Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yoldaşınızın gözündə sevgilisisiniz, yoxsa anası?
Yoldaşınızın gözündə sevgilisisiniz, yoxsa anası?
Göndərən: Nazlı_qız
Şərhlər: 13
Baxılıb: 1310
Səs ver:
Evlilik həyatı enişli-yoxuşlu bir macəra olduğu hər kəs tərəfindən bilinən bir həqiqətdir. Həyat yoldaşların bir-birlərinə hiss etdikləri sevgi, şəfqət və nəvaziş hissinin daim olması üçün qadınların yoldaşlarına göstərdiyi sevgi dilini doğru seçmələri lazımdır. Qadının ərinə qarşı həddindən artıq qoruyucu olması, ya da ona istədiyini etdirmək üçün hökm etməsi, yoldaşına uşağı kimi davranması əlaqəni zədələyir.

Yoldaşınızın anası olmayın.
Qadınlar instinktiv olaraq analıq duyğularını uşaqlıq dövründə hiss etməyə başlayır. Ictimai həyatlarında hər kəsin köməyinə qaçar, mehriban və fədakardırlar. Bəzi qadınlar isə evlənib ana olduqdan sonra kişinin həyat yoldaşı olmaq yerinə onunla anası kimi davranırlar. Kişilər isə bir müddət sonra həyat yoldaşının eynilə anası kimi qoruyucu, müşahidəçi və şəfqətli olmasından bəzən də ona hökm edə bilmək üçün sərt bir üslubla, ya da kiçik hesab edici bir səs tonuyla çıxışından bezir. Təbii ki, bu sağlam bir vəziyyət deyil. Kişi artıq yoldaşına baxdığında yuxu kimi başlayan evliliyin, eşq dolu sözlərin, romantizmin bitmiş olduğunu görür. Bunun nəticəsində kişi yoldaşını ilk zamanlarda sevdiyi qadını olaraq deyil, anası olaraq görməyə başlayır. Buna görə də evliliyində axtardığı eşqi və sevgini tapa bilməyən kişi başqa qadınlara üz tuta bilər.

Qadın unutmamalıdır ki, yoldaşının onsuz da bir anası olduğu həqiqətidir. Yoldaşınızın sizə olan eşqinin bitməsini istəmirsinizsə, evliliyinizi yaxşı qidalandırmaq lazımdır. Evlilikdə yoldaşınıza qarşı olan sevginizi, ya da xoşlamadığınız  hərəkətlərini təbii ki, dilə gətirməlisiniz. Amma bunu deyərkən də anası kimi deyil, onun xanımı kimi deməlisiniz.

Bəs necə davranmalı?
Uzun ömürlü və sevgi dolu bir evliliyin açarı doğru ünsiyyətdir. Yoldaşınızın sevilməyə ehtiyacı olduğunu əsla unutmayın. Danışarkən bir ananın uşağıyla danışar kimi əmr, mühakimə, hesab soruşan kimi söz və rəftarlardan qaçının.

Ünsiyyət qurarkən qaş-qabaqlı deyil, gülər üzlü olun. Yoldaşınıza sevgi ilə yaxınlaşın, amma şişirtməyin. Ünsiyyəti gücləndirən bir digər yollardan biri təşəkkür sözləridir. Təşəkkür sözləri sevgini qidalandırar.

Yoldaşınıza onun da eşitməkdən razı qalacağı gözəl sözlərlə xitab edin. (məsələn: canım, eşqim, sevgilim , həyatım, ürəyim, nəfəsim və s.)


Şərhlər: 13
Baxılıb: 1310
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Suala baxda .hec kes ananin yerini evez ede bilmez.her kesinde oz yeri var sevgili ayri ana ayri .
21 iyul 2015 21:32
# 13
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Canavar sevgisi
Sitat: pipiş
Mən onun gözündə indi bir mələk
o mənim gözümdə qəhrəman kimi..
hələki eşq ilə döyünür ürək,
ən gözəl bir andır ömrün bu dəmi..

Az qalıb, bəlkə də hər şey bitecek
Ya da ki daha da artacaq sevgim.
Az qalıb subaylıq sona yetecek
Sonrası naməlum kim bilər ki, kim?

Qayğıkeşliyimdən zövq ala bilsə,
Bilər ki mən necə ana olacam.
Xoşbəxt olsa daim gözləri gülsə
Qonaq yox yaninda daim qalacam..

Müəllif: özüm mövzunuza həsr etdim..

Super weirdi beyendim
21 iyul 2015 01:19
# 12
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
roksi1995
menim yoldasim onnan yuksek tonnan danismaqdan hec xoslanmaz canim deyende ise o xeyr olsun ne isteyirsen deyir
20 iyul 2015 22:03
# 11
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
VIP
Baxır yoldaşa hər zamanda canım cicim demək olmuraxı adam var romantikdi belə sözləri xoşlayır adam da varki kobud olur hec qadınına üz vermir
20 iyul 2015 20:32
# 10
Başımın üstündə Allah,yanımda ailəm olsun.
EsmaNur
emel etmek lazimdi bos bos oxumaqdan bir wey cixmaz
20 iyul 2015 20:31
# 9
aLoNe AnGeL
sevgilim canim cicim falan filan bu sozleri esidende hirslenirem nese
20 iyul 2015 19:58
# 8
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Dosta_inam
Tesekkur meslehet ucun, kisini ezizleyendede fazlasin isteyir de, her sey gozeldir normasinda.
20 iyul 2015 19:41
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
sevgilisi olanlar oxusun,esasen deyirlerki oqlanlar analarini gormek isdeyirler sevgililerinde
20 iyul 2015 12:37
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Hec xowum gelmir canim,sevgilim,ureyim bele sozlerden cunki artiq bu sozler sablon sozler olub
20 iyul 2015 12:07
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Kisiler her zaman anasina benzeyen qadinlari sever. Gerek kisinin cox ustune getmeyesen bos buraxmaq lazimdir
20 iyul 2015 11:27
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
pipiş
Mən onun gözündə indi bir mələk
o mənim gözümdə qəhrəman kimi..
hələki eşq ilə döyünür ürək,
ən gözəl bir andır ömrün bu dəmi..

Az qalıb, bəlkə də hər şey bitecek
Ya da ki daha da artacaq sevgim.
Az qalıb subaylıq sona yetecek
Sonrası naməlum kim bilər ki, kim?

Qayğıkeşliyimdən zövq ala bilsə,
Bilər ki mən necə ana olacam.
Xoşbəxt olsa daim gözləri gülsə
Qonaq yox yaninda daim qalacam..

Müəllif: özüm mövzunuza həsr etdim..
20 iyul 2015 11:15
# 3
WiRiN BaLaM
Kişilər ən çox özlərindən böyük qadınları sevirlər.., anaları yerinədə qoyurlar kişilər bunu isdəyirsə qadınlar nə etsin,hər şey kişidən asılıdır.
20 iyul 2015 11:02
# 2
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
yarpaq33
Oxudum cox maraqlidi ama bir weyle razi deyilem cunki her ana ogluna nevaziw gostermir arayib sormur menim qaynanam meselen hec vaxt ogluyla maraqlanmir kurekeni qeder bu da yoldawima cox pis tesir edir oda anasinin onunla maraqlaaga ehtiyaci oldugu anlamina gelir
20 iyul 2015 10:44
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz