Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qısqanclığı azaltmanın 10 yolu
Qısqanclığı azaltmanın 10 yolu
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 889
Səs ver:
Eşqi Yaşayın
Çox əhəmiyyətli bir mövzudur qısqanclıq. Burada həm qızlar həm kişilər qorxunc bir yanılma içindələr. hər kəs, hər kəsin həyatının içinə çox çox bir şəkildə girmiş. Hər kəs hər kəsi məngənə altına almış, davamlı məhdudlaşdırmalar gətirir. Belə edərək də guya sevgilərini göstərdiklərini sanırlar. Həddindən artıq qısqanclıq, sevginin göstəricisi deyil. Bəli, qısqanclıq lazımlıdır amma qədərində. Ki onsuz da hər insanın içində vardır qısqanclıq. Buna ‘primitiv qısqanclıq' deyərik. Primitiv olması, insanın yaranmasından qaynaqlanmasıdır. Yəni ilk insanda da vardı, indi də var. Amma sizinki artıq ‘patoloji qısqanclığa' girir. Hər biriniz ruh xəstəsi kimi davranırsınız.
Eşq, bu cür eqo nümayişlərinə qurban edilir çox təəssüf ki.  Bir eşqi yaşaya bilmək üçün ona mənliyinizi verməlisiniz. Yəni özünüz ‘eşq' olmalısınız. Eşqin içinə dalmalısınız. Buna görə ‘eşqə düşmək' deyə bir deyim vardır . Siz eşqi yaşamaq yerinə bir-birinizin həyatlarını məhdudlaşdırırsınız. Davamlı bir-birinizdən bir şeylər gözləyirsiniz. Gözlədikləriniz olmadığında da dava çıxarırsınız. Eşqinizi təyin edən şey Facebookdakı ‘əlaqə vəziyyətiniz' deyil. Onunla paylaşdıqlarınız. Gerçək dünyada yaşadıqlarınızdır. Eşqi yaşamaq yerinə bir-birinizin həyatlarına müdaxilə edərək səhv edirsiniz. Sonra da ayrılır və acı çəkirsiniz.

1. ÖZÜNÜZƏ GÜVƏNİN
Qısqanclığın ən böyük səbəblərindən biri öz güvən əskikliyidir. Unutmayın ki, siz sevdiyiniz adam tərəfindən seçilmiş insansınız. Yəni digər variantlar arasında bir fərqiniz vardı ki; sevgiliniz sizi seçdi. Elə isə artıq onun sizi sevib sevmədiyini sorğulamaqdan imtina edin.

2. ŞƏXSİYYƏTİNİZİ CƏMİYYƏTƏ ƏZDİRMƏYİN
Qısqanclığın bir başqa səbəbi də içində olulan cəmiyyətin söykəmələridir. Yoldaş qrupunuz, ailəniz ya da ətrafınız özlərinin sevgililərinə davrandığı kimi davranmanızı istəyə bilər. Siz də o cəmiyyət tərəfindən xariclənməmək üçün eyni şəkildə davranmağa başlarsınız. Yəni onlar sevgililərinə, yoldaşlarına davamlı hesab soruşursa siz də hesab soruşarsınız. Şəxsiyyətinizi cəmiyyətə əzdirməyin. Doğru olan onlarınki deyil, sizinki.

3. TƏHDİD ETMƏYİN
Təhdid və təzyiq sevgilini sizə bağlamaz əksinə uzaqlaşdırar. "Mənə xəbər vermədən çölə çıxarsansa bunu edərəm", "Bu yoldaşınla görüşsən bunu edərəm" demək sevgilinizə əziyyət mənasını verər. Əziyyətə uğrayan adam da günün birində mütləq zəncirlərini qırar.

4. QISQANCLIQ SEVGİ BİTİRƏR
Qısqanclıq sevginin ölçüsü deyil. Yəni birini nə qədər sevdiyiniz, nə qədər qısqandığınızla ölçülməz. Əksinə qısqanclıq əksəriyyətlə xəstəlikli bir vəziyyət olduğundan bir müddət sonra sevgi filan qalmaz ortada. Qısqanclıq nümayişləriylə sevginizi ifadə edə bilməzsiniz.

5. FƏRDİ AZADLIĞINA HÜCUM ETMƏYİN
Sevgilinin hər hərəkətini izləmək, cib telefonlarını qarışdırmaq, internet ünvanlarının şifrələrini ələ keçirmək kimi, özünüzü də hörmətdən salacaq hərəkətlərə girişməyin. Bu həm fərdi azadlığa hücumdur həm də özünüzə olan hörmətinizi azaldar. Sevgi, güvən deməkdir. Güvənmədiyiniz adamla da sevgili olmayın.

6. ƏVVƏLİNİ SORĞULAMAYIN
Əlaqənizin başladığı tarixdən əvvəl tərəflərin yaşadığı hər şey özünə aiddir. Keçmişdə yaşanan bir əlaqəni qısqanmaq sizi, yel dəyirmanlarıyla döyüşən Don Kixotdan fərqsiz etməz. Keçmiş keçmişdə qalmışdır və sizi yalnız indiki vəziyyətiniz maraqlandırmalıdır.

7. QANUN QOYMAYIN
Unutmayın ki; sizin, sevgili olmadan əvvəl özünüzə aid həyatlarınız vardı. Qısqanclığınız səbəbiylə sevgilinizi sizin həyatınızı yaşamağa, sizin qaydalarınızla yaşamağa məhkum etməyin. Başda bunu qəbul etsə belə bir müddət sonra dözə bilməyəcək.

8. ALDATILCAM QORXUSUNU BİR KƏNARA BURAXIN
Aldatmaq istəyən mütləq aldadar. Siz nə etsəniz edin bir yolunu tapar. Sədaqəti, bir insanın üzərində təzyiq quraraq əldə edə bilməzsiniz. Sədaqəti yalnız sevgi təmin edə bilər.

9. YOLDAŞLARIYLA GÖRÜŞMƏSİNİ MANEƏ TÖRƏTMƏYİN
İnsan ictimai varlıqdır. Sevgilinizin mütləq bir yoldaş ətrafı vardır. Onlarla görüşməsinə maneə törətmək sevgilinizə edəcəyiniz ən böyük haqsızlıqdır. Görüşməsinəmaneə törətmək yerinə onun yoldaş ətrafına siz də girin. "Məni qoymur" deyirsinizsə, o zaman sizin probleminiz onsuz da qısqanclıq deyil. Siz heç sevgili ola bilməmisiniz deməkdir.

10. ƏN YAXŞI QISQANCLIQ ‘PRİMİTİV QISQANCLIQdır.
Yəni insan olmamızdan qaynaqlanan və içimizdən gələn qısqanclıq. "Hər kəs sevdiyini qısqanar" sözüylə ifadə edilən qısqanclıq. Amma bu qısqanclıq qədərindədir, insanın həyatına təsir etməz. Belə bir qısqanclıqda təzyiq yoxdur, təhdid yoxdur. Sevgilinizə qısqandığınızı sevgi sözləriylə söyləsəniz bunun xoşuna gəldiyini görəcəksiniz.


Şərhlər:
Baxılıb: 889
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz