Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Erkən nigah: səbəb və nəticələri
Erkən nigah: səbəb və nəticələri
Göndərən: WiRiN BaLaM
Şərhlər: 16
Baxılıb: 1110
Səs ver:
Ailə məsələlərində ciddi məqamlardan biri də erkən nikah məsələsidir. Belə ki, ailə quran tərəflərin yaşlarının rəsmi nigah üçün müəyyən olunmuşa yaş həddindən belə aşağı olması ailədə bir sıra problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nigahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. Bəs erkən nigah nədir, onun ortaya çıxardığı problemlər, səbəbləri nələrdir və qarşısının alınması üçün nə kimi addımlar atılır? Bütün bu suallara aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri üzrə şöbə müdiri Gülnarə Məmmədova, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, "Aktual” elmi-sosioloji araşdırmalar mərkəzinin rəhbəri Əbülfəz Süleymanlı və həkim rəyinə müraciət etdik.

Gülnarə Məmmədova: "Erkən nigahların pozulması zamanı qadınlar daha çətin vəziyyətdə qalırlar”

Gülnarə Məmmədova bildirir ki, Azərbaycan qanunvericiliyinə görə, erkən nigah 18 yaşından kiçik oğlanların və 17 yaşından kiçik qızların ailə qurması və birgə yaşamasıdır: "Elə insanlar var ki, onlar el adəti, ana-ata xeyir-duası elə ailə həyatı qururlar, lakin onlar öz nigahlarını rəsmiləşdirmirlər. Bunun da iki səbəbi olur, ya yetkinlik yaşlarına çatmalarına baxmayaraq nigaha o qədər də önəm vermirlər, yaxud da qanuni cəhətdən onların nigahının rəsmiləşdirilməsi üçün yaşları çatmır. İkinci səbəb elə erkən nigah deməkdir. Erkən nigahlarda da hər iki tərəfin yaşının rəsmi nigah üçün uyğun olmamasına və ya kişinin yaşının çox olub, qadının azyaşlı olmasına təsadüf edilir. Gülnarə xanımın sözlərinə görə, əslində, erkən nigahlarda nigah bağlanmadığı üçün pozulmur da. Belə nigahlar qeyri-rəsmi nigahlar siyahısında olur və onların ailəsində dünyaya gələn uşaqların adları da qeyri-rəsmi nigahdan doğulan uşaqlar siyahısının davamıdır: "Əgər kişinin yaşı nigah yaşına daxil, qadının yaşı daxil deyilsə, bir müddət keçdikdən sonra olur ki, qadın da artıq nigahının rəsmiləşdirilməsini istəyir. Bir çox hallarda da onunla qarşılaşırıq ki, kişi artıq nigahını rəsmiləşdirmək istəmir. Çünki onun artıq başqa qadınla rəsmi nigahı olur. Belə olduqda qadın artıq nigahı bağlanmamış onu pozma qərarına gəlir. Bu kimi hallarda da ən çətin vəziyyətdə qalanlar da qadınlar olur”. Müsahibimiz qeyd edir ki, bunun da səbəbi onların nigahı pozulan zaman qadının əlində nə nigahın bağlanması, nə də pozulması haqqında şəhadətnamənin olmamasıdır. Bununla belə, o artıq ərə getmiş qızların sırasına daxil olur. O belə olduqda qadının, ilk növbədə, psixoloji durumu gərginləşir: "Erkən yaşda ailə quran qızların əksəriyyətinin sağlamlığında böyük problemlər yaranır, onların xəstə uşaq dünyaya gətirmək ehtimalı böyük olur, digər tərəfdən psixoloji cəhətdən çox zəif olurlar. Həmçinin, hamıya məlumdur ki, erkən nigah savadsızlığın da artmasına səbəb olur. Çünki erkən nigaha daxil olan qızların əksəriyyəti, demək olar ki, hamısı nəinki ali təhsil, tam orta təhsil belə almırlar”. Bu daha bir problemin təməlini qoyur. Belə ki, gələcəkdə də ali savadlı bir xanım kimi hər hansı bir işə qəbul ola bilmirlər və daha az əmək haqqıyla işləmək məcburiyyətində qalırlar. Bu da ailənin maddi vəziyyətində çətinliklər yaradır.

G. Məmmədova erkən nigahın qarşısının alınmasına yönəldilmiş tədbirlər planından da danışdı. Onun sözlərinə əsasən, komitə yaranandan etibarən mütəmadi olaraq ailənin, qadın və kişilərin, uşaqların səadətinə istiqamətlənmiş müxtəlif layihələr, tədbirlər həyata keçirirlər: ”Bu layihələrin bir qolu kimi də, erkən nigahlarla mübarizə naminə onun yaratdığı fəsadlar haqqqında əhalinin tam maarifləndirilməsi üçün lazımi addımlar atırıq. Əsas məqsədimiz budur. Belə ki, gərək gənclər bu fəsadlar barədə məlumatlı olsunlar ki, sonra böyük problemlər yaşamamaq üçün erkən nigaha daxil olmasınlar. Eyni zamanda, valideyinlər öz övladlarını, qohumlarını erkən nigahdan çəkindirsinlər və buna vadar etməsinlər. Odur ki, biz məktəblərdə müntəzəm şəkildə maarifləndirmə işləri aparırırıq. Biz ötən ildən etibarən rayonlarda yerli İcra Hakimiyyətləri ilə birgə bu barədə işlər görürük. Xüsusilə onu qeyd etmək istəyirəm ki, bu işdə Rayon İcra Hakimiyyətləri bizə çox dəstək olurlar və bərəbər şəkildə əsasən valideynlərin maarifləndirilməsinə istiqamətlənmiş kampaniyalar keçiririk. Biz keçən il Ağdam rayonunun Bakı ərazisində yerləşən məktəblərində bu kimi kampaniyaları təşkil etdik. Xüsusən milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş mühazirələrdə erkən nigah məsələsini də qabartmışıq. Bu məsələdə əsas problemlərdən biri də odur ki, valideynlər öz üzərlərində olan məsuliyyəti lazımi şəkildə dərk etmirlər və daha çox qarşı tərəfi günahlandırmağa çalışırlar. Belə ki, ana-ata qızını ərə verirsə, məsuliyyəti oğlan evinin çiyinlərinə atma meyli olmamalıdır. Problemin həlli ilə bağlı biz, eyni zamanda, biz Milli Məclisə də həm qadın, həm də kişilər üçün evlilik yaşının 18, yəni eyni yaş həddi olması təklifini də irəli sürmüşük, yəqin ki, yaxın zamanda təklifin nəticəsini görmüş olarıq”.

Əbülfəz Süleymanlı: "Hələ ailə həyatı qurmağa hazır olmayan və özü uşaqlıq yaşından çıxmamış qızlar valideynlərinin məcburiyyəti ilə ailə qurmağa sövq olunurlar”

Sosioloq Əbülfəz Süleymanlı isə erkən nigahla bağlı fikirlərini belə ifadə etdi: "Demək olar ki, erkən nigahlar iki cür həyata keçirilir. Valideynlərin istəyi və məcburiyyəti ilə və bilavasitə qızın öz istəyi ilə.Yəni onların həyatında sevdikləri şəxs olur və erkən yaşda onunla  ailə qurmaq qərarına gəlirlər.Bunları da bir-birindən fərqləndirmək lazımdır. Erkən qurulan ailə həyatının bir qismi uğurlu, bir qismi isə uğursuz olur. Birmənalı şəkildə demək olmaz ki, erkən nigahlar uğursuz olur. Lakin son vaxtlar xüsusilə bəzi zonalarda sırf valideynlərin təkidilə qızların erkən yaşda ailə həyatı qurması hallarına rast gəlinir və öz mənfi fəsadlarını daha çox biruzə verir. Çünki hələ ailə həyatı qurmağa hazır olmayan və özü uşaqlıq yaşından çıxmamış qızlar valideynlərinin məcburiyyəti ilə ailə qurmağa sövq olunurlar. Bu da həmin ailədə problemlərin olmasından irəli gəlir və qızlarının da sonrakı həyatında problemlərin yaranmasına səbəb olur”. Əbülfəz bəyin fikirlərinə görə, bu, gələcəkdə dünyaya gələcək uşağın tərbiyəsində də özünü biruzə verir. Çünki azyaşlı ana onun qulluğunda lazımi şəkildə dura, tərbiyəsi ilə məşğul ola bilmir. Ailə sosioloqu, həmçinin, bildirir ki, digər bir məqam sosioloji məqamdır: "Bu, gənc ananın təhsili ilə bağlı olan problemlərdir. Çünki onlar nigaha sövq olunduqdan sonra təhsilləri yarımçıq qalır. Ya orta məktəbi bitirə bilmirlər, ya orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul ola bilmirlər. Bu da müəyyən dərəcədə də olsa, cəmiyyət üçün bir itki hesab olunur. Hər hansı bir qız orta və ya ali məktəbi bitirib işləməsə belə, gələcəyin anası kimi təhsilli olması daha çox arzulanan bir haldır”. Ə. Süleymanlı da məsələnin yaranma və həlli yollarına aydınlıq gətirdi: "Son vaxtlarda daha çox belə bir hal müşahidə olunur ki, Rusiyada və digər ölkələrdə yaşayan oğlanlar ailə qurmaq üçün vətənə gəlirlər və ya özlərinin, ya da ailələrinin istəyi ilə azyaşlı qızlara üstünlük verirlər. Belə olan halda da, onların bir qismi özləri yenidən xarici ölkəyə qayıdır, amma ailə qurduqları qızı özləri ilə aparmırlar. Bir qismi isə aparır, ancaq sonra geri göndərirlər. Bu da bir problemdir. Eyni zamanda, qeyd etdiyim kimi, ən böyük çətinlikləri yaradan həmin qızların ailə həyatı qurmağa hazır olmamaqlarından irəli gəlir. Bu, əslində valideynin onların ailə həyatına hazırlamaması və bununla belə erkən nigaha təhrik etmələrindən doğur. Nəticədə bir neçə mənada peşmançılıqlara gətirib çıxarır. Bu gün mətbuata, statistik göstəricilərə əsasən, bu kimi nigahların uğursuzluqla nəticələnməsi halları daha çox müşahidə olunmaqdadır. Bu da insanları düşünməyə vadar etməlidir ki, bu cür məcburiyyətlər nə dərəcədə doğrudur? Amma bir şeyi də təkrarən vurğulayıram ki, erkən nigahları tamamilə uğursuz adlandırmağımız doğru olmazdı. Bu isə ailə quran tərəflərin ailə həyatına nə dərəcədə hazır olmasından asılıdır. Yəni burda fərdi yanaşma da vacibdir. Elə qızlar var ki, onlar erkən yaşda nigaha daxil olmağa hərtərəfli hazırdırlar. Elə qızlar da var ki, onların özlərinin qulluğa ehtiyacı var, nəinki kiminsə qulluğunda dursunlar”. Müsahibimiz vurğulayır ki, həyat yoldaşı, ana olmaq asan məsələ deyil. Bütün bunlara hazır olmamaq özlüyündə başqa fəsadlara gətirib çıxarır. Ən əsası, boşanmalara və gənc yaşda dul qalmalarına səbəb olur: " Boşanmış bir qadının vəziyyəti daha da problematik bir hal alır, əgər uşaq da dünyaya gəlibsə problem daha da böyüyür. Yaxşı olardı ki, ailə həyatına tam hazır olduqdan sonra nigaha daxil olsunlar. Həmçinin, təhsil çox vacib amildir. Ən azından orta məktəbi tam olaraq bitirmiş bir xanımla, ibtidai təhsilli bir xanımın ailəsində çox böyük fərqlər olur. Bu qarşılıqlı münasibətdə, övlad yetişdirməkdə özünü çox aydın biruzə verir. Təhsil həm fiziki, həm psixoloji, həm də sosioloji cəhətdən təsiredici amil kimi qiymətləndirilməlidir”. Sosioloq bu sahədə problemlərin qarşısını almaq üçün nə kimi tədbirlər görüldüyündən də bəhs etdi. O qeyd edir ki, hazırda bununla bağlı maarifləndirmə, təbliğat aparılır: "Bunlar xüsusilə valideynlərə ünvanlanmış təbliğatlardır. Belə ki, onlar öz övladlarını erkən nigaha sövq etməkdən çəkinsinlər. Belə problemin kökündə, eyni zamanda, ənənəvi davranış modelləri dayanır. Bu daha çox ucqar rayon və kəndlərdə özünü biruzə verir. Onlar hələ də ənənəvi stereotiplərdən uzaqlaşa bilmirlər, elə hesab edirlər ki, qız artıq müəyyən yaş dövrünə çatan kimi əvvəlki dövrlərdəki tək mütləq ərə verilməlidir. Lakin indiki dövr tam fərqlidir, istər insanların münasibətləri, ailə həyatına hazır olmaları, istərsə də Kütləvi İnformasiya Vasitələrinin insanlar üzərindəki təsiri baxımından. Amma bu kimi ailələr müasir dövrlə ayaqlaşa bilmir və qızlarını erkən yaşda ailə qurmağa məcbur edirlər. Demək olar ki, onlar ənənəvi düşüncə tərzindən çıxış edərək bu kimi addımlar atırlar”. Onun sözlərinə görə, bu problemin kökündə  iqtisadi amil də dayanır: "Belə ki, ailəsində uşaqların sayı çox olur və belə hesab edirlər ki, qızlarını tez ərə verərək, iqtisadi yükü azaltmış olurlar. Ancaq sonrakı fəsadlarını düşünmürlər, yəni ailə həyatının dağılmağı, onun geri qayıtması, üstəlik də çox vaxt dünyaya gətirdiyi övladla birlikdə”.

Tibbi cəhətdən də 18 yaşına çatmamış qızlar ana olmaq iqtidarında deyillər.

Həkimlərin fikrinə görə, erkən nigaha daxilən qızların sağlamlıq problemləri daha çox olur. Erkən yaşda ana olmaq həm onların öz səhhətində fəsadlar ortaya çıxarır, həm də xəstə, müxtəlif çatışmazlıqları olan uşaqların dünyaya gəlməsinə səbəb olur.

Bütün bu fəsadların olmasına baxmayaraq, erkən nigah halları artmaqdadır. Rəsmi nigah hesab olunmadığı üçün dəqiq statistika olmasa da, artıq Azərbaycanda 3000-dən nox erkən nigaha daxil olan ailələr mövcuddur.


Şərhlər: 16
Baxılıb: 1110
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Denizimm
erken nigaha qarwiyam
12 avqust 2015 21:11
# 16

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
sadecə mən
Erkən nigaha çox qarşıyam.Hər şeyin öz vaxtı var.Tez-gec onsuzda evlənəcəksiz.Ən yaxşısı subaylığın ləzətini bilib evlənməkdi.
11 avqust 2015 21:48
# 15
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Menim balam
men 16 yaşımda aile qurmuşam.
11 avqust 2015 18:42
# 14
Catwoman666
Erkən nigahın qəti əleyhinə olanlardan biri də mənəm! Qızlarımızın erkən yaşda təhsil almamış evləndirilməsinə qarşıyam! Hər zaman qadın hüquqlarını qorumaq istəmişəm. Bəlkə də gələcəkdə mümkün olar bu.

...666...
11 avqust 2015 16:41
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
EsmaNur
yazilanlar dogrudur erken nigahin cetinlikleri var
11 avqust 2015 02:13
# 12
ALESSANDRA
erken nigaha qarsiyam
qiz ucun esas tehsildi
ideal evlenmey yasi mencun 22-di
10 avqust 2015 19:02
# 11
Don't trust anyone ∆
WiRiN BaLaM
Hmmm ))) Mədə pis baxıram tez ailə quranlara özümdə 17 yaşımda ailə qurmuşam valideyinlərin istəyi ilə )) İndi bəzi qızlarımız həvəs edir ailə qurmağa ama evləndikdən sonra anlayacaqlar ailənin məsuliyyətini)) evləndikdən sonra ərdə qaynanada və s. çox dəyişir nişanlı vaxtı başqa insan evləndikddən sonra isə tam başqa insan olurlar ))
Allah hər bir ailəni qorusun...
10 avqust 2015 19:02
# 10
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
talis balasi
Her seyin vaxd zamani var.eyer her sey vaxdinda olsa her sey yaxsi olar.mende erken nigaha yaxsi baxmiram ozum 18yasimda aile qurmusam elede usaq kimiyem 15yasinda evlenenleri gorurem tuklerim irpesir.
10 avqust 2015 16:28
# 9
Dosta_inam
Tez evlenmeye mende pis baxiram, bizde qonsuda 14-yasinda qiz evlendi 15-yasinda usagi oldu, hec usaq zad nedi bilmirdi, ozu hele usaq idi cunki.
10 avqust 2015 15:57
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Milawka18
xanim nece yawinizda aile qurmusunuz??? menimde bir qohmum vardi 15yawinnda aile qurmuwdu indi bir oglu olub qizin 20yawi var hal hazirda cox wukur uwaqi saglamdi gec olsada
10 avqust 2015 15:54
# 7
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
VIP
Mən də erkən ailə həyatı qurmuşam.Pis baxıram belə hala o baxımdan ki,uşaglıg həyatını tamamlaya bilmirsən.Mən gəlin köcəndə yoldaşımın bacıları kuklaynan oynayırdı,mən onlarnan oturub kuklaya paltar tikirdim.Pilləkənlərdə tullana tullana düşürdüm uşaglıg edirdim.Amma uşaglarım cox şükür saglamdırlar.
10 avqust 2015 15:49
# 6
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Milawka18
erken yawda aile quran qizlarmiza cox pis baxiram,, Azerbaycanda ona gorede erken nigaha gore bowanmalarin sayi getdikce coxalir, eziz qizlarmiz erken yawda aile qurub heyatinizi qaraltmayin, normal yaw 20 25 baxiram,
10 avqust 2015 14:14
# 5
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
Meleknur
Sitat: Nergız33
Mende tez aile qurmuşam( valideynlerimin isdeyi ile) hec de yaxşı şey deyil indi 33 yaşım var 18 illiy evliliyim var heyatdan bezmişem sanki qocalmışam . Bir tek uşaqlarıma baxıb evliliyime sevinirem .

15 yawivizda evlenmisiz? °_° aaa

erken evliliyler cox olur en coxda rayon ve kendlerde falan bizde qonwuda kecen il 2 toy olmuwdu 2 gelin gelmiwdi 2 sininde 17 yawi var biri hamiledi deyelim tez aile qurubsada tez ana olmagi men duzgun saymiram hec 20-25 yawlarinda aile quranlarda da ele de yaxwi baxmiram evlenen kimi tez uwaq dunayaya getirmeyi mence erken de normalda yawda aile quranlar ne vaxt ozlerini ana olmag mesuliyyetini dawimaga hazirdirsa onda ana olmalidir qaynana qinaqiyla yox
10 avqust 2015 12:55
# 4
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Nergız33
Mende tez aile qurmuşam( valideynlerimin isdeyi ile) hec de yaxşı şey deyil indi 33 yaşım var 18 illiy evliliyim var heyatdan bezmişem sanki qocalmışam . Bir tek uşaqlarıma baxıb evliliyime sevinirem .
10 avqust 2015 12:42
# 3
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
vipbetul
erken nigah olduqda yayqin tez bezegeyler onlar anlamirlar nigah nedi bunun mesuliyyeti nedi ele ilk hevesle aile qururlar sonradan cetinliklerini gorub qorxurlar geri cekilirler qalmaqallar gunahlandirmalar aileden bir-birlerinden bezme krizisleri bashliyir ona gorede gerek her kes vaxtinda mesuliyyeti derk etdiyi ailenin ne olduqunu bildiyi vaxtda aile qursin
10 avqust 2015 12:34
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Erken nigah bir sira problemler yaradir. Xanimin yasi az olduqda onnan dunyaya gelen korpede saglam olmur. Erken nigaha qarsiyam. En azi 20 yasinnan sonra evlenmek olar
10 avqust 2015 10:38
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz