Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt ailəyə sahib olmağa mane olan səbəblər
Xoşbəxt ailəyə sahib olmağa mane olan səbəblər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 689
Səs ver:
Ailə- nigah, yaxud qan qohumluğuna əsaslanan kiçik qrupdur.  Ailə üzvləri bir-birinə məişət birliyi və qarşılıqlı köməklə bağlıdır.

Gec -tez oğlanlar evlənməli, qızlar ərə getməlidirlər. Bu çox mühüm həyati zərurətdir.  Ona görədə onlar özlərini ailə həyatına hazırlamalıdırlar.
Ailə yaxın qohumların (kişi və qadının, valideyinlərin  və uşaqların və s.) birlikdə yaşadıqları qrupdur.  Lakin buna adi qrup kimi baxmaq doğru deyildir.O, kiçik sosial qrupdur və cəmiyyətin ilkin özəyidir.

Ailənin özünəməxsus funksiyaları vardır. Ailənin funksiyaları dedikdə onun həyat fəaliyyətinin başlıca istiqamətləri nəzərdə tutulur.  Ailənin funksiyaları qarşılıqlı əlaqədədir. Onlar, hər şeydən əvvəl ailənin sosial mahiyyətini əks etdirir. Ailə cəmiyyətin sosial əsasıdır. O öz üzvlərinin müxtəlif tələbatı (şəxsi və ümumailə, yəni qrup) ilə yanaşı cəmiyyətin bir sıra mühüm tələbatını- əhali artımı tələbatını yerinə yetirir. Bu isə ictimai tələbatdır. Ailənin funksiyaları məhz buradan irəli gəlir. Ailənin funksiyaları ictimai-tarixi xarakter daşıyır.   Ailənin bir sra tarixi formaları ("Punaula” ailəsi, ikili ailə və monoqam ailə) mövcud olmuşdur. Ölkəmiz, o cümlədən dünyanın əksər ölkələri üçün monoqam (təknigahlıq) ailə forması səciyyəvidir. Cəmiyyətimizdə monoqam ailə ər-arvadın qarşılıqlı məhəbbətinə, hörmətinə, səmimiyyətinə onların bir-biri, eləcədə uşaqlar qarşısında borc daşımasına əsaslanır.

Ailədə zaman zaman müxtəlif münaqişələr, anlaşılmazlıqlar olur. Münaqişə  ailədə ünsiyyətin özünəməxsus cəhəti kimi meydana çıxır,ərin,yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək,həyat yoldaşına təsir etmək,hətta bəzən sadəcə olaraq özünütəsdiq meyllərinin ifadəsi kimi nəzərə çarpır.  Ailədə münaqişələr müxtəlif səbəblərdən baş verə bilər.

1.Ər-arvadın tələbatlarının,o cümlədən seksual tələbatlarının təmin olunmaması əsasında əmələ gələn münaqişələr.

2.Onların tərbiyəsi, xüsusilə xarakteri və mənəvi inkişafı ilə bağlı olan münaqişələr. Bəzən insanların xarakterləri arasında uyğunsuzluqlar müşayiət olunur. Bu da ailədaxili münaqişələrə səbəb olur.

Ailədaxili münaqişələrin başlıca səbəblərindən biri də maddi səbəblərdir. Pulun xərclənməsi,mənzil problemi, alınan maaşın ailəni saxlamağa yetməməsi və s.Münaqişələrin əmələ gəlməsində mənəvi-psixoloji səbəblər də ön plana çəkilir.

Ailədə boşanmaların bir qismi ər-arvad vəfasızlığı(xəyanəti)  nəticəsində baş verir. Bu azərbaycanlı ailələrində geniş yayılmamışdır. Demək olar ki, cüzilik təşkil edir. Lakin bu hallara da rast gəlinir. Xəyanət yeri gələndə hətta bir xalqın taleyini belə həll edir. Ailələr arasında inamsızlıq da bəzən xəyanətə gətirib çıxardır. Ailə içindəki xəyanət daha dəhşətlidir. Buna görə də uşaqlara xəyanət hissi yad olmalıdır.  Çünki onların psixologiyasına çox pis təsir göstərə bilər.

Ailədə ər-arvad arasında ixtilaf doğuran səbəblərdən biri də qısqanclıqdır. Həyatda elə şəxslər vardır ki, onlar təbiətən qısqanc olurlar. Qısqanclıq 3 şəkildə özünü biruzə verir

a)Kişi və ya qadın azca qısqanır, amma sonradan peşman olmağa başlıyır.

b)Kişi  və qadın son dərəcə özündən çıxır,danışığına hərəkətlərinə hədd qoya bilmir. Bu da çox vaxt ailə üçün pis nəticələrə,boşanmalara gətirib çıxardır.

Ailədə ən çox kişilər qadınlarını qısqanırlar. Onlar əsasən qadının geyiminə görə,əks cinsin hər hansı bir nümayəndəsinə qarşı qısqanırlar. Bunun başlıca səbəblərindən biri də ailədə güvənsizliyin olmasıdır. Bir ailədə güvən olmasa o ailədə sevgi də,hörmət də olmaz. Buna görə də ər-arvad  bir birlərinə güvənməlidirlər. O zaman qısqanclıq halları da daha az olar.

Münaqişələrin arada qaldırılması  üçün nə etmək lazımdır?
İlk növbədə ər-arvad münasibətlərini, mədəniyyətini,nigah mədəniyyətini qorumaq və yüksəltmək lazımdır. Ailədə münaqişələrin baş verməməsi üçün ər-arvad bir-birinə hörmət etməlidir,fikirlərinə hörmətlə yanaşmalıdırlar.  Kiçik sayılan hər hansı bir məsələni böyütməməlidirlər.  Baş verən mübahisələri səbr və təmkinlə yoluna qoymalıdırlar və uşaqlara bunu biruzə verməməlidirlər.

Ər-arvad bir birini acı sözlə,kobudluqla deyil mehribanlıqla, şirin dil ilə başa salmalıdır.  Dalaşmaq, yaxud küsmək üçün bəhanə axtarmaq lazım deyil.

Ailədə baş vermiş xırda məsələləri unutmaq, yaddan çıxartmaq zəruridir.Münaqişə baş verdikdə çalışmaq lazımdır ki, ər-arvad bir birinə həyat yoldaşı,övladının anası və atası kimi hörmət etsin.

Ailədə mehribanlıq və dostluq ruhu hökm sürməlidir. Ər-arvad bir birlərinə mehriban münasibət göstərməlidir.

Unutmayın ki, xoşbəxt ailəyə sahib olmaq insanın öz əlindədir. Həm də düzgün seçim etmək lazımdır ki,sonradan peşman olmuyasan.
Təhminə Məlikzadə


Şərhlər:
Baxılıb: 689
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz