Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlənmək istəyənlər, bu xəbəri mütləq oxusun
Evlənmək istəyənlər, bu xəbəri mütləq oxusun
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 852
Səs ver:
Qanuna əsasən, nikaha daxil olmaq barədə ərizəyə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə olunur.
Dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı nikaha daxil olmaq istədikləri ərizə ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına verməlidir. Nikah, nikaha daxil olmaq istəyən şəxslərin ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlana bilər.
Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər.
Bütün tibbi müayinələr pulsuz həyata keçiriləcək.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək.
Beləliklə, nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da veriləcək.
Tibbi müayinənin nəticələri arayışda əks etdilməyəcək.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir. Lakin həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Hansı halda nikah etibarsız sayıla bilər?
Nikaha daxil olan şəxslərin bilməli olduğu qaydalardan biri də nikahın etibarsız sayılması halıdır. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Qeyd edək ki, 2014-cü ilin dekabrında prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqda qanunu təsdiqlədikdən sonra nikahdan əvvəl tibbi arayışın tələb olunması qanuniləşib.


Şərhlər: 10
Baxılıb: 852
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
senay))
çox yaxşi qoyublar bu qanunu ailenin temeli saglamliqdi
25 noyabr 2015 22:23
# 10
coooooooxxx xosbextem
milano
Mence mutleqdir, en azindan sonra gec olmasin
25 noyabr 2015 15:38
# 9
evli.mutlu.cocuklu
yaxsi qanundu ama biz yoxlanisdan kecmedik
25 noyabr 2015 15:06
# 8
duymecik
cox yasi qanundu. bezen toydan 1-2 ay kecen kimi usaq yoxdusa tokulurler gelinlerin ustune ki xestesen usagin olmur, gelin yazig saglamdisada gunde bir xestexana gezmekle xeste eliyib qoyurlar yazigi. ama hec kim demirki beke kiside problem var. bu qanunun cixmagi yaxsidi evvelden kimin xeste kimin saglam oldugu biliner.
25 noyabr 2015 14:00
# 7
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
Dosta_inam
Bu yaxşı üsuldur, bir çox ailə hər hansı bir problemi olub olmadığını biləcək.
25 noyabr 2015 13:58
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
bu haqda her bir Azerbaycan vetendasi eminemki bilir
25 noyabr 2015 13:46
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Tibbi muayinədən keçmək qanun kimi qoyulmalıdı artıq. Kim nə problemi varsa üzə çıxsın
25 noyabr 2015 13:03
# 4
Grsu
Ailenin saglam olmasi ucun ilk once hekim muayinesinden kecmek vacibdir
25 noyabr 2015 11:33
# 3
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
naz_vefa
Tibbi muayne mutleq lazimdi geleceyde yawanacaq prablemin qabaqcadan helli demekdi
25 noyabr 2015 11:25
# 2
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
BARBI
Elbette mueyyen irsi xesteliklerin qarsisini almaqcun tibbi muayine mutleqdir
25 noyabr 2015 10:36
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz