Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailə xoşbəxtliyinin səkkiz sirri
Ailə xoşbəxtliyinin səkkiz sirri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 493
Səs ver:
Psixoloqlara görə ailə xoşbəxtliyinin 8 sirrini fərqləndiriblər. Mütəxəssislər şərtlərini belə təsnifatlara ayırıblar:

1. Ailə həyatı ilə yaşamaq lazımdır. Bu sözlər ər və arvada eyni dərəcədə aiddir. Onlardan heç biri özünü həyat yoldaşından, uşaqlarından ayırmamalı və öz ömründə onların ömrünü yaşamalıdır. Ər-arvad ailənin sevinc və kədərini birlikdə yaşamalı, bir-birinin zövqünü, marağını və arzusunu nəzərə almalı, bir-birinin qayğısına qalmalı, asudə vaxtlarını bir yerdə mənalı keçirməli, öz xoşbəxtliklərini uşaqların səadətində axtarmalıdır.

2. Ər-arvad özlərinə övladlarının gözü ilə baxmalıdır. Ər-arvad bir-birinə təkcə ər-arvad kimi deyil, birinci növbədə, ana və ata kimi yanaşmalı, özlərinə övladlarının gözü ilə baxmalıdır. Bu yolla, eyni zamanda uşaqlarımızın psixi sağlamlığını qorumuş oluruq. Çünki onların əhvalı ana və atanın ovqatından asılıdır.

3. Xoş ünsiyyət (Yəni söz-söhbətsiz, giley-güzarsız, ixtilafsız ünsiyyət). Bu əlamətlərə görə, ailə xoşbəxtliyinin sirlərini müxtəlif istiqamətlərdə təhlil etmək olar. Ailə münasibətlərini xərçəng kimi içindən didən-dağıdan birinci hal deyingənlikdir. Qadının həmişə nədənsə narazı olması ailədə sakitliyi, əsl xoşbəxtliyi pozur və evə kədərli, soyuq ab-hava gətirir. Kişilər isə buna əhəmiyyət vermir, qadının nədən narazı olması ilə maraqlanmırlar. Bəs kişilər nə üçün deyinirlər? Həssas qadın həmişə bu suala cavab axtarır, evdə yersiz söz-söhbətin olmamasına çalışır. Ancaq o, öz təcrübəsində bir həqiqəti gec-tez kəşf edir ki, kişi deyinməyə sadəcə olaraq adət edib, deyinməsə darıxar. Psixoloqlar isə imkan daxilində deyinməməyi məsləhət görürlər. İkinci hal, ərin və ya arvadın bir-birini danlaması, tənqid etməsidir.

4. Həyat yoldaşının əhval və ovqatına həssaslıqla yanaşmaq lazımdır. Onun sevincinə şərik olmaq, dərdilə yaşamaq gərəkdir. Həyat yoldaşının hisslərini bütün zərifliyi ilə başa düşmək və ona həyan olmaq əslində ər-arvadlıq istedadıdır.
Psixologiyada başqa adamın sevincini, dərd-sərini sezməyə, ona şərik olmağa, bu emosional halların təsiri ilə yaşamağa empatiya (empateya – latın sözü olub, «hisslərlə yaşama» mənasında işlədilir) deyilir. Onun kökünü rəğbət hissi təşkil edir. Tanımadığımız, ancaq xoşladığımız, bəyəndiyimiz adamların halına belə, tez acıyırıq.

5. Etibar: ər və ya arvad bir-birinə etibar etməli, inanmalıdır. Etibar olmayan yerdə sədaqət də, vəfa da öz dəyərini itirir. Ər arvada, arvad da ərə inanmadığı üçün bir-birində qiymətli keyfiyyətləri görmür, görsələr də, onu başqa meyarlarla qiymətləndirir. Həmişə səmimi olmaq, həyat yoldaşından heç nəyi gizlətməmək, hər şeyi açıq etiraf etmək, yalan danışmamaq lazımdır. Qısqanclıq, ər və ya arvadı güdmə, telefon söhbətlərinə qulaq asma, cibini və ya çantasını xəlvəti axtarmaq və kim bilir daha nələr, ailə həyatının ab-havasını tədricən zəhərləyir.

6. Bir-birini anlama. Ər-arvadın bir-birini başa düşməsi onların sədaqəti ilə bağlıdır. Lakin bu iki amili eyniləşdirmək olmaz. Ailə münasibətlərinin inkişafında onlardan hər birinin öz yeri var. Ərlə arvadın bir-birini başa düşməsi və anlaması ailənin normal həyatı üçün olduqca zəruridir.

7. Normal intim həyat. Ər-arvad həyatının çox mühüm bir sahəsi onların intim münasibətləri ilə bağlıdır. Məhz bu münasibətlər sahəsində ərlə-arvad bir-birini təmin etmədikdə ailədə söz-söhbət, dava-dalaş üçün şərait yaranır, ailə münasibətləri tədricən pozulmağa başlayır, kişi və ya arvad evdən soyuyur, hətta kişinin gözü başqa qadınlarda qalır. Həkimlər bunu seksual uyğunsuzluq kimi qiymətləndirirlər. Mütəxəssislərin hesablamalarına görə, boşanmaların təxminən 30%-i məhz seksual uyğunsuzluq zəminində baş verir.

8. Və… öz Evlərinin olması. Psixoloqlar bu məsələdən danışarkən "Ev” sözünü böyük hərflə təsadüfən yazmırlar. Burada söhbət hər hansı bir yaşayış sahəsindən deyil, ailə münasibətlərini öz hərarəti ilə isidən doğma evdən gedir. Bu ocaq bənzərsiz, təkrarolunmazdır.

Psixoloq Azad İsazədə bu məsələlərlə bağlı fikirlərini Lent.az oxucuları ilə bölüşüb. İsazədənin sözlərinə görə, ailə fərdi anlayışdır. Hər kəsin ailəsi özünəməxsus xüsusiyyətləri, daxili "qanunları” ilə müxtəlif ola bilər. Amma bütün ailələrdə ilk növbədə hər iki tərəf – ər və arvad bir-birini başa düşməlidir: "Söhbət ondan getmir ki, ər qadını döyür, yoxsa döymür, spirtli içkilər içir, ya içmir. Əgər ər-arvad bir-birini başa düşürsə, səhvlərini görüb ona göz yumursa, o ailədə inkişaf ola bilər. Başa düşməyəndə ailədə bir növ lider və onun tabeliyində olan insanlar yaranır. Ailə münasibətləri hegemonluğa, diktatorluğa çevrilməməlidir. Bütün məsələlər, problemlər ailədə birgə müzakirə olunmalıdır. Məsələn, ən xırda nümunələr göstərim. Evdə xörəyi qadının bişirməyi cəmiyyət tərəfindən birmənalı qəbul olunub. Amma qadın axşam yoldaşından, uşaqlarından sabah onlar üçün hansı yeməyi bişirməsini istədiklərini soruşur. Ya da başqa bir misal. Kişi maşın almaq istəyəndə niyə ailə üzvlərindən soruşmasın ki, məsələn, maşın nə rəngdə, hansı markada olsun. Onsuz da çox vaxt nəticə etibarilə kişi öz istədiyini edir. Amma ən azından qadının ürəyində xal qalmır, fikrinin soruşulması ona xoş təsir bağışlayır”.

Azərbaycan reallığında isə ailədə adətən kişi obyektiv və subyektiv qərarlar qəbul edir. Psixoloq deyir ki, bəzən xanım da lider rolu oynayır: "Əlbəttə söhbət vaxtilə kişinin "saqqızını oğurlayan” qadınlardan gedir. Belə hallarda qərarı guya kişilər qəbul edir, amma arvadının təsiri altında edir. Azərbaycan ailələrində və cəmiyyətimizdə başqa bir problem də var. Biz daha çox öz sözümüzü deməyə çalışırıq, bir-birimizi eşitmək istəmirik. Bunun özü də bir problemə yol açır. Bu, son vaxtlar tok-şoularda daha çox gözə çarpır. Əslində hamısı eyni fikri deyir, amma öz bildikləri kimi. Bir-birlərinə diqqətlə qulaq asmadıqlarına görə isə bunu başa düşmür”.

Ailədə qısqanclıq hallarının olmasına gəlincə, Azad İsazadə bunu normal hal kimi qəbul edir. Çünki qısqanc olmayan insan yoxdur. Amma qısqanclığın da həddi olmalıdır və onu daxilən nəzarət altında saxlamaq lazımdır: "Biz özümüz qısqanclıq hissini idarə etməliyik. Qoymamalıyıq ki, qısqanclıq bizi idarə etsin. Çünki qısqanclıq elə bir hissdir ki, xərçəng xəstəliyi kimi insan beynini içəridən yeyir. Və bu hiss ailələri dağıdır, faciəli nəticələrə gətirib çıxarır. Hətta qısqanclıq üstündə bir-birini sevən cütlüklər ailə qurmaq fikrindən də daşınır və ömürlərinin sonuna kimi bədbəxt olur. Çünki özünəinam hissini itirir”.


Şərhlər:
Baxılıb: 493
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz