Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilikdə yaşın fərqi varmı?
Evlilikdə yaşın fərqi varmı?
Göndərən: Nazlı_qız
Şərhlər: 22
Baxılıb: 1282
Səs ver:
Sevgi Yer üzündəki ən gözəl hiss olmaqla yanaşı, həm də ən qeyri-adi hissdir, onun nə vaxt, necə gələcəyi və nələrə səbəb olacağı heç kimə bəlli deyil. "Sevginin gözü kordur” ifadəsini hamımız eşitmişik və bir çox hallarda həqiqətən də belə olduğunun şahidi olmuşuq. Həqiqətən də gözü kor olan sevgililərdir ki, aralarındakı on, iyirmi, hətta otuz yaş fərqi belə onları ailə qurmaqdan çəkindirmir. Yaş fərqi olan cütlüklərə nəinki məşhurlar arasında, o cümlədən sadə insanlar arasında da rast gəlinir. Burada əlbəttə ki, qadının kişidən və ya kişinin qadından böyük olması vəziyyəti bir qədər dəyişdirir. Çünki adətən, kişilərin qadından neçə yaş böyük olması elə bir təəccüb yaratmır, bu, norma kimi qəbul edilir, lakin qadın kişidən yaşca böyük olduqda o, qınaq obyektinə çevrilir. Bir sözlə, belə sevgi yaşayan cütlüklər ailələrinin, cəmiyyətin onları normal qəbul etməyəcəyini və münasibətlərində gələcəkdə yaşana biləcək problemləri nəzərə almalıdırlar.

Araşdırmalar göstərir ki, qadınlar özlərindən yaşda böyük olan kişilərə onları güclü hesab etdiklərindən maraq göstərirlər. Çünki yaşı az olmayan kişi artıq həm maddi, həm də mənəvi daha çox irəliləmiş biridir və bu xüsusiyyətlər qadının ona daha çox inanması və etibar etməsinə səbəb olur. Lakin müəyyən vaxtdan sonra qadın hələ gələcək həyatı üçün planlar qurarkən, kişi üçün artıq çox şey geridə qalır, həmçinin yaş fərqi intim münasibətlərə də mənfi təsirini göstərir. Qadınlar yaşca böyük olan evliliklərdə də demək olar ki, gələcəkdə eyni
tipli problemlər yaşanma ehtimalı çox böyükdür.

Psixoloqların fikrinə görə, evlilkdə insanların bioloji yaşı deyil, onların fikirləri, xarakterin formalaşması, həyata baxış tərzi, təhsil, hansı ailələrdə böyüməsi onların birlikdə yaşaması üçün daha vacib amillərdən biridir. Kişi və qadın eyni yaşda ola bilərlər, lakin onlardan birinin daha formalaşmış xarakterə malik olub, digərinin isə uşaq xarakterli olması münasibətlərin korlanmasına gətirib çıxarır. Ona görə də evlilikdə mütləq məhz filan qədər yaş fərqi olmalıdır deyə bir şey demək çətindir.

Lakin belə fikir var ki, kişilərin bir neçə yaş böyük olması daha məqsədə uyğundur, belə ki, bioloji xüsusiyyətlərinə görə, kişilər ailə başçısı, qoruyucu rolunda olacağı üçün, qadınlar isə yanında güclü kişi və sığına biləcək birinə üstünlük verdiklərindən belə evliliklər daha möhkəm olur. Bizim cəmiyyətdə də belə evliliklərə daha çox rast gəlinir.

Hər yaş dövrünün öz ehtiyacları olduğundan kişinin 3-5 yaş xanımından böyük olması yaşlandıqca hər ikisinin ehtiyaclarının uyğun olması və müvafiq olaraq daha az konfliklərin olmasına səbəb olur.

Evlilikdə ən vacib hər iki tərəfin ortaq cəhətlərinin daha çox olmasıdır, özünüzə tam uyğun birini axtarmaq böyük səhvdir, çünki hər kəsin fərdi xüsusiyyətləri vardır. Tamamilə sizə uyğun birini axtarmaqla siz tək qala bilərsiniz. Qarşınızdakının fərqli xüsusiyyətlərinin olması normaldır və bunu belə də qəbul etmək lazımdır, o da sizi olduğunuz kimi qəbul etdikdən sonra evliliyiniz daha möhkəm olacaqdır.


Şərhlər: 22
Baxılıb: 1282
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
kisi qadindan boyuk olmalidir ne olursa olsun eks teqdirde sonradan bunun fesadlari ortaya cixagey,hokmen kisi qadindan boyuk olmalidi qizlarda axi nege ozlerinden usaq oqlanlara basqa gozle baxa bilirler bunu anlamiram
8 iyul 2015 16:51
# 22
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
WiRiN BaLaM
yoldaşım məndən 8 yaş böyükdü ama elədə yola getmirik.. 1 2 yaş ferq olsa yaxsıdı biri birinide başa düşərsən yaş fərqi az olanda ....ama xasiyyetdende çox şey asılıdı .
8 iyul 2015 00:54
# 21
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Luna-90
ELBETDEKI VAR.Kisi qadindan 3-6 yas arasi boyuk olmalidi .10-15yas yox .her seyin heddi hududu var .her sey deyerinde .

Bizim aramizda 6yas ferqi var .onun 30 menim 24 .cox gozelde tuturuq .ne menle eyni yasda olmagini nede menden 10-15yas boyuk olmagini istemezdim.
7 iyul 2015 12:10
# 20
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Happy
Yoldashimla menim aramda 7 il ferq var.
7 iyul 2015 10:21
# 19
Niquw Abdulayeva
Nece deyerler kisi xanimdan boyuk olmalidi. Amma cox boyuk de olmasin. 5, 8, 10 yas yaxsidi. Allah menede gozel aile qismet etsin Amin
7 iyul 2015 03:50
# 18
Nergizz
menim yoldawimda menden 10 yaw boyukdu,,boyuk olanda yaxwidi,,adami uwaq kimi ezizliyr,,hemyaw olanda helem helem yola getmirler,..twkurler,,
6 iyul 2015 23:19
# 17
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Catwoman666
sevgide yas ferqi yoxdur amma evlilikde yas ferqi var!
6 iyul 2015 22:18
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
Marta
Yoldasim menden 17 yas boyukdu.hec bir problemde yoxdu cox sukur.
6 iyul 2015 21:32
# 15
Немного терпения, и у тебя все получится..
Denizimm
mence yaw ferqi olmalidi en az 3 yaw
6 iyul 2015 20:18
# 14

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
aliceWOnDer
Ideal yas ferqi 5 olmalidi, amma mence 8 den yuxari olmamalidi..
6 iyul 2015 18:54
# 13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Dosta_inam
Mencede 4-5-yaş yaxşıdır,teşekkür.
6 iyul 2015 16:02
# 12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Meleknur
En ideal yaw ferqi 5 olmalidi bunu men coxdan bilirdim bacimin yoldawi bacimdan 8 yaw boyukdu ve cox yaxwida yola gedirler bacima uwag kimi baxir )
6 iyul 2015 16:01
# 11
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Mubariz Ve Men
9yaw boyukdu

Lap yaxwidi wukur mence yawin ferqi yoxdu
6 iyul 2015 15:49
# 10
)))....................................................
Mrs.Pianist
Gələcəkçün lazımlı xəbərdi.Məndən 6-7-8-9-10 və.s o qədər böyük olsun istəmərəm. 2-3-4-5 yaş ola bilər.Çoxda böyük olmasa yaxsıdı.
6 iyul 2015 15:23
# 9
Acısı çox olan qizların guluşu gozel olur.!
hazal♡
Yas ferqi 5 il olmalidi ele yqxsidi
6 iyul 2015 15:14
# 8
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
birdane
yoldasim menden 12il boyukdu yas ferqini hiss elemirem ozunu herden ele aparir ki ele bil o menim yasda men ise onun yasindayam
6 iyul 2015 14:09
# 7
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
RamiLya )))
Nishanlim menden 2 yash balacadi 3 ilden coxdu ki birlikdeyik amma hec yash ferqimizi hiss etmemishik eksine hemishe onun yaninda ozumu balaca hiss edirem hopp Mence bu insanin xarekterinden asili 1 sheydi )))
6 iyul 2015 13:58
# 6
KRALİCEM
Yoldasim menden 4-yas boyukdu
6 iyul 2015 13:53
# 5
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
neri
yoldasim 8yas ferqimuz var ama yasiyla xasuyeti ayrdi elebil 37yox 30yasi var.oncun bize problem deyil
6 iyul 2015 12:32
# 4
Sert
Fialka
Yaş fərqi bəziləri üçün önəmli olsada buna önəm verməyənlərdə var . Ancaq uyğunlaşma üçün yaş fərqidə olmalıdır təbii çox olmamaq şərtilə çünki yaş eyni olanda və lap çox fərq olanda fikir ayrılıqları və bundan yaranan problemlər ortaya çıxır . Əsas ortaq xüsusiyyətlərin olması və olduğu kimi qəbullənə bilməkdir..
6 iyul 2015 12:02
# 3
Mrs. Perfect
Ele mende evvelceden hemiwe fikirlewirdimki en coxu 5yaw boyuk ola biler menden cox yaw ferqi olmasin.. Burdada ele yazilibmiw
6 iyul 2015 10:47
# 2
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
BARBI
Evlilikde en azi 4 -5 yas ferqi olmalidir.

kisiler gec olgunlasir buna gore yas ferqi cox olsa yaxsidirki fikirler ust uste dussun
6 iyul 2015 10:43
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz