Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təkrarlar münasibətə necə təsir edir?
Təkrarlar münasibətə necə təsir edir?
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 548
Səs ver:
Şəxsi həyatınızda qəribə hallar baş verir: ya anlaşılmayan münasibətə başlayırsınız, ya da seçdiyiniz insan köhnə sevgilinizə çox bənzəyir. Hadisələr, davranışlar, münasibət təkrarlanmağa başlayır. Ətrafınızda yüzlərlə fərqli insanlar var. Amma nədənsə, siz həmişə eyni tip oğlanlara aşiq olursunuz. Səbəb nədir? Təsadüf, yoxsa… Bunun müxtəlif səbəbləri var.

Təkrarlar münasibətə necə təsir edir?

Zövqlərimiz üst-üstə düşmür
Hər bir insan beynində müəyyən obraz canlandırır. Və seçdiyi insanda onu axtarmağa başlayır. Nəhayət, xəyallarının bir qismini özündə əks etdirən yarını tapırsan. Hər şey yolundadır. Nədənsə, o, səni tam qane etmir: münasibətlərdə söz-söhbət yaranır və dözə bilmirsən. Nəticədə, ayrılmağa qərar verirsiz. 
Bu hal bəzən 18-25 yaş arası gənclərdə olur. Sən onu həqiqətən sevdiyini düşünürsən. Amma ürəyinin dərinliklərində ona qarşı biganəsən. Bu, sevgi yox, simpatiyadır. Onda xəyallarında canlandırdığın obrazı axtarmaqdansa, onu olduğu kimi qəbul etməyə çalış. Bu münasibətin daha möhkəm olacağına zəmanət verir.

Hər şey keçmişdə qaldı
Ondan ayrılandan sonra hər şeyin yaxşı gedəcəyini düşünürdün. Amma nədənsə, onun hərəkətlərini, münasibətini və xasiyyətini unuda bilmirsən. Ən pisi isə qarşına çıxan hər oğlanda ona bənzər nəsə axtarırsan. O, nə qədər keçmiş sevgilinə bənzəyirsə, səni bir o qədər də çox cəlb edir. Vay o günə ki, onun hərəkətlərində yanlışlıq görəsən. Bu, hər ikiniz üçün problem yaradacaq. Çünki sən öz beynində canlandırdığın obraza köklənmisən, əksini qəbul etmirsən.
Bu tip münasibətlərdə səmimilik və həqiqi hisslər olmur. Əgər sən keçmiş sevgilinin xasiyyətinərə uyğun gələn birini axtarırsansa, özün də onunla istədiyin kimi davranmayacaqsan. Keçmiş sevgilinin xoşladığı hərəkətləri təkrarlayacaq, bəyəndiklərini edəcəksən. Bir müddətdən sonra isə içindəki hisslərə qarşı çıxdığını, onunla sadəcə oyun oynadığını görəcəksən. Nəticədə münasibət də uğursuzluğa düçar olacaq. Əgər gözəl bir münasibət qurmaq istəyirsənsə, onda qüsur axtarmağa çalışma. Bəlkə sən elə onda görmək istəmədiyin tərəflərə vurulacaq, keçmişi qaytarmaqdan əl çəkəcəksən.

Niyə hər şey yolunda getmir?
Hədəfə çatmaq üçün «marşrutu» dəqiq bildikdə onu əldə etmək asan olur. Münasibətlərdəki anlaşılmazlıq da elə buna bənzəyir. Bəziləri nə etdiklərini və hara getdiklərini yaxşı bilir, ona görə də özlərinə sevgili, oğlan dostu yox, gələcək həyat yoldaşı seçirlər. Amma sizin münasibətdə hər şey fərqli idi. Siz tanış olanda qarşınıza məqsəd qoymamısız. Sizə birlikdə xoşdu, gələcəyi isə heç düşünmürsüz də. Get-gedə hər iki tərəfin bir-birinə olan marağı itir. Zənglərin, mesajların və görüşlərin sayı azalır.
Sizin münasibətiniz əvvəldən risk altındadır. Axı hər bir cütlük qarşısına məqsəd qoymalı və o yolda maneələri dəf etməlidir. Səbəbsiz başlayan münasibətdə tərəflər arasında heç bir maraq olmur. Dostluq, ortaq maraqlar, səmimi söhbətlər bir münasibətin əsası ola bilməz. Sağlam münasibət üçün bünövrəni saxlayacaq «sementə» ehtiyac var. Bunu isə ilk tanışlıqdan etmək lazımdır. 

Obraza uyğun
Sən sakit, varlı və adlı-sanlı ailədə dünyaya gəlmisən. Həyatda ən böyük kumirin valideynlərin, ən əsası isə atan olub. Uşaqlıqdan tək bir amalın var: atana bənzəyən biri ilə ailə qurmaq. Ailə emosional təsir edir və oxşarlıqlar yaradır. Hər şey yolundadır, amma hər addımda onun hərəkətlərində qüsurlar tutur və bunu açıq-aşkar deməkdən çəkinmirsən. Hər dəqiqə «Atam bunu daha yaxşı edir», «Atamın bu hadisəyə reaksiyası belə olardı» kimi sözlərlə onu incidirsən.  Nəticədə, bir müddət sonra onun səndən uzaqlaşdığını görür və depressiyaya düşürsən.
«Ailə və onu necə qurmalı?» kitabının müəllifi, məşhur amerikalı psixoloq Robin Skinner yazır: bizi bir-birimiziə bağlayan səbəblər var, çünki biz psixoloji cəhətdən oxşarıq. Hər bir insanın xoşbəxt ailəsinə bənzər bir gələcək arzulaması normaldır. Amma qarşına çıxan birini buna məcbur etmək sağlam gələcək üçün təhlükəlidir. Bu tip münasibət üstündə qurulan ailə tez dağılır. Qarşındakı insanı valideynlərinə oxşadıb, onlardan misal çəkmək bir gün səni də bezdirəcək. Həyat yeniliklərlə maraqlıdır. Çalış, fərqli münasibəti qəbul edib, ondan zövq alaraq yaşayasan.
     
Münasibətlərdə qətiyyən olmaz:
· Onu kiminləsə müqayisə etmək.
· Hansı tip birini bəyəndiyini açıq-aşkar ona demək.
· Hər hərəkətində qüsur axtarmaq.
· Ona olan diqqəti azaltmaq.


Şərhlər: 5
Baxılıb: 548
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Tomris Müslümova
Sən bənddəkilər bu neçə ildə olmuyub çox şükür,olsa nöqtəni qoymağa çəkinmərəm
27 iyun 2015 21:22
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Catwoman666
Münasibətlərdə qətiyyən olmaz:
· Onu kiminləsə müqayisə etmək.
· Hansı tip birini bəyəndiyini açıq-aşkar ona demək.
· Hər hərəkətində qüsur axtarmaq.
· Ona olan diqqəti azaltmaq.


bunlara mutleq emel olunmalidir. eks teqdirde aradaki munasibet soyuya biler
27 iyun 2015 21:18
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
yaz_yamuru
Son bende mutleq emel edilmelidi
27 iyun 2015 19:38
# 3
vipbetul
her kesin aile tablosu basqadir ailen kimi valideyinin kimi ede bilmessen kimise o valideyinlerindi kimise valideyinine benzetmek demekdirki onuda o sevviyyede tutageysan mene gore ise valideyinin seviyyesinde hec kim tutula bilmez asaqilarda tutulmalidir valideyinden
27 iyun 2015 18:53
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Son bende emel edilmelidir. Ister kisi istersede qadina aiddi. Hec kes sevdiyinin onu tenqid etmesini alcaltmasini beyenmediyi xususiyetleri sadalamasini istemez
27 iyun 2015 10:45
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz