Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxtliyə səbəb olacaq evliliyin dörd şərti
Xoşbəxtliyə səbəb olacaq evliliyin dörd şərti
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 839
Səs ver:
İnsan həyatının sönməz hisslərindən biri də evlənməyə ehtiyac hissidir. Allah Taala hər bir insanın təbiətində həyat yoldaşı ilə birgə yaşamaq meyli qərar vermişdir. Yetkinlik yaşana çatan hər bir qız və oğlan kimlərinsə onlara deməyinə ehtiyac olmadan özlərində əks cinsə qarşı təmayül hiss edirlər. Bu, onların fitrət və təbiətində yerləşdirilmiş həmin meyldir ki, vaxtı çatanda özünü büruzə verir.
Bəziləri elə bilirlər ki, əgər onlar ömür boyu sakit, aram yaşasalar, evlənməsələr onların ömürləri çox olacaqdır və bununla da öz güclərini qorumuş olacaqlar. Halbuki bu cür fikirləşən adamlar özləri də bilmədən fitrətin, təbiətlərinin və yaradılışın əleyhinə müharibəyə qalxmışlar. Təbiidir ki, onlar bu müharibədə məğlubiyyətlə üzləşəcəklər. Evlənməyib subay qalmaq nəticəsində olan məğlubiyyətlərin müxtəlif cəhətləri vardır.
Siz evlisinizsə, yəni artıq özünüzə həyat yoldaşı ( kişisinizsə qadın, qadınsınızsa kişi) seçmisinizsə, gərək yenidən öz həyat yoldaşınıza aşiq olasınız.
Yox, əgər evlənməmisinizsə və ailə ocağınızı hələ də sönük saxlamısınızsa, qəlbiniz hələ də tənhadırsa sevgi nəticəsində qurulmuş ailələrə baxın, görün ki, onlar subay insanlardan daha çox ömür sürürlər, depresiya, stress və iztirablardan uzaqdırlar, rahat və aram həyata malikdirlər. Çünki evlilik insan hisslərini və emosuyalarını mötədilləşdirir, həmçinin yaşayış tərzinin nizama salınmasında və müntəzəmliyində, hətta qida rejiminin də nizamlanmasında təsirlidir.
Halbuki ülvi olmayan hisslər insana yalnız iztirab və nigarançılıqlar bəxş edir, buna görə də onun insanın cisminə və bədəninə vurduğu ziyanlar aşkar görünür.
Odur ki, biz İslamın evlənmə ilə əlaqədar göstərişlərinə nəzər saldıqda görürük ki, sevimli Peyğəmbərimiz (s) və Əhli-beyt (ə) evlənməyi insanın xoşbəxtlik əlamətlərindən sayırlar.
Təbiidir ki, hər iki tərəfin xoşbəxt olmasına səbəb olan evlənmənin şərtləri və xüsusiyyətləri vardır. Belə ki, hər bir iş təfəkkür, diqqət və xüsusi şərtlər əsasında həyata keçirilməlidir, yoxsa xoşbəxtlik əvəzinə bədbəxtlik gətirəcəkdir.
Xoşbəxtliyə səbəb olacaq evliliyin birinci şərti qadın ilə kişi arasında əxlaqi və fikri uyğunluqdur. İslam göstərişlərinə əsasən insanın məhz öz nəslindən, şəhərindən, əyalətindən olanla evlənməsi lazım deyil, əksinə qohum olmayanla evlənmək daha məsləhətlidir. Hətta daha uzaq şəhərdən olanla evlənsə daha yaxşıdır. Amma əxlaq, düşüncə və dünyagörüş cəhətdən uyğunluğun olması lazımdır.
Xoşbəxtliyə səbəb olacaq evliliyin ikinci şərti ər ilə arvadın qarşılıqlı ehtiramla olan davranışlarıdır. Bir birlərinə olan sevgilərini əməl, rəftar və hərəkətləri ilə göstərməlidirlər. Başqa sözlə desək onların arasında olan bütün növ rəftar, davranış və hərəkətlər sevgi və məhəbbət əsasında olmalıdır. Onlar həyatın şadlıqlarında da qəm-kədərində də bir birlərinə dayaq olmalı, mühüm işlərdə birlikdə məsləhətləşməlidirlər. İşləri könül istəyi ilə bölüşdürməlidirlər. Kişi qadına qulluqçu və xidmətçi kimi baxmamalı, eləcə də qadın kişini nökər saymamalıdır.
Xoşbəxtliyə səbəb olacaq evliliyin üçüncü şərti əsəbilik, qəzəblənmək və zorakılıqdan kənar olmaqdır. Ümumiyyətlə əgər ailə həyatında təziyqlər və yersiz tələblərin yerini əvf etmə, bağışlama və güzəştə getmə tutarsa, zorakılığın yerini lütf etmə və mərhəmət göstərmə, həmçinin dedi-qodu və deyinməklərin yerini gülüş və təbəsüm tutarsa belə bir ailə, yəni qadın və kişinin heç biri qocalmazlar. Hansı ailələrdə bu cür rəftar yoxdursa onlar indi də tədriclə özləri üçün bu yolu yarada bilərlər.
Xoşbəxtliyə səbəb olacaq evliliyin dördüncü şərti budur ki, kişi öz həyat yoldaşına başqa qadınları tərifləməsin, eləcə də qadın öz həyat yoldaşına başqa kişiləri tərifləməsin. Çünki belə təriflər qarşı tərəfin qəlbində kin, küdurət və düyünlər yaradır, çoxlu sayda mənasız ixtilafların mənbəsinə və qaynağına çevrilir. Kişi öz həyat yoldaşının onun üçün ən gözəl və ən yaxşı qadın olduğunu dərk etməli, qadın isə öz ərinin onun üçün dünyanın ən yaxşı kişisi olduğuna inanmalıdır.


Şərhlər: 8
Baxılıb: 839
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Happy
Ən əsası ilk öncə özünə hörmət. Özünə hörmət eləsən yoldaşına və onun ailəsinə də hörmət etmiş olarsan. Sevgi olan yerdə isə hər şeyi bağışlamaq olur
29 noyabr 2015 00:51
# 8
senay))
her weyden once sevgi xoşbextlik ve hormetdir twk
28 noyabr 2015 21:51
# 7
coooooooxxx xosbextem
duymecik
sevgi olan ailede hormet 100% var cunki heqiqeten seven sevdiyine hormet eliyir. ama hormet olan ailede sevgi olmuyada bilir,yeni bir-birlerine insan olaraq hormet eliyirler vessalam.

yeni sevgi ve hormetin oldugu ailede bu 4 sert onsuzda olacaq urek
28 noyabr 2015 21:31
# 6
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
vipbetul
Allah her kese xosbext isdediyi kimi aile nesib etsun insallah
28 noyabr 2015 19:20
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Allah hər kəsə başa düşəcək, fikirlərinə hörmət edəcək bir ailə nəsib etsin.
28 noyabr 2015 13:36
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
mehemmedcik
Gözəl mövzudu.Sevgi ,hörmət olan yerdə ailə möhkəm olur.
28 noyabr 2015 12:29
# 3
Sevmək gözəldi,sevilmək ondan da gözəldi.
BARBI
Her biri dogru qeyd edilib. En onemli sert qarsiliqli hormet ve sevgidir
28 noyabr 2015 11:02
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Angela7
Allah hamıya doğru birini qismət etsin, xəbərə gəlincə şərtlərlə razıyam.
28 noyabr 2015 10:33
# 1
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz