Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt evliliyin qızıl qaydaları
Xoşbəxt evliliyin qızıl qaydaları
Göndərən: Nazlı_qız
Şərhlər: 10
Baxılıb: 910
Səs ver:
Evlilikdə sevginizi öldürmədən, evlilikdə yaşana biləcək bir çox problemin həll yollarını kəşf edib, uzun və xoşbəxt bir evlilik yaşaya bilərsiniz.

Xoşbəxt evliliyin sirləri bunlardır.

Evlilik piramidasında tabe olun:
Uşaq olmamış bir ailədə piramidanın təpəsində cütlər vardır. Bir alt pillədə yəni ikinci sırada cütün ailəsi yer alır. Üçüncü sırada isə cütün dostları yer tutur. Uşaq olunca cütlər ikinci sıraya keçər. Uşaq piramidanın təpəsində yer alar. Cütün ailəsi üçüncü sıraya, cütün yoldaşları və dostları isə dördüncü sıraya enər. Çünki evlilik iki ayrı həyatın tək bir həyat oluşudur və hər kəs yerini bilməlidir.

Əmr cümləsi istifadə etməyin:
Qətiyyən  əmr cümləsi istifadə etməyin. İstifadə edilən hər əmr cümləsi həyat yoldaşınızın şüuraltı qorxularına, narahatlıqlarına, qayğılarının təkrar yaşamasına səbəb ola bilər.

Mühakimə və günahlandırıcı olmayın:
Düşüncəsiz davranışlar, ya da incidici sözlər əlaqənizi sarsıda bilər. Qətiyyən mühakimə etməyin və günahlandırıcı olmayın, amma lazım olsa əvvəl özünüzü, sonra yoldaşınızı mühakimə edin. Sual verin, amma sorğuya çəkməyin. Yoldaşınız əsəbiykən siz sakit olun. Bir problemlə qarşılaşsanız, biriniz od, digəriniz su olun, kimin günahkar olduğunu tapmağa çalışmaq yerinə yalnız problemin həlli yoluna sıxlaşın və danışın. Unutmayın, hər insana nə qədər yumşaq və sevgi dolu davranılırsa davranılsın, ittihamdan xoşlanmaz, tənqid olunmaqdan narahat olar. Buna  görə etdiyi işi tam olaraq sizin istədiyiniz kimi etməsə də, anlayış göstərin və müvəffəqiyyətsizliyini üzünə vurmayın. Nümunə olaraq; danışma tərzinizi dəyişin və "yemək dadsız olub, yaxşı bir aşbaz deyilsən" demək yerinə "yeməyə qoyduğun ədviyyatlar yeməyin dadını dəyişdirib sanki, ləzzəti qalıb amma" deyin.

Rolları paylaşın.
Evlilikdə rolların paylaşımı ilə nəzərdə tutduğumuz, evlilik daxilində kimin üzərinə nə kimi vəzifələrin düşdüyü məsələsidir. İqtisadi məsələlərdə kimin sözü keçəcək, ev işlərini kim nə qədər boynuna götürəcək, hansı mövzularda necə qərar veriləcək, uşaq baxımı, yetişdirmə və tərbiyəsi kimin məsuliyyətində olacaq və s. Ənənəvi bir əlaqədə, qadın ilk olaraq evlə və uşaqlarla əlaqədar işləri icra etməyə cavabdehdir, kişinin karyeri ümumiyyətlə qadınınkından daha vacıbdir və qərar alma da ümumiyyətlə kişiyə aid bir məsuliyyətdir. Bərabərlikdə müasir bir əlaqədə isə; kişi və qadın, ev, uşaq baxımı və qərar alma məsuliyyətlərini paylaşırlar. Bu paylaşma əsnasında da özlərinə görə bir rol və vəzifə bölgüsü mənimsəyirlər. Bəzi vəziyyətlərdə isə yoldaşlar arasında rol bölgüsü mövzusunda yanaşma fərqliliyi olduğunu görərik. Bu fərq, yoldaşların xoşbəxt və ya bədbəxt olmasını müəyyən edir. Xoşbəxt bir evlilikdə rolların paylaşımı çox əhəmiyyətlidir. Ancaq arada bir kiçik nömrələr edərək rol bölünmsəində dəyişikliklər edə bilərsiniz. Bu sizin xeyrinizə ola bilər. Hər evlilikdə rolunuzun bir qaydası vardır, buna görə yoldaşınızın qaydalarını anlayıb, bu vəziyyəti lehinizə çevirməyə çalışın. Sosial və ailə daxili rollar cəhətdən baxıldığında qadınların hələ də qulluq edən rollarında olduqlarından, ailə üzvləri arasında və ətrafla nizamlı və mənalı bağların yaradılmasında əhəmiyyətli rolları vardır. Bu vəziyyət qadınların ailənin yaxşılıq halı və bütövlüyü üçün daha çox fədakarlıqda olmaları mənasını gəlir.

Qarşılıqlı anlayışa əhəmiyyət verin:
 Yalnız danışmaq yerinə ünsiyyət qurmağı öyrənin. Qaçmaq və ya imtina yerinə ünsiyyət qurmaq üçün səy göstərin. Sirlərinizi deyin. Həyat yoldaşınız, ananız və ya əriniz də atanız kimi olmaq məcburiyyətində deyil. Uşaqların tərbiyəsində  ortaq qərar vermə, iqtisadi mövzularda razılaşma, boş zamanların birlikdə keçirilməsi və cinsəllik mövzularında tez-tez duyğu və düşüncə mübadiləsi edin. Yoldaşınızla onu incitmədən öz vəziyyətinizdən və hiss etdiklərinizi qısaca danışmaqdan qorxmayın. Bu sayədə quracağınız ünsiyyət ilə xoşlamadığınız vəziyyətləri və problemlərinizi anlamasına köməkçi ola bilərsiniz. Nəyə tez əsbləşdiyini bilin və qətiyyən o halın təsiri altına düşməyin. Müzakirələrdə quruluşçu olmağa çalışın və çox israrçı olmayın.

Müqayisə etməyin.
Yoldaşınızı başqalarının həyat yoldaşları ilə qətiyyən müqayisə etməyin. Bu ciddi bir müzakirə və bədbəxtlik səbəbi ola bilər. Müqayisə etmə vəziyyətində həyat yoldaşınız özünü yalnız hiss edər, anlaşılmamaq hissi o andakı ruh halına bağlı olaraq əsəbiliyə və küskünlüyə  də yol aça bilər. İnsanlar yaradılışdan gələn xüsusiyyətlərlə, yetişmə şərtləri kimi bir çox istiqamətdən fərqliliklərə malikdirlər. Bu səbəblə hər insan bənzərsizdir, özünə xasdır. Müvəffəqiyyət, yaraşıqlılıq, yoldaşa kömək, sürətli və mehriban olmaq kimi bir çox xüsusiyyət müqayisə səbəbi ola bilər. Xüsusilə cinsi mövzularda müqayisə isə yoldaşın ruh dünyasında daha dərin yaralar aça bilər və daha böyük komplekslərə zəmin təşkil edə bilər. Bu səbəblə müqayisə etməyin, yalnız tərif edin.

Sevgi, hörmət və inam bağını qurun:
Bir-birinizin məhrəmliyinə hörmət göstərin. Dünyanı yoldaşınızın baxımından görməyiniz şərt deyil, yalnız hörmət göstərin. Yalan xoşbəxt bir evliliyin ən pis düşmənidir. Heç vaxt yalan danışmayın, başqalarının yanında mübahisə yarada biləcək mövzulara qətiyyən girməyin. Bu vəziyyət var olan sevgi, hörmət və inam  bağını sarsıda bilər.

Eqosuna laqeyd yanaşmayın:
Evlilikdə hər şey yolunda gedərkən bəyənilmək və cazibədar görünmək çox əhəmiyyətli olmaya bilər. Amma problemlər çıxmağa başladığında eqonun təmin edilmiş olması problemlərin həllinə kömək edə bilər. Hər kəs özünə aşiq olunmasından, gözəl sözlər eşitməsindən xoşlanar.

Cinsi həyatınızı rəngləndirin:
Bir-birinizlə yeni cinsi mövzularda açıq olun, danışmaqdan qorxmayın, utanmayın. Tez-tez bir-birinizə toxunun, öpüşün, əl-ələ tutuşun hətta uzaqdan baxışaraq eşqbazlıq edin. Cinsiliyi əsla cəza olaraq tətbiq etməyin. Yataq otağınızı ayırmayın. Daima şən, baxımlı, müsbət görünün. Yatağa heç bir zaman küsülü girməyin.


Şərhlər: 10
Baxılıb: 910
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
xosbext evlilik ucun bu qaydalar şertdir!
16 iyul 2015 19:22
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nergız33
Evliliyde her şey qarşılıqlıdı
14 iyul 2015 06:57
# 9
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
aliceWOnDer
Evlilikde sevgiden evvel hormet olmalidir..
13 iyul 2015 16:25
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Mrs.Pianist
Mence evlilikde,hormet,sevgi olmalidir,qururunu sevgine gore qirmaqi bacarmalisan.Tesekkur
13 iyul 2015 15:46
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
vipbetul
hormet etmek bir-birini dinlemeyi bagarmaq bir-birine inanmaq yani bu tip seyler olarsa o evlilk uqurlu alinar
13 iyul 2015 15:15
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dj_Vampir
sevgi VE ALLAH'IN KOMEYI OLAN YERDE XOWBEXTLIKDE OLAR
13 iyul 2015 12:37
# 5
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
xeyalperest
Xoşbext evliliyin esas amili Allah rizasi ucun evlenmekdi
13 iyul 2015 12:33
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
yarpaq33
Esas odu ki kin saxlamayasan dalawsanda tez bariwasan her iki tetefe aiddi
13 iyul 2015 12:16
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Dosta_inam
Sevgi hormet mehibanliq olan evde xosbext yasamaq olar hardasa.
13 iyul 2015 12:03
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Esas onemli olan hec vaxt kusulu qalmayin her zaman sen mehriban olun. Her zaman bir birinize hormet edin
13 iyul 2015 11:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz