Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat yoldaşınızı evə necə bağlaya bilərsiniz?
Həyat yoldaşınızı evə necə bağlaya bilərsiniz?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1383
Səs ver:
"Həyat yoldaşımın üzünü görmürəm”, - deyə şikayət etməkdənsə...

Əri evə bağlamağın sirlərini təqdim edirik. Qadının kişiyə qarşı ən təsirli silahı şirin dili, gülərüzü, təbəssümü, könül ala bilməsi, sıxıntını paylaşması, əri üzünə baxanda ürəyinin açılması, bir anda bütün yorğunluqlarını atmasıdır. Kişini qadına bağlayan ən güclü sirr qadının şəfqət göstərən halı, ana qayğısıdır. Bu gücdən yaxşı istifadə edin. Ərinizin sizinlə yaxşı vaxt keçirməsinə şərait yaradın. "Səninlə birlikdə olduğum üçün çox xoşbəxt hiss edirəm” kimi cümlələri yeri gələndə dilə gətirin. İmkan olduqca süfrədə yemək çeşidlərini artırın. Kişini evə bağlayan digər amil süfrədə sevdiyi yeməklərin bişirilməsidir. Yemək sonrası çay, qəhvə, quru meyvə, çərəz, tum kimi şeyləri əskik etməyin ki, yemək bitər bitməz gözü qapıda olmasın. Kitab oxuma vərdişinə yiyələnin. Oxuduğunuz maraqlı hekayələri çay süfrəsində danışın. Birlikdə proqramlar izləyib ona sual verin, rəyini soruşun. Diqqətini proqrama yönəldin. Zaman-zaman evdəki əşyaların yerini, otaqların dekorunu dəyişdirin. Bununla onu məşğul edin. Evdə tək qalanda darıxdığınızı, sıxıldığınızı, qorxduğunuzu dilə gətirin. Birlikdə olanda rahat hiss etdiyinizi deyin.Arada bir dost, qonşu, qohum ziyarətinə gedin. Onları qonaq çağırın.Bəzi axşamlar alış-verişə, gəzməyə gedin, bayırda vaxt keçirin, yeməyə çıxın.Özünüzdən, öz problemlərinizdən çox danışmayın. Bir müddətlik onun xoşbəxtliyinə çalışın. Şikayət etməkdən əl çəkin. Evdəki nöqsanlar, dəyişiləcək mebellər kimi xərc gərəkdirən şeylərdən danışmayın. Kişilər çox xərcin çıxmasından xoşlanmaz. Uşağınız varsa, onu təhsili, böyüdülməsi, tərbiyəsi ilə bağlı bəzi məsələlərdən danışıb onun da üzərinə məsuliyyət yıxın.O gün axşama qədər nələr etdiyini, kimlərlə vaxt keçirdiyini öyrənin. Ətrafınızdakı bəzi dostlarınızdan onların bu məsələdə nə etdiyini məlumat alın. Mənəvi ehtiyaclarınızı ödəmək kimi ürək, qəlb ehtiyaclarınızı da qarşılamağa çalışın.


Şərhlər:
Baxılıb: 1383
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz