Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dalaşandan sonra bunları etməyin - cütlüklərə tövsiyə
Dalaşandan sonra bunları etməyin - cütlüklərə tövsiyə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1063
Səs ver:
Cütlüklərin mübahisəsi, hətta dalaşması normal bir hal kimi qəbul edilir. İki fərqli insansınız, bəzən fərqli istəkləriniz, seçimləriniz ola bilər. Bunlar da mübahisə doğura bilər. Əsas olan mübahisə sonrası tutacağınız mövqe və sərgiləyəcəyiniz davranışlardır.

Soyuq davranmaq. Davanın ardından bir az təkbaşına qalmağa ehtiyac duymanız normaldır. Ancaq  çox vaxt cütlüklərin etdiyi ən böyük səhv davanın araya divar hörməsidir. Həyat yoldaşınızı saymamaq, diqqətə almamaq onu cəzalandırırsınız kimi anlaşıla bilər və bu da aranızda aşılması çətin divarlar hörər.

Adi bir üzrlə ötüşdürmək. Haqsızlıq edən sizsinizsə, üzr istəmək sizdən gözlənilən bir davranışdır. Ancaq həyat yoldaşınız çox inciyib, qəlbi qırılıbsa, sadəcə bir üzrlə məsələnin üstündən keçməyin. "Bundan dolayı bunu etdim” ilə başlayan bir üzr onu qırdığınızın fərqində olduğunuzu və ürəkdən üzr istədiyinizi anladır. Bir sonrakı addımda "bundan sonra bu şəkildə davranacağam” deməlisiniz. Bununla da yanlışınızı bir daha etməyəcəyinizi bildirmiş olursunuz.

Mübahisəyə səbəb olduğu üçün onu günahlandırmaq. Mübahisənin minlərlə səbəbi ola bilər. Pis bir gün keçirmisiniz, başınız çox ağrıyır, yorğunsuz, yetərincə yatmamısız… Bütün bunlara rəğmən günahı onun üstünə atmaq heç də ədalətli deyil. Ən yaxşısı, vəziyyətinizlə bağlı ona da bildirin. Əsəbisiniz, işdəki gərginlik hələ də üzərinizdədirsə, bunu ona deyin. Onu əvvəlcədən xəbərdar etsəniz, hər zamankından daha həssas olduğunuzu anlayacaq və diqqətli davranacaq.

"Mən elə demək istəmədim” deməyin. Bu sözü istifadə etmək sanki silgi istifadə etmək kimidir. Amma qətiyyən sizə müsbət təsiri olmayacaq. Çünki bu sözü söyləsəniz, həyat yoldaşınız "bəli, elə dedin” deyəcək və dava bitdi deyərkən yenidən başlayacaq. Halbuki geriyə getmək yerinə gələcəyə doğru hərəkət edin.

Həyat yoldaşınız da sizə "mən elə demək istəmədim” deyə bilər. Belə halda "elə dedin” deyib, aranı yenidən qızışdırmaq yerinə, " bəli, elə demək istəmədin, amma mən elə anladım, o halda bundan sonra xahiş edirəm belə davran” kimi danışa bilərsiniz.

Günahınızı ört-basdır etmək üçün hiss etmədən seks yaşamaq. Hər ikiniz də mübahisə sonrası bir-birinizdən üzr istəmiş ola bilərsiniz. Ancaq bu, qəzəbinizi tamamilə yatırda bilmir. Həyat yoldaşınız daha da yaxınlaşmaq düşüncəsilə seks yaşamaq istəyə bilər, ancaq içinizdən cavab vermək istəyi gəlmirsə, mədəni şəkildə rədd edə bilərsiniz. İçinizdən gəlirsə, sadəcə qucaqlayın. Çünki istəmədən seks yaşamaq sizi pis hiss etdirəcək.

Ancaq mübahisə sonrası yaşanan seksin daha ehtiraslı odluğunu da unutmayın.


Şərhlər:
Baxılıb: 1063
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz