Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlam sevgi, sağlam ailə deməkdir
Sağlam sevgi, sağlam ailə deməkdir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 421
Səs ver:
Bu mərhələlərdə soruşulan suallar da, yaşanan problemlər də normaldır. Evliliyin ilk iki ilində ən çox "Evlilik sevgini öldürürmü?", "Bizə nələr oldu?" sualları cütlüklərin beynində dolanır. Evliliyin ilk beş ilində bir başqa məsələ də uşaq sahibi olmağa dair düşüncələrdir. "Uşaq sahibi olsam, hər şey düzələrmi?", "Uşaq olsa, evlilik xilas olarmı?" kimi suallar da bu dövrə xas suallardandır.
Evliliyin ilk illərində insanların evliliyin əvvəlinə aid vərdişlərini və əlaqələrini yenidən nəzərdən keçirmələri, dəyişdirmələri, tənzimləmələri və bu tədbirlər barədə qarşılıqlı fikir birliyinə çatmaları gözlənilir. Məsələn, sosial həyat, ailə və dostlarla əlaqələr, cinsi həyat, maddi mövzular, iş həyatı, ev işləri, evin nizamı, rol paylaşması, iş bölümü və s. Bu qaydalar qoyulduğu əsnada cütlüklər arasında bir çox müzakirə, çətinlik və problemə rast gəlinir.
Əslində "dəlicəsinə bir eşq" ilə "xoşbəxt və sağlam bir evlilik" bir-birindən fərqli həyatlardır. Biri digərindən daha yaxşı olmadığı kimi, bir-birinin yerinə də keçə bilməzlər. Eşq və evlilik iki fərqli oyundur. Eyni insan eşq və evliliyin içində fərqli rollar ala bilir, fərqli ssenariləri oynayır. Eşq və evlilik fərqli səhnələrdə, müxtəlif məqsədlərlə, fərqli gözləmələrlə oynanır. Eşqı və evliliyə dəstə qaynaqlar da fərqlidir. Dəlicəsinə yaşanan bir eşq ilə sağlam və xoşbəxt bir evliliyi müqayisə etdikdə qarşımıza belə bir nəticə çıxır:
Sevginin gözü kordur. Eşq aşiq olan insanın aşiq olmağı istəməsindən, qarşısındakı adamı ideallaşdırmasından qidalanır. Aşiq insan aşiq olduğu adamı ucaldar. İstədiyi və sevdiyi xüsusiyyətləri aşiq olduğu insanda gördüyünü "zənn" edər. Aşiq olduğu adama aid mənfi xüsusiyyətləri belə müsbət xüsusiyyətlərmiş kimi qəbul edər. Aşiq olduğu şəxsdə bəzən fərq etdiyi mənfi xüsusiyyətləri fərq etməmiş kimi davranar. Bu fərq edilən ancaq qəbul edilməyən mənfi xüsusiyyətlər evliliyin "əsl" problemləri halına gələ bilər. Aşiq olan şəxsin aşiq olmağa davam etməsi üçün qarşısındakı şəxsin nəsə etməsinə ehtiyac qalmaz. Aşiq olduğu adam ideal və mükəmməl ana (ata, yoldaş, qadın, kişi) dost, sevgili halına gəlir. Eşq qarşılıqsız yaşansa da, iki nəfərlik bir oyundur. Aşiq insan, aşiq olduğu insandan başqasını görməz. Aşiq olan üçün onun xaricindəki hər şey və hər kəs əhəmiyyətini itirər.
Aşiq olduğu adam bundan xəbərsiz olsa belə... Eşq içində insan "uşaq", hətta "körpə" kimidir. Yaşı neçə olursa-olsun, aşiq insanların uşaq davranışlarına, özünü asanca itirə bildiyinə, keçmişi və gələcəyi unuda bildiyinə, məntiqini istifadə etmə nöqtəsində olduqca çətinlik çəkdiyinə şahid oluruq. Aşiq adam eynilə bir körpənin anasının yoxluğunda hiss etdiyi "onun yoxluğunda mən tək və çarəsizəm" duyğularını yaşayar. Eynilə bir körpə kimi məntiqiylə deyil, ehtiyacları və duyğularıyla hərəkət edər. Eşq məsuliyyətsizdir, eqoistdir, dözümsüzdür. Eşq bir xəyaldır, bir nağıldır. Eşq həyəcandır. Aşiq adam daim itirmə qorxusu yaşayar. Eşq müvəqqətidir. Qısa çəkir və ən nəhayət bitir, sonunda evlilik yaşansa da, yaşanmasa da...
Evlilik "qarşılıqlılıq" prinsipinə əsaslanır. Evli cütlüklərin hər ikisinin də xoşbəxt olması, səy və diqqət göstərməsi lazımdır. Yalnız bir insanın xoşbəxt olması və sevməsi kifayət deyil. Sağlam evliliklərdə cütlər bir-birlərinin həm müsbət, həm də mənfi xüsusiyyətlərini fərq edərlər. Yoldaşlarını müsbət və mənfi xüsusiyyətlərinə baxmayaraq qəbul edərlər. Evlilik, iki şəxs arasında atılan imzayla başlayır. Buna baxmayaraq yalnız iki şəxs deyil, iki həyat tərzi, iki ümid və ən az iki ailə evlənir. Evlilik yetkin həyata aiddir. Xoşbəxt bir evlilik yaşayan şəxs, hər sağlam yetkin kimi lazım olduğunda uşaq ola bilər. Bununla birlikdə çox vaxt duyğularının yanında məntiq və sağlam duyğusunu istifadə edə bilən, həm özünün həm də qarşısındakının ehtiyaclarını düşünə bilən bacarığa malik olmalıdır. Özbaşına da tamdır, bütündür. Yaşamını davam etdirə bilmək üçün bir başqasına ehtiyac duymaz. Buna baxmayaraq, sevdiyi və sevildiyi insanla birlikdə olmağı, həyatı paylaşmağı "seçim edər"...
Evlilik məsuliyyətdir, ortaqlıqdır, paylaşmadır, gözləmək və səbr edə bilməkdir. Evlilik gerçək dünyaya aiddir. Gerçək dünyada "mükəmməl" olan bir şeyə rastlanamayacağı kimi, hər kəs üçün "mükəmməl" qəbul ediləcək evliliklərə də rast gəlinməz. Hər kəs əvvəl xoşbəxt olmağı gözləyərək, heç olmasa ümid edərək evlənir. Buna baxmayaraq hər uzun davamlı əlaqədə olduğu kimi, evliliklərdə də problemli və çəkişməli dövrlər olur. Bu dövrlər bəzən cütlükləri bədbəxtliyə və ümidsizliyə sürükləyə bilər. Əslində içində yaşayarkən həllsiz kimi qəbul edilə bilən bu dövrlərin zamanında fərq edilməsi və uyğun şəkildə həll edilməsi evliliyin güclənməsinə, yoldaşların evlilik əlaqəsi içində və evliliklə birlikdə yetişə bilmələrinə köməkçi olur. Evlilik dinclik və güvən verir. Evlilik içindəki sevgi daimidir, davamlıdır. Sevginin daim qaldığı mühitdə, lazım olduğunda dəyişiklik və inkişaf mümkündür. Evliliyin sağlam bir şəkildə gedə bilməsi üçün iki tərəfin də diqqəti, səyi və əməyi lazımdır.
Çox insan əslində bir-birinə "çox aşiq" olduğu üçün evlənməz; hətta bir çox insan yetkinlik illərində "aşiq" olma təcrübəsini heç yaşamamışdır. Bununla birlikdə az qala hər insan evlilik həyatı içində romantik idealara və xəyallara söykənən eşqi tapmaq istəyir. Üstəlik də aşiq olmanın yalnız xoşbəxtlik verən yanlarını evliliyində davamlı olaraq yaşamaq istəyərkən, çox acı verən tərəflərini görməzlikdən gələrək hərəkət edər. Halbuki "Eşq sonsuza qədər davam edəcək" gözləməsiylə qurulan evliliklər, "Eşq müvəqqətidir ancaq sevgi davamlıdır və əmək istər" anlayışına çevrilə bilsə, diqqət, səmimilik, paylaşma və yaxınlıq evlilik həyatı içinə yerləşdirilə bilsə, iki insan üçün davamlı hala gətirilən xoşbəxtlik və sevgi yaşana bilər.
Evliliyin ilk beş ili ərzində bir başqa problem sahəsi də uşaq sahibi olmağa dair düşüncələrlə başlayır. Evliliklərinin pisə getdiyindən, sevginin və eşqin itirildiyindən qorxan bəzi cütlüklər uşaqla birlikdə evliliyin daha zövqlü və daha xoşbəxt olacağı düşüncəsinə qapıla bilərlər. Pisə gedən evliliklərini yaxın ətrafına izah edən bir çox insan da, evliliyin uşaqla birlikdə yaxşılaşacaq mövzusunda əmin etməyə çalışılar. Sırf bu baxımdan təəssüf ki, bəzi cütlüklər evlilikdəki problemləri həll edə bilməsi məqsədiylə uşaq sahibi olmaq qərarı alırlar. Bu əksəriyyətlə həm özləri, həm də uşaqlarının sağlamlığı baxımından çox səhv bir qərar olur. Körpə doğulduqdan sonra dərhal ana, körpəsini tanımaq və ehtiyaclarını qarşılamaqla məşğul olmaq məcburiyyətində olur. Beləliklə, qarşı tərəfdə bir soyuqluq daha yaranır.
Bu müddətdə yeni analar bir tərəfdən yorğun və əldən düşmüş hiss edərkən digər tərəfdən həyat yoldaşları tərəfindən kifayət qədər dəstəklənmədiyini və anlaşılmadığını hiss edə bilərlər. Cavan atalar isə həyat yoldaşları tərəfindən və uşaqları üçün dəyərsiz və lazımsız hiss edə bilərlər. Bu dövrdə ər-arvad arasındakı romantik məsafə arta bilər. Bir çox ölkədə aparılan araşdırmalar, boşanmalardakı artımın, körpənin doğumunu izləyən ilk beşlik içində reallaşdığı nəticəsinə gəlmişlər.
Bir körpə evliliyi nə xilas, nə də pisləşdirə bilər. Uşaq əvvəl həll edilə bilməmiş problemləri artırır və dərinləşdirər yalnız. Körpənin doğumundan sonrakı ilk günlərdən etibarən, yüklədiyi məsuliyyətlər və ana-atanın həyatında gətirib çıxardığı dəyişikliklər göz önünə alındığında, yeni ana-atanın həyatı heç də asan olmur. Vərdişlərdən, yoldaşlıq, evlilik, ictimai və iş əlaqələrində xüsusilə qadınlar üçün fiziki görünüşdə dəyişikliklər yaşanır. Yaxşısıyla və pisiylə yeni ana -ata olan şəxslərin həyatı tamamilə dəyişir. Bu dəyişməyə nə qədər hazır olması deyilsə də, körpənin doğumu hər zaman sürprizləri də özü ilə gətirər. Körpənin gətirdiyi dəyişikliklərə uyğunlaşmaq da zaman alar. Hər yeni körpənin ailəyə əlavə olunması bənzər çətinlikləri yaşadar ana-ataya.
Ana -ata olmanın saysız gözəlliyi təbii ki, müzakirə edilməzdir. Ancaq uşaqların ehtiyacı olan diqqət, maraq, sevgi, şəfqət və səbr üçün əvvəl evliliklərin qaneedici olması lazımdır. Ananın kifayət qədər yaxşı bir ana, atanın kifayət qədər yaxşı bir ata ola bilməsi üçün yaxşı bir evlilik əlaqəsi mütləq şərtdir. Evliliyi yaxşı olan analar uşaqlarına daha çox sevgi göstərə bilər, uşaqlarını daha çox qəbul edə bilər; xoşbəxt bir evliliyi olan atalar isə uşaqlarının baxımıyla daha çox maraqlanar. Bir-birini dəstəkləyən, uşağın sağlamlığı və yaxşılığı üçün rəqabət etmək yerinə əməkdaşlıq edə bilən ər-arvadın varlığı uşağın sağlamlığı və evliliyin təminedici bir əlaqə olaraq davametməsi üçün çox əhəmiyyətlidir. Bu səbəbdən də, uşaq sahibi olmadan əvvəl, evlilik içindəki problemlərin heç olmasa müəyyən nisbətdə həll edilə bilmiş olması həyati əhəmiyyət daşıyar. Sağlam bir ər-arvad əlaqəsi olan ailələrdə uşaq həm anasıyla həm də atasıyla fərqli və xüsusi bir əlaqə qurar. Digər tərəfdən sağlam münasibətlərin yaşandığı ailələrdə, ər-arvad ilə ana-atalıq bir-birindən ayrı tutulur.
Bu ailələrdə ər-arvadlar, ana-atalıq funksiyalarını və vəzifələrini sağlam bir şəkildə yerinə yetirmək üçün evliliklərini romantik olaraq bəsləyər; ər-arvad əlaqələrini qənaətbəxş tutmağı təmin etmənin, bir-birləriylə xüsusi və yaxın bir əlaqə qura bilmənin yollarını taparlar. Xoşbəxt cütlüklər, uşaqlarının sağlam ruhi inkişafı üçün bir anaya olması qədər bir ataya və yaxşı bir ər-arvad əlaqəsini görməyə də ehtiyacları olduğunu fərq edə bilərlər.
Nəticə olaraq, sağlam və xoşbəxt bir evlilik üçün eşq axtarışı və uşaqdan əvvəl yoldaşların etməsi lazım olanlar var.


Şərhlər:
Baxılıb: 421
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz