Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilik təklifi gözləyənlər üçün məsləhətlər
Evlilik təklifi gözləyənlər üçün məsləhətlər
Göndərən: Nazlı_qız
Şərhlər: 6
Baxılıb: 568
Səs ver:
Evlilik xəyallarını qurduğunuz sevgiliniz hələ evlilik təklifi etmirmi?
O zaman iş sizə düşür .
Dəlicəsinə aşiqsiniz, üstəlik evlilik xəyalları da qurursunuz? Evlilik istiqamətində irəliləyirsiniz amma hələ çox istədiyiniz o təklifi ala bilmirsiniz? Səbir də bir yerə qədər!
Sevgilinizə tez bir zamanda evlilik təklifi etdirmək üçün nə edə bilərsiniz?
Əvvəlcə bunun üçün sevgilinizə əsla təzyiq etməyin və yalvarmayın!
İnanın, tərsinə bir təsir edər və sevgilinizi əlinizdən qaçırda bilərsiniz. Bu təklifin yolunu ağıllı üsullarla, hiss etdirmədən açmalısınız.

1."Nə qədər gözəl bir toy" deyilmi sevgilim?
Edilən araşdırmalar, kişilərin ən böyük qorxularından birinin evlənmək olduğunu sübut etmişdir.Nə qədər aşiq olsalar belə, kişilər bu məsuliyyətdən ümumiyyətlə qaçmağı seçirlər.Onun qorxularını və narahatlıqlarını yox etməyə çalışın. Ona evlənmək istədiyinizi yumuşaq bir şəkildə hiss etdirin. Məsələn, birlikdə romantik bir film izləyərkən, ona xəyalınızdakı evlilikdən və ya toydan bəhs edə bilərsiniz.

2. Özünüzə yoldaş tapın
Sevgilinizin yoldaşları tərəfindən sevilmək qədər gözəl bir şey ola bilməz. Çünki onlar, sevgilinizə sizdən daha yaxşı bir qadın tapa bilməyəcəyini söyləyəcək olan kəslərdir. Onun yoldaşlarını bir şam axşamı üçün öz evinizə dəvət edin və onları gözəl bir şəkildə qarşılayın. Həm də sevgilinizə dostları ilə görüşməsi və çölə çıxmasını arada özünüz təklif edin. Bu qədər dözümlü olan bir qadın hər kəsə təsir edər, təbii ən yaxın dostlarına da!

3.Sən mənim qəhrəmanımsan!
Hər kişinin içində qadınları qurtarma və qoruma instinkti vardır. Onun içindəki qəhrəmanı oyadın. Bəzi işlərinizdə özündən kömək istəyin və sonrasında təriflər yağdırın. Mətbəxdə onun görəcəyi işlər yaradın. Hətta işiniz olmasa belə ona qəhrəman olmaq üçün fürsət yaradın. Kişilər tərifləndiyi zaman huşunu itirir! Sizin qəhrəmanınız olmaq onları cəsarətləndirəcək. Ona tez-tez həyatınızdakı ən gözəl, ən qiymətli insan olduğunu söyləyin.

4.Mükəmməl bir qrup olacaqsınız
Kişilər həyatlarının sonuna qədər ayaqlı bank olmaq istəməzlər. Bu səbəblə sizin onu "qızıl yumurtlayan toyuq" olaraq görmədiyinizi bilməyi lazımdır. Ona evliliyiniz boyunca sizin də bir şeylərin ucundan tutmaq istədiyinizi bildirin. Belə ki: Siz də pul qazanmağa, ona işində kömək etməyə və ya uşaqları böyütməyə hazırsınız. Ona, sizin onu hər şəkildə dəstəkləyəcəyinizi və birlikdə yıxılmaz bir qrup olacağınızı izah edin. Nəticədə onu sevdiyiniz üçün evlənirsiniz, maddi ehtirasınızdan ötəri deyil.

5.Sərt olun!
Evlilik mövzusu gündəmə gəldiyi vaxt, hər şeyə baxmayaraq hələ kar kimi davranırsa bu səfər sərt olun. Evlilikdən qorxan sevgilinizə bunları söyləyin: Mənə evlənmə təklifi etmək üçün 3 ayın var, sonra mən olmayacağam! Əgər xoşluqla etdikləriniz işə yaramırsa, bir də bu üsulu təcrübədən keçirdin. Son mərhələdə itirəcək nəyiniz var ki! Ayrıca bir çox evli insanlar bu üsulun işə yaradığını söyləyirlər. Buna baxmayaraq sevgiliniz hələ istəmirsə, qarşınızdakı adamın evlənmək istəmədiyini anlayın və özünüzə yeni bir sevgili tapın...


Şərhlər: 6
Baxılıb: 568
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Evlilik təklifi gözləyən vaxtım deyil) yarıca evlilik təklifi olsa da olmasa da umrumda deyil 26

...666...


yarıca - ayrıca*
30 iyul 2015 13:50
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
EsmaNur
baxirda kime bele münasibet gösterirsen ele adam varki oma söz catmir

baxirda kime bele münasibet gösterirsen ele adam varki oma söz catmir
29 iyul 2015 19:28
# 5
vipbetul
bu qeder artisdiydense ayrilinda neye yalvarirsis axi

bu qeder artisdiydense ayrilinda neye yalvarirsis axi
27 iyul 2015 19:51
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
WiRiN BaLaM
MƏNCƏ BURDA YAZILANLAR Azəri kişiləri üçün deyil bir işə yaramaz, kişinin ağlında evlilik varsa belə şeylərə ehtiyac yoxdur .
27 iyul 2015 14:39
# 3
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Dosta_inam
Maraqli meslehetdir, Allah her bir xanima istediyi insandan istediyi evlilik teklifini almagi nesib etsin, Amin. urek toy dua.
27 iyul 2015 13:29
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Evlilik teklifi gozleyenlerden deyilem. Esas heyatda xosbext olmaqdir bunu evlenmedende bacarmaq olar
27 iyul 2015 10:37
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz