Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evliliyə hazırsınız? – Cütlüklərə 10 məsləhət
Evliliyə hazırsınız? – Cütlüklərə 10 məsləhət
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 1033
Səs ver:
Özünüzü evliliyə hazır hiss edirsinizmi? Evlənmək istədiyiniz biri ilə fikirləriniz üst-üstə düşürmü?
Xoşbəxt və sağlam evlilik üçün cütlüklərin bu suallara əvvəlcədən cavab tapması vacibdir.
İnsanlar sevgi və sevilmə, bioloji, psixoloji və sosial ehtiyaclarını ödəmək, dünyaya yeni nəsillər gətirmək, ictimaiyyətdə sosial bir statusa sahib olmaq, gələcəyə güvənlə baxa bilmək və cinsi həyatı sağlam olaraq nizamlamaq üçün evlənirlər.

Ani verilən evlilik qərarları xoşbəxt etmir
Evlilik qərarını gec verməklə ortaya çıxan "evlənmə qorxusu” yanlış qərarlara yol açır. Sadəcə məntiq, ya da sevgi üzərində qurulmuş evliliklər sonradan boşanmalara zəmin yaradır.

Evliliyin ilk illəri gələcəyin göstəricisidir
Evliliyin ilk illəri cütlüklərin gələcəyi üzərində təyinedici bir təsirə sahibdir. İlk illərdə tərəflərin göstərəcəyi fədakarlıq gələcəkdəki mənfi problemlərin həllində və xoşbəxt evliliyin inşasında mühüm rol oynayır. Hər evli cütlük ünsiyyət, problem həll etmə, valideynlik, evdəki rol paylaşımı, büdcə idarəsi və cinsi həyatı xoşbəxt ailə üçün öyrənməlidir.

Mühüm olanı həll yolunu tapa bilməkdir
Hər evlilikdə az, ya da çox mübahisələr yaşanır. Əsas olan mübahisənin sonunda həll yolu tapa bilməkdir. Mübahisə etmək, mübahisənin həllini bacarmamaq, tərəflərin gerçəkləşdirə bilməyəcəyi gözləntilər yaşamaq, tərəflərin bir-birinə vaxt ayırmaması, maliyyə problemləri, ailədəki rol paylaşımı, ünsiyyətin yetərsiz olması, cinsi problemlər, uşaqların böyüdülməsi məsələsində yaşanan çətinliklər evliliyi problemli hala gətirir. Bu mübahisələr də çox halda tərgitmə, boyun əymə və geri çəkilmə şəklində nəticələnir.

Evliliyi gücləndirmək üçün 10 tövsiyə:

Hər şərtdə qarşılıqlı hörmət göstərməyə çalışın.

Mübahisəni həll etmə bacarığına sahib olun.

Özünüzü tanımağa və şəxsiyyətinizi inkişaf etməyə çalışın.

Baş-başa vaxt keçirmək üçün fürsətlər yaradın.

Ortaq nələrsə edin.

Bir-birinizi bağışlamağı bacarın.

Ünsiyyət qurmağı öyrənin.

Bir-birinizə qarşı səmimi olun, dinləməyi bacarın.

Bir-birinizin yaxşı tərəflərini görməyə çalışın.


Şərhlər: 11
Baxılıb: 1033
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
hele 16 yasim olduguna gore evlilik haqqinda fikirlesmirem
2 iyul 2015 17:00
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
qes qiz
Evlilikde esas sebirdi sebirli olmağdı problem olan kimi boşanmağa getmey olmaz bu işde esas yük qadınların boynuna düşür qadınlar dözümlü olmalıdır her zaman qazananda qadınlar olur bunçun sebir ve dözümlüy lazımdı biz qadınlar tez asan yolu seçmemeliyik esas oduki çetini bacaraq
1 iyul 2015 18:16
# 10
Dosta_inam
Faydalı meslehetlerdi.teşekkür.
1 iyul 2015 17:16
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
bunlari esasen evliliye hazirlashan cutlukler oxusun kiminse megburiyyetiyle deyilde ozleri hazir olduqlari vaxtda aile qursunlar
1 iyul 2015 17:11
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
GünƏşimƏ_AiD_
Yenede her sheyin bashinda hormet gelir..tovusye uhun tshk kazim olacaqdir
1 iyul 2015 17:02
# 7
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Mrs.Pianist
Evlilik oyuncaq deyil,Evlenmemisden once dusunmek lazimdirki men bu mesuliyyeti dasiya bilecem?
1 iyul 2015 15:30
# 6
Acısı çox olan qizların guluşu gozel olur.!
Fialka
Evliliyə nə zaman hazır olduğunu hiss edərsənsə o zaman onun məsuliyyətini dərk edib o yola çıxmaq olar təbii ona görədə davranmağı bilməlidir insan. Daha lazımdır deyə evlənmək məcburiyyətində qalıb o addımı atmaq düzgün deyil ...
1 iyul 2015 12:14
# 5
ell.nell
Qerardan cox qismetde rol oynayır.Cunki Tanrı istemezse olmaz....
1 iyul 2015 11:54
# 4
qanadli melek
Evlilik qerari ani verilecek qerar deyil,cunki heyatinin qerarini verisen gerek yeterince taniyib duwunesen sonra qerar veresen.qarwiliqli hormetde cox onemlidi evlilikde hormet olduqca bagiwlamaqda bawa duwmekde asan olur
1 iyul 2015 11:49
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
Çox məsuliyyət tələb edir evlilik ani qərar isə sadəcə yersizlikdi.məsləhətlər isə olduqca işə yarayan bir məsləhətlərdir
1 iyul 2015 11:35
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Evlilik mesuliyet teleb edir ve men buna hazir deyilem. Evlilik problemlerin yukun derdlerin coxalmasidir ve bunu istemirem. En yaxsisi evlenmemekdir
1 iyul 2015 10:33
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz