Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evli cütlərin etmələri lazım olan 7 qanun
Evli cütlərin etmələri lazım olan 7 qanun
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 1048
Səs ver:
Dünya dəyişdiyi kimi  evliliklər də dəyişir və bu dəyişmə ilə  evli cütlərin əlaqələri də dəyişir. Evlilikləri sürdürərkən  tərəflərin fədakarlıqlar etmələri lazım olan bəzi qanunlara əməl etmələri lazımdır.

1. Həyəcanlandırıcı situasiyalar tapın.
Evli insanların əlaqələrinin bir müddət sonra monotonluğa girdiyi bilinən bir gerçəkdir. Evlililiyinizin  uzun ömürlü və həvəsli  olmasını istəyirsinizsə, yoldaşınızın gözündə maraqlı olmanız qaçınılmaz birinci qaydadır. Əlaqənizdə yeni bir şeylər sınamaq həyatınızı həyəcanlı hala gətirər

2. Mübahisədən  çəkinin.
Evliliklərdə problemlərin ortaya çıxmaması mümkün deyil. Ancaq problemlər savaşla deyil, danışaraq həll edilər. Bunun üçün mübahisələrinizi uzun davam etdirməyin, dinləməyi bacarın və güzəştə getməyə çalışın. Yoldaşınızı dinləmək və anlamağa çalışmaq ən yaxşı yoldur. Dinləmədən həmişə danışsanız, savaşların  nəticəsi boşanma ola bilər və  boşanma bir həll deyil, nəticədir.

3. Ayrı tətil edin
Bəzən onun həftə sonunu ayrı keçirmək istəyi sizə əsla pis gəlməsin. Bu çox sağlam bir şeydir. Əlaqələrin də zaman zaman fasiləyə ehtiyacı ola bilər. Bir həftə sonu belə ayrı qalmanızda həm özünüzə xüsusi bir zaman ayırmış olacaqsınız, həm də qarşı tərəfə olan duyğularınızı nəzərdən keçirmə imkanınız olacaq. Ümumiyyətlə cütlər ayrı edilən tətillərdən sonra əlaqələrinin daha da hərarətli   olduğunu bildirirlər.

4. Hobbilərinə, maraqlarına  ortaq olun
Eyni şeylərlə maraqlanan şəxslərin eyni hobbilərə sahib olması təbiidir. Bir-birinizin hobbilərinə qatılmağa və bunlardan zövq almağa çalışın. Təbii ki, bu mövzuda çox da israrçı deyilik. Yoldaşınızın hobbisindən zövq almırsınızsa, zorla qatılmağa çalışmayın. Amma unutmayın ki, hobbilər, şəxslərin özlərini ən yaxşı ifadə edə bildikləri sahələrdir.

5. Hirsli yatağa getməyin
Yatağa hər vaxt müsbət  düşüncələrlə girin. Mənfi düşüncələr həm sizin sağlamlığınıza təsir edər, həm də yoldaşınızla olan əlaqənizə... Axşamlar insan bədənində stress təcrübələri ola bilir. Bunları azaltmanın fərqli yolları vardır. Gərginliyinizi azaltmaq üçün musiqi dinləyin, kitab oxuyun, komediya filmi izləyin, gəzintiyə çıxın.

6. Hər vaxt birlikdə yatmayın
Ayrı yataqlarda və yataq otaqlarında yatmaq böyük bir problem  deyil. Bu "artıq səni sevmirəm" mənasına da gəlməz. İnsanların ayrı yatmaq istəmələri üçün bir çox fərqli səbəb ola bilər. Hətta ayrı yatmanın bəzən üstünlükləri belə vardır. Xoruldama səbəbiylə yuxunuz qaçmaz, və ya yoldaşınız hər çevrildiyində siz də oyanmaq məcburiyyətində qalmazsınız.

7. Dürüstlüyə əməl edin
Dürüstlük ən yaxşı siyasətdir. Bu, əhəmiyyətli bir şey haqqında danışarkən olmazsa olmaz qayda olsa da bəzən  yalanlar da  lazımdır. Xüsusilə çox əhəmiyyətli olmayan mövzularda yoldaşınızın xoşuna gəlməsi üçün yalanlar söyləyə bilərsiniz. Ancaq yoldaşınızı üzəcək, onu pis vəziyyətə salacaq  yalanlardan çəkinin.


Şərhlər:
Baxılıb: 1048
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz