Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailədə ər-arvad münasibətləri
Ailədə ər-arvad münasibətləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 767
Səs ver:
Bu rubrikamızda ər-arvadın ailədəki müxtəlif yönlü rabitə və əlaqələrini araşdıracaq, əvvəlcə ər-arvadın bir-birlərilə uyğunlaşma keyfiyyətini, sonrakı rubrikalarda sıra ilə ər-arvad arasındakı müsbət duyğulu münasibətlərin güclənməsi yollarını, ər-arvadın qarşılıqlı vəzifələrini və ər-arvad arasındakı bağlılığı artıran amilləri aydınlaşdıracağıq.

ƏR-ARVADIN BİR-BİRİLƏ UYĞUNLAŞMASI
Ailənin əsasını evlilik yaşına çatan iki əks cinsin evlənmə məsələsi təşkil edir. Bu ikisinin üzərinə düşən ən birinci vəzifə bir-biri ilə uyğunlaşmaqdır. Ər-arvadın oxşarlığı onları şərikli həyat qurmağa sövq etsə də, onlar iki müxtəlif xarakter sahibidir və hər birinin özünə xas xasiyyəti, duyğuları, şəxsi dəyərləri vardır. Ər-arvad bir-birilərinə uyğunlaşmaq naminə, zaman keçdikcə bəzi şəxsi maraqlarını, zövqlərini kənara qoymalı və hər iki tərəf də ayrı-ayrılıqda qarşı tərəfin bir sıra müstəqil hüquqlarını qəbul etməlidirlər (Salvador Minuçin, "Ailə və onun əlacları”).

İslam təlimlərində ər-arvad münasibətlərinin tənzimi üçün hər birinin öz psixologiyasına uyğun tövsiyələr verilmişdir. Din övliyalarının kəlamlarında qadınla bağlı iki mühüm psixoloji nöqtəyə toxunulmuşdur:
Birincisi qadın psixologiyasının kişi psixologiyasından fərqli olması ilə əlaqədardır. Qadının xarakter və psixologiyası kişinin xarakter və psixologiyasından fərqləndiyi üçün kişi qadını özündə və ya digər kişilərdə olan xüsuisyyətlərlə ölçməməlidir, yəni qadının psixoloji yöndən onunla uyğunlaşacağını gözləməməlidir. Əgər kişi bu sahədə israr etsə, qadının psixologiyasına zərbə vurar. Kişi qadını onun özünə xas xüsusiyyətləri ilə qəbul etməyi bacarmalıdır.

İkinci nöqtə: Din övliyaları qadınları reyhana bənzədərək, onların lətif, həssas tez sınan olduqlarını nəzərə çəkmək istəmişlər. Beləliklə, rəhbərlik, igidlik, pəhləvanlıq və sair kimi xüsusiyyətlərin qadına yad olduğunu bildirmişlər. Deməli, qadınlarda incəlik, sakitləşdiricilik ünsürləri, həssaslıq daha güclüdür və onlardan möhkəm, yenilməz olmalarını çox tələb etmək olmaz.

Digər tərəfdən kişilər ictimailiyə xas şərtlərə əsasən qadınlardan daha çox sıxıntıda olurlar, çünki ailənin müxtəlif yönlərdən, o cümlədən iqtisadi yöndən idarə olunması kişilərin öhdəsindədir. Kişilər cəmiyyətdə daha çox çətinliklər və təzyiqlərlə üzləşirlər ki, bu onların səbr kasasının dolub-daşmasına səbəb olur. Elə buna görə də onlar çox tez hirslənirlər. Kişiyə xas harmonlar da onlarda bəzi rəftarların, o cümlədən hər şeyin yaxşısını tələb etmək, qəzəblənmək və s. kimi xüsusiyyətlərin özünü göstərməsinə səbəb olur. Qadın kişidə olan bu psixoloji reallıqla ayaqlaşmalıdır və bacardığı qədər onu normallaşdırmalıdır. Qadın çətinliklər qarşısında kişiyə psixoloji himayədarlıq etməli və dayaq olmalıdır.

Beləliklə, həm qadının və həm kişinin tərəf müqabilinə xas xüsusiyyətlərə diqqət etmələri onların bir-birilə uyğunlaşmalarına kömək edir. Onların hər biri digərində bəzən qapalı qalan xüsusiyyətləri fəallaşdırmalı, biri digərinin xarakterində olan mənfi yönləri  tədricən islah etməlidir. Əksinə, əgər onların hər biri digərini olduğu kimi qəbul etmək əvəzinə, mənfi cəhətləri üzərində israrla dayanıb, ona öz qanunlarını yürütsə aralarındakı narazılıq daha da artacaq.

Beləliklə, ər-arvad bir-birilərilə uyğunlaşmaları üçün aşağıdakı nöqtələrə diqqət etməlidirlər:
1) Onlar bir-birilərinin müxtəlif psixologiyalara malik iki müstəqil insan olduqlarının qəbul etməlidirlər.

2) Daha sonra isə bir-birilərinin zəif və güclü cəhətlərini öyrənib, onlara uyğun şeyləri bir-birilərindən ummalıdırlar.


Şərhlər:
Baxılıb: 767
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz