Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailənizə sahib çıxın
Ailənizə sahib çıxın
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 468
Səs ver:
Milli-mənəvi dəyərlərimizdən danışanda ağlımıza gələn ilk ünvan ailə olur.  

Həqiqətən də, ailə-məişət qanunlarımız əsrlər boyu arına-arına, cilalana-cilalana formalaşıb. Bu qanunların təməlində isə fədakarlıq anlayışı aparıcı amil olub. Yəni, ailə quran fərdlər bir-birilərinin hər əzabına, hər əziyyətinə qatlaşıblar. Ona görə də, əsrlər boyu ailənin dağılması böyük bir fəlakət kimi qarşılanıb. Ancaq çox təəssüf ki, son dövrlərdə mənəviyyatımızın digər sahələrində olduğu kimi ailə-məişət münasibətlərimizdə də ciddi aşınmalar müşahidə olunur. Artıq ailə fərdləri arasında o əvvəlki fədakarlıqdan əsər-əlamət yoxdur. Necə deyərlər, hamı özünü haqlı sayır və heç kim öz haqqından keçmək istəmir. Ən dəhşətlisi isə artıq ailə anlayışının özü də mahiyyətini dəyişir. Üstəlik bu, get-gedə daha sürətlə yayılmağa başlayır. Nəticədə, "yeni" ünsiyyətlər, "yeni" münasibətlər formalaşır.

Az qala tərəflərdən heç biri öz boynuna məsuliyyət götürmək istəmir. Nə sevginin, nə səmimiyyətin təravəti qalır. Hisslərin, duyğuların qarşısında az qala dərin bir uçurum meydana gəlir. Təbii ki, bu halların yayılmasında bu sahəyə "yönəlmiş" teleserialların və teleproqramların da rolu az olmur. Bu isə milli-mənəvi gözəlliklərimizin (dolayısı ilə mentalitetimizin də) ciddi fəlakətlə üz-üzə qaldığını göstərir. Az qala ailədə tərəflər bir-birilərinə müvəqqəti yol yoldaşı kimi baxırlar.

Təbii ki, belə olan halda bu ailənin sona qədər uzanma ehtimalı da azalır. Bu cür ailələrdə doğulan uşaqların da aqibəti, demək olar ki, heç də ürəkaçan olmur. Başqa sözlə, belə uşaqların bu gün doğulduqları ailələrdə yaşadıqları problemlər sabah qurduqları ailələrdə də davam edir. Beləlliklə, bu ailələr bir az da "irsi" problemlər üzərində qururlur. Halbuki ailə dediyimiz şey müqəddəs anlayışdır. Və həqiqi ailənin nə olduğunu bilənlər üçün ailə bir cənnət bağçasıdır. Ona görə də, nə olursa-olsun, ailənizə sahib çıxın və onun cəhənnəm bağçasına çevrilməsinə imkan verməyin. Bu yolda atdığınız hər bir addımın fədakarlıqdan keçdiyini də unutmayın...


Şərhlər:
Baxılıb: 468
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz