Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kim daha tez ayrılıq qərarı verir?
Kim daha tez ayrılıq qərarı verir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 658
Səs ver:
Ayrılıq qərarı alan bir qadın 6 gün, kişi isə bir ay sonra həyat yoldaşını tərk edir
Hər insan öz xarakterinə, yaşadığı mənfi hallara və hazırkı münasibətlərinə uyğun olaraq ayrılmaq qərarı verir. Bəziləri qarşı tərəfin ən yüngül bir xətasında dərhal ayrılmağa qərar verdiyi halda, bəziləri hədsiz səbirli davranırlar. Ancaq xətanı və qüsuru digər tərəfin üzərinə yükləmədən öncə öz qərarlarınıza baxmaqda fayda var. Bu zaman hədsiz həssas davranmağınız, qarşınızdakından gözlədiklərinizin çox olması, səbirsizliyiniz, sonradan peşman olmaq kimi amillərlə rastlaşa bilərsiniz. Hər insanın qarşı tərəfdən gözlədiyi münasibət fərqlidir. İnsanların şəxsi keyfiyyətləri münasibətlərində özünü göstərir. Sakit quruluşa malik insanlar dinc münasibət yaşayarkən, əsəbi olanların münasibətləri dava və münaqişə ilə doludur. Mükəmməl insanlar isə münasibətlərindən heç bir zaman məmnun olmazlar. Onlar stəkanların hər zaman boş tərəfini gördüklərindən qarşı tərəfin xətalarını lupa altına alarlar. Qarşı tərəfi dəyişdirmək üçün mücadilə edirlər. Bu isə qarşıdakı insanın reaksiya verməsinə səbəb olur. Əgər qarşı tərəfin çatışmayan tərəflərinə diqqət etmək əvəzinə, müsbət tərəflərinə və davranışlarına diqqət etsəniz, bəlkə də ayrılıq qərarınızın ona qarşı haqsızlıq olduğunu görə bilərsiniz.

Qadın və kişi münasibətləri ilə bağlı bir internet saytının apardığı araşdırmada ayrılıq qərarı verərkən onların bunu yerinə yetirmə müddəti müəyyənləşdirilib. Belə ki, həmin qərarı alan bir qadın 6 gün, kişi isə bir ay sonra sevgilisini tərk edir. İngiltərədə aparılan bu araşdırma qadınların ayrılıq qərarını yerinə yetirmədə kişilərdən daha bacarıqlı olduğunu göstərib. Aydın olub ki, kişilər bu müddətdə ayrılıq söhbətini necə edəcəklərini düşünür, qorxduqlarını ifadə edirlər.

Heç bir qadın onu xoşbəxt edən kişidən heç bir vəchlə uzaq durmaz
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlamasında bildirdi ki, əslində əvvəllər boşanma qərarı böyük bir faciə idi və məhkəmə binalarında boşanan qadınların üzündəki kədər, faciə ifadəsi onun ailənin dağılmasına necə çətinliklə razılaşdığının göstəricisi idi: "Bu gün məhkəmə binasında boşanma prosesində iştirak edən qadınlarımızın üzündə heç bir əzab hissi görünmür. Lakin bu, kütləvi də deyil. Ancaq fakt faktlığında qalır. Bunun bir çox səbəbləri ola bilər. Lakin ən vacib səbəb isə artıq ailənin çoxdan mövcud olmamasının və boşanan qadının, sadəcə, hər hansı əlavə yükdən, bağlılıqdan azad olmasını göstərir. Psixoloji gərginliklər artıq aradan qalxmış, sadəcə hüquqi prosedurlar həyata keçirilir”.

Belə bir fikir də var ki, son vaxtlar kişilər boşanma zamanı məhkəməyə getməməklə ayrılıq qərarını qadının verdiyini demək istəyirlər. M.Zeynalovanın sözlərinə görə, kişilərin məhkəməyə getməməsi bir neçə səbəbdən ola bilər. Bunlardan biri rüsumun ödənilməsindən boyun qaçırmadır ki, əslində gülünc görünsə də, bəzən bu cüzi məbləğə görə məhkəməyə müraciət etməyən kişilər var: "İkinci hal isə guya qadın boşanmaya müraciət edirsə, o, hər hansı tələb qoya bilməz düşüncəsidir. Üçüncüsü isə çox eybəcər səslənsə də, ümumən kişinin bütün yükü qadının üzərinə atmasının göstəricisidir, yəni bu ailədə, demək, bütün yük daim qadının üzərində olub elə boşanma prosesində də həmin hadisə baş verir. Ola bilər məhz o baxımdan qadın ailəni tək idarə etmək və bir yükdən azad olmaq üçün boşanma zalını faciə hissi ilə yox, yükdən azad olmuş bir insan kimi tərk edir”.

Həmsöhbətim deyir ki, qadınların xarici filmlərin təsiri altına düşməsi halı da mümkündür. Lakin heç bir qadın onu xoşbəxt edən kişidən heç bir vəchlə uzaq durmaz. O da vurğulandı ki, kişilər evləndikdən sonra qadınlarına diqqət və qayğı göstərmir və hesab edir ki, qadın onun əmlakıdır: "Çox az ailədə kişi əvvəlki romantikliyi və xoş münasibəti, qadına diqqəti qoruyub saxlaya bilir. Belə ailələr var və mən düşünmürəm ki, onların qadınları hər hansı serialın təsiri altında düşə bilsin”.

Digər tərəfdən isə qadınların işləməsi də ayrılmanın səbəblərindən biri kimi göstərilir. Birliyin sədri deyir ki, qadınların çox işləməsi faktı isə təkcə iş yeri ilə bitmir, onlar həm iş yerində, həm də evdə işləyirlər: "Kişilər onların həyatını asanlaşdırmaq üçün hər hansı cəhdlər göstərmir. Qadın 8-10 saat işdən sonra isə günün qalan hissəsini isə evdə işləməli olur. Son zamanlar qadınlar bu yükün ağırlığına dözə bilmir, burada ədalətsizlik halı da mövcuddur. Kişi qadının əməyinə kifayət qədər dəyər vermir və hesab edir ki, qadın olduğu üçün o evdə də dayanmadan işləməlidir, bu, onun qadınlıq borcudur. Belə hal isə qadında aqressiya yaradır, öz növbəsində kişi ilə münasibətdə qeyri-adekvat reaksiyalara gətirib çıxarır”.

Bəzən elə də olur ki, qadını evdən qovurlar, "çıx get” deyirlər

Qadınların boşanmağa daha çox meylli olmaları ilə bağlı psixoloq Fatimə Bayramova bildirdi ki, heç bir qadın öz ailəsini dağıtmaq istəməz, buna təsir edən amillər mütləq şəkildə mövcuddur: "Həmçinin o baxır hansı kateqoriyaya aid olan qadınlar. Yəni təhsil, tərbiyə, hansı ailədə böyümələri və s. qadının gələcək həyatına bunlar təsir göstərir. Həmçinin qurulan ailənin qurulma vaxtı, yəni erkən qurulan ailələrin əksəriyyətinin dağılmasının şahidi oluruq. Nəyə görə qadınlar boşanmağa birinci addım atırlar. Bunun izahı çox sadədir. Azərbaycan qadını ikinci həyat yaşamır. İkinci həyata başlaması üçün birincini dağıtmalıdır. Ona görə də boşanmaya əl atırlar. Qadın mənfi həyatla rastlaşmasa, özünə mənfi münasibət olmasa, o, ailəsini dağıtmaz. Lakin təbii ki, istisna hallar da var. İnsanlar müxtəlifdir. Kimisi ailə qurmaq naminə ailə qurmur, öz mənafeyini güdür və ya həddən artıq ərköyün böyümüş qadınların ailələrində daim problemlər özünü göstərir. Bu cür qadınlar qadağa sevmir, ailədə onlar avtoritet olmaq istəyir. Bu da təbii ki, qarşıdakı insan bunu qəbul etməsə, problemlər meydana çıxar”.

Psixoloq deyir ki, bəzən elə də olur ki, qadını evdən qovurlar, qadına "çıx get” deyirlər, amma özləri aparmırlar: "Bu kişinin öz günahını özünün üstündən atmasıdır. Yəni bu da, cəmiyyətdən, qohum – əqrəbadan çəkinmə hissindən irəli gəlir. Onu qınamasınlar, ona söz deməsinlər deyə. Ümumiyyətlə, bizim cəmiyyətdə, qadının günahı olsa da, olmasa da, yenə də əsas mənfi amillərin olmadığı surətdə günah qadının boynunda qalır. Kişilərin bu cür addımını cəmiyyət sanki "ailəni qoruyur ona görə ayrılmır” anlamında başa düşürlər. Necə deyərlər "özgə ailə meşədir”. Ailənin içinə daxil olduğumuz zaman görərik ki, ər həyat yoldaşının ondan ayrılsın deyə etmədiyi hərəkətlər qalmayıb. Çalışır ki, qadın ondan boşansın. Bəzən olur ki, vicdan əzabı çəkərək özünə bu cür haqq qazandırır. Yəni "Mənim xasiyyətim ağırdır”, "O, özünü həyat yoldaşı kimi aparmadı”, "Mənlə yola gedə bilmədi”, "Öz yoldaşlıq borcunu yerinə yetirmədi”, bununla özlərinə bəraət qazandırırlar”.

Bildirildi ki, bütün bunlara dözən qadınlar da az deyil və bunun səbəbləri isə müxtəlifdir. Bu, qadının arxasında dayağı olmadıqda, hamı desə ki, ərindir, döz, ailəni dağıtma, savadsızlıq olduqda, mənəvi səviyyənin aşağı olması, cəmiyyətin qınağından qorxduqda və s. amillərlə bağlıdır. Psixoloq deyir ki, qadının işləməsi problemini namus məsələsinə çevirənlər var və bu, çox səhv bir mövqedir: "Ümumiyyətlə, ailə – inam, hörmət və sevgi üstə qurulmalıdır. İnsan öz yarını tapmalıdır ki, öz daşıdığı ürəkdən həyat yoldaşında da olsun. Eyni dünyagörüşünə sahib olsunlar, dünyaya bir yöndən baxsınlar. Bir çox ailələr, sadəcə, tez bir şəkildə qurulur. Tanımadan, xasiyyətini bilmədən ailə həyatı qururlar. Əgər evlənmədən öncə qadın işləməsə və ya işləmək kimi bir fikri olmasa, o cümlədən, bilə-bilə ki, ailə qurduğu insan işləməyə kəskin münasibət göstərir, buna baxmayaraq, həmin insanla ailə həyatı qurmağa razıdır, bu cür ailələrdə işləmə problemi o qədər də, kəskin şəkildə üzə çıxmaz. Amma əksər vaxt bu cürdürmü? Xeyr. Nəyə görə problem yaranır, sözdə qalan vədlərə görə. Qadın illərinin çoxunu oxumağa sərf edir, demək olar ki, sağlamlığına da hətta zərər gəlir. Qabaqcadan işləmək fikrini bildirir. Ailə həyatı qurur, yoldaşı icazə vermir. Əlbəttə ki, problemlər, konfliktlər yaranacaq. Lakin mən deməzdim ki, bu amil ailənin dağılmasına səbəbdir. Sadəcə, xoşagəlməz hadisələrə yola açır”.

F.Bayramova bildirdi ki, seriallar, kinolar, yalnız qadınlara deyil, həmçinin kişilərə də, uşaqlara da öz təsiri göstərir: "Lakin ayrılma, boşanma ciddi məna kəsb etdiyi üçün heç bir qadın serialın təsiri ilə ailəsini dağıtmaz. Olsa da, çox minimum səviyyədə özünü göstərər. Serialların, kinoların təsiri ilə qadınlar oradakı həyatları yaşasınlar deyə, eyni davranışları təkrarlayırlar. Bu da baxır, həyat yoldaşına. Həmin davranışlar həyat yoldaşına ziddirsə, təbii ki, konflikt yaranacaq”.


Şərhlər:
Baxılıb: 658
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz