Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilik təklifi anından toya qədər sizi nələr gözləyir?
Evlilik təklifi anından toya qədər sizi nələr gözləyir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 531
Səs ver:
Toyunuza doğru sürətli addımlarla irəliləyərkən nələrlə qarşılaşacağınızı bilirsinizmi? Bəs evlənmə təklifi aldıqdan sonra toy planlamasına necə başlamalı?

Evlənirsinizsə, deməli, yeni bir həyatınız və ailəniz olacaq. Bu, sevdiyiniz insanın yaxınlarının artıq sizin də yaxınlarınız olacağı anlamına gəlir. Bu müddət həm də sizin yeni qohumlarınızı tanıma, isti münasibətlər qurma dönəminizdir. Həmçinin, evlilik ərəfəsində ailədaxili anlaşmazlıqların öhdəsindən necə gəlməli olduğunuzu da öyrənməlisiniz. Bu zaman "Nə çox yaxın, nə çox uzaq” qanunu sizin köməyinizə gələcəkdir.

Əvvəla, qeyd edək ki, elə də çox romantik xəyallara qapılmamalısınız. Toy planlamaq, bir-birinə yad olan iki ailəni və dost çevrəsini bir yerə gətirib əylənmələrini təmin etmək heç də asan bir iş deyil. Toyun təşkili, geyim və aksessuarların alınması, yeni evin qurulması həm zaman, həm də təcrübə gərəkdirən məqamlardır.

Nəzərə almalısınız ki, təkcə siz yox, gələcək həyat yoldaşınız da ən az sizin qədər yorulacaqdır. Bu səbəbdən də yorulduğunuzu hiss etdiyinizdə özünüzü daha da yormaqdan çəkinin. Kiçik fasilələr həm sizin yorğunluğunuzu alacaq, həm də daha yaxşı qərarlar qəbul etməyinizə kömək edəcəkdir.

Bilməlisiniz ki, qarşı tərəfin toy təşkil etmə mərhələsində ən çox sizə ehtiyacı vardır. Onun fikirlərini diqqətlə dinləməli və anladığınızı bildirməlisiniz. Ortaq alacağınız qərarlar istiqamətində ortaya möhtəşəm bir toy çıxacaqdır. Bu ərəfədə pozitiv olmağa çalışmalısınız. Sevginizi göstərmək üçün səbəb axtarmayın və uzlaşmağa çalışın.


Şərhlər:
Baxılıb: 531
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz