belə bir sual çıxır.Müasir ailə nece olmalıdır və yaxudda başqa sözlə desək ailə necə qorunmalıdır.Bu suala anketlər əsasında keçirilən sorğulardan alınan cavablara nəzər salaq.Kimisi müasir ailə dedikdə 2 uşaqlı,hətə sonlarında filmə,teatra gedən ailəni nəzərdə tutub.Hətta bəzilər müasir ailə dedikdə qızlarını xristianla və yaxud da afrikalı biriylə evlənmək istədiklərində qarşı çıxmayan ailəni nəzərdə tutur.İndi isə biz müasir ailə anlayışına nəzər yetirək.Ailənin funksiyası bir tərəfdən ailə-cəmiyyət,digər tərəfdən ailə-şəxsiyyət qarşılıqlı təsiri sistemini əks etdirir.Cəmiyyətin sosial təsisat kimi ailəyə olan tələbləri təkamül nəticəsində dəyişir və bunun müqabilində onun funksiyaları da fərqlənir.Müasir ailənin yerinə yetirdiyi funksiyalar…

1.Nəsil artırma
2.tərbiyəetmə
3.təsərrüfat-iqtidasi
4.Rekreatik -yəni qarşılıqlı kömək,sağlamlığın qorunması və s.
5.Kommunikativ yəni əlaqə,ünsiyyət
6.Tənzimləyici yəni ailədə ilkin sosial nəzarət
7.Yaşlı nəslə qayğı

Müasir ailənin formalaşması və fəaliyyət göstərməsinə spesifik şərait (yaşayış yeri,sosial sinfi və milli mənsubiyyət,maddi vəziyyət,ailə üzvlərinin təhsil,mədəni səviyyəsi.ailənin mənəvi və iqtisadi əsası) təsir göstərir.Ailələrin qorunması üçün dünyanın bir çox yerlərində həmçinin ölkəmizdə də bir sıra rədbirlər görülür.


Şərhlər:
Baxılıb: 470
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz