Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müasir ailələr niyə bir uşaqla kifayətlənirlər?
Müasir ailələr niyə bir uşaqla kifayətlənirlər?
Göndərən: emis
Şərhlər: 15
Baxılıb: 755
Bölmə: Evlilik, Maraqlı
Səs ver:
Müasir zamanda dünyada heç uşaq istəməyən və ya bir uşaqla kifayətlənənlərin sayı artır.

Bizim ölkədə də bir uşaqla kifayətlənən, uşağı gec planlaşdıran ailələr var. Hər bir ailə uşaq istəməməyin səbəbini müxtəlif izah edir.

Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, azərbaycanlı ailələrdə uşaq ailənin sevinci, həyatın mənası deməkdir: "Uşağı olmayana bədbəxt insan kimi baxırlar. Onlara "sonsuz" deyir, yanlarında uşaq haqda çox danışmaz və uşaqlarını göstərməzlər" deyən Rzayeva bildirir ki, lakin getdikcə uşaq istəməyən ana və ataların sayı artır. Dediyinə görə, belə insanlara elə gəlir ki, onlar uşaq istəmədikləri üçün onlarda nəsə düzgün deyil, anormaldırlar və ya bunun üçün hələ psixoloji hazır deyillər.

Dünyada bu fikri dəstəkləyən və həyat şüarına çevirən qruplaşmalar var. Qeyd edək ki, ilk belə qruplaşmalar keçən əsrin 70-ci illərindən yaranmağa başlayıb. Tədricən belə qruplaşmalar Avropa və ABŞ-da geniş yayılmağa başlayıb.

R.Rzayevanın dediyinə görə, bizim cəmiyyətdə uşaq istəməyən insanlar qınanılır: "Belə adamların dalınca danışanlar, onların mənəvi dəyərlərinin az olduğunu hesab edənlər çoxdur. Onlara psixoloji problemi olan insan kimi baxanlar da var" deyən psixoloqa görə, uşaq istəməyən ailələrin cəmiyyət üçün təhlükəsi yoxdur: "Onlar başqalarına zərər gətirmir. Lakin aralarında uşaqlar, uşaqlı ailələr, özlərini uşaqlara həsr edənlər barədə pis danışanlar da var".

Müsahibimiz qeyd edib ki, uşaq istəməyən insanlar arasında 16-22 yaş arasında olanlar üstünlük təşkil edir: "Bu dövrdə gənclərdə hansısa bir yolla başqalarından seçilmək istəyi güclü olur. Onlar həm də uşaq tərbiyə etmək üçün özlərini hazır hiss etmədiklərindən də belə düşünür. Sonradan fikirlərini dəyişdirə də bilirlər. Lakin onların arasında sonuna kimi fikirlərinə sadiq qalanlar da olur".

Psixoloq deyir ki, 25-35 yaş arasında olan və uşaq istəməyən ailələr müəyyən həyat təcrübəsi topladıqdan sonra bu fikrə gəlirlər. "35-40 yaşda insanlar uşaqsız həyat sürmək qərarına gəlir. Ancaq onlar sonradan qərarını dəyişdirə də bilir. 40 yaşdan sonra isə demək olar ki, qərarlarını bir daha dəyişmirlər. Uşaqlığa və ya himayəyə kimisə götürməyi də fikirləşmirlər".

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə çoxuşaqlı ailələrin sayı azalır. İnsanlar daha gec yaşlarında valideyn olmağı planlaşdırır. Əksər ailələr maddi durumunu yaxşılaşdırdıqdan sonra uşaq dünyaya gətirməyi qərara alır. Gənc ailələr arasında bir uşaqla kifayətlənənlər də çoxdur.

Həmsöhbətimizə görə, uşaq istəməməyin səbəblərindən biri də uşaqlara nifrət hissi ilə yaşamaqdır. Ailələr var ki, uşaqların davranışına, yaratdığı səs-küyə, problemlərə qatlanmaq istəmədikləri üçün də uşaqlardan imtina edirlər.

"Sadəcə valideyn olmaq istəməyən insanlar da var. Bu, onlar üçün maraqlı deyil, belələri nəsil artımını düşünmürlər. Sərbəst yaşamaq, özlərinə daha çox vaxt ayırmaq, dost-tanışla əylənmək, səyahətə getmək və s. istəyirlər. Bəzi insanlarsa həyatın acı olduğunu düşünərək bu dünyaya uşaq gətirmək istəmirlər".

Karyerasına görə də uşaq istəməyənlər var. Bəzilərisə əlavə maddi problemləri yaranmasın deyə ya heç uşaq istəmir, ya da bir uşaqla kifayətlənirlər. "Uşaq artdıqca istər-istəməz maddi tələbatlar da artır. Ailə də o maddi tələbatları ödəmək üçün çalışır".

Rzayeva bildirib ki, qadınlarda doğuşla bağlı qorxular da uşaq istəməməsinə səbəb olur: "Doğuşun ağrılı keçməsi və doğum sonrası psixozlar da ananın xatirində pis iz buraxır. Eləcə də, valideyn olmaq qorxusu və bunun öhdəsindən gəlməmək də insanı övlad sahibi olmaqdan çəkindirə bilir. Sevdiyi insanla yaşadıqları sakit, harmoniya dolu həyatı uşaq olandan sonra itirməkdən qorxu, vərdiş etdiyi həyat tərzinin pozulması, öz uşaqlığı haqda neqativ xatirələr, kasıbçılıq, uşağına ağır genetik xəstəliyi ötürmək qorxusu da valideyn olmaq arzusuna qarşı sədd çəkir".


Şərhlər: 15
Baxılıb: 755
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aylin
evlendikden sonar usaqsiz olmaq menim fikrimce cox menasiz olur mence heyat ALLAH hec biri usaqsiz qoymasin AMIN.
26 avqust 2015 17:43
# 15
En cox guvendiyin insanlar inciderler
efsane..
usaqsiz aile maraqsiz olur tek usaqda o qeder yaxsi deyil fikrimce
26 avqust 2015 16:30
# 14
ALESSANDRA
biz iki usaqiğ
hec yola gedemmiriy
gor hele çox usaq olsa nolaree 122
26 avqust 2015 12:13
# 13
Don't trust anyone ∆
lilit
Hec olmamasi yaxwidi evde qardawim var ve men baxiram coxda kicikdi hec uwaq isdemiremmm
24 avqust 2015 20:33
# 12
mutlulun sana gelmesini bekleme sen ona kow beklersen hayatinin sonuna kadar mutsuz olursun ..!
Tek Tenha
Kaw ele menimde ele birce evladim olaydi.
24 avqust 2015 18:11
# 11
Luna-90
Mende coxusaqliligin eleyhineyem .1ve ya 2 usaq besdi .cox usaq cox derdi hem maddi hem menevi.oz heyatimizi yasamaq isteyirem cox usaq dogub onlarin problemleri ile yaslanmaq istemirem 5gunluk dunyadi birde yeniden dogulmayacamki.esas odu bu dunyadan sonsuz getme 1 ovladin olsun ata ana deyenin olsun onun geleceyini istediyi kimi qur vesselam.hemise bu movzuda fikrim deyismez qalacaq
24 avqust 2015 18:02
# 10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ayka
1 uwaq pisdi tek qalir sonra pis olur darixdirici olur uwaga da pisdi boyuyende komek eden hec kimi olmur gedib-geleni ves.azi 2 uwaq yaxwidi kanka
24 avqust 2015 17:57
# 9
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
VIP
Mənim iki oglum var.Allah sonacan versin bəsimdi.
24 avqust 2015 17:53
# 8
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Catwoman666
Hal-hazırkı dövrdə çox ailədə sadecə 1 uzaq başı 2 uşaq olur 27 Bəhanə də odur ki, imkanım çatmır uşağa baxım. ya da "neynirəmee çox uşağı" deyirlər.

...666...
24 avqust 2015 16:47
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
nece usaqin olubda duzgun terbiye tehsil vere bilmemekdense bir usaqin olubda tehsilinide terbiyesinide duzgun sekilde oyretmek daha yaxsidi
24 avqust 2015 14:11
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Ailənidə artıq müasirləşdirmişik..çünki özlərinə əziyyət vermək istəmirlər gecə yuxusuz yorğun olmaz istəmirlər elə birinə çəkdik əziyyət bəsdi..
24 avqust 2015 12:53
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
_damla_
maraqlidir
24 avqust 2015 12:35
# 4
Gözüмdəɴ Düşəɴiɴ, Üsтüɴə ßαsαcαq Qədəʀ Koʀ !
- Səsiɴi Eşiтмəyəcəк Qədəʀ Kαʀαм..!
sadecə mən
Bu dövrdə nəinki bir uşaq bir pişiyə də baxmaq çox çətindir.Onunçündə hər kəs imkanına baxır.Əlbəttə müxtəlif səbəblər ola bilər ancaq ən əsasda madiyyatdı.Elə ən məntiqlisidə budur.3-4 uşağın olub, baxabilməməkdənsə 1 uşağın olsun, xoşbəxt olsun.
24 avqust 2015 12:23
# 3
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
BARBI
Muasir aileler usaq boyutmem baxmaq mesuliyetli oldugu ucun bir usaqla kifayetlenir.
24 avqust 2015 12:02
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
KRALİCEM
Menimde 1 qizim var sorada 1 oglum alr insallah besimdi
24 avqust 2015 12:01
# 1
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz