Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt nigahın sirrləri
Xoşbəxt nigahın sirrləri
Göndərən: emis
Şərhlər: 13
Baxılıb: 859
Səs ver:
"Nikahda kəramət var” – deyirlər. Doğurdan da yeni evlənən gənclər bir-birilərini elə sevirlər ki, xətalarını görmürlər.

Hər iki tərəf də qarşısındakının xətrinə dəyməmək , xoşbəxt etmək üçün sanki çırpınır. Elə isə, səadətinizin təməli olan bu xoşbəxt günləri bacardığınız qədər qorumağa çalışın. Yerli-yersiz göz yaşları, günlərlə davam edən küsülülüklər ilk vaxtlar həyat yoldaşınızın diqqətini cəlb etsə də, vaxt keçdikcə bütün bunlara alışacağı üçün silahınız əvvəlki kimi təsir göstərməyə bilər. Necə deyərlər: "Artıq naz aşiq usandırar”. Evliliyinizin bu ilk və ən gözəl günlərində "yersiz nazla aşiqinizi usandırmaq” əvəzinə gözəl keyfiyyətiniz, ağıllı davranışlarınızla onun qəlbini fəth etməlisiniz.

Evləndikdən sonra xoşbəxt olmaq üçün nişanlılıq dövündə bir-birinizlə necə davrandığınızı unutmamalısınız. Evlənməzdən əvvəl nişanlınız üçün nələr etdiyinizi xatırlamağa çalışın. O sizi, iş görərkən geyindiyiniz çirkli, yemək iyi gələn paltarla görmüşdümü? Saçınız daranmamış çıxmışdınızmı qarşısına? Tam əksinə, onun gözünə gözəl görünmək üçün həmişə baxımlı, səliqəli olmağa çalışırdınız. Onu düşünməkdən yorulmadığınız,  görər-görməz qəlbinizin çırpıntılarına mane ola bilmədiyiniz o gözəl günlərinizdə tez-tez görüşmək üçün bir fürsət axtarırdınız. Gözəl sözlər, aynaya baxanda onun gözünə necə göründüyünüzü düşünərək özünüzə səliqə- səhman vermək, sevincinizə sevinc qatırdı. Xatırladınız deyilmi? Bəs indi? Həmişəkindən daha çox ehtiyacınız olduğu halda , bu gözəl davranışlarınıza niyə nöqtə qoydunuz? Yoxsa, xoşbəxtlikdən, səadətdən, sevincdən imtina edirsiniz? Bəlkə nəyisə gözləyirsiniz? Bəlkə "məni beləcə, olduğum kimi qəbul etsin”, deyərək işin asanına qaçırsınız? Ancaq düşünün ki, o sizi olduğunuz kimi deyil, göründüyünüz kimi sevmişdi.

İndi bu xoşbəxtliyin davamı üçün siz də göründüyünüz kimi olmalısınız. Bəli, həyat yoldaşınızı həmişə gülər üzlə, şirin sözlə qarşılamağa tənbəllik etməyin. Onunla evinizin daimi qonağı kimi davranın, eyniylə nişanlı olduğunuz günlərdəki kimi çıxın qarşısına. Elə olsun ki, bu xoşbəxt qonaq qapıdan içəri addım atar-atmaz bütün yorğunluğunu, problemlərini unudacağına, öz isti yuvasından başqa heç bir yerdə rahat ola bilməyəcəyinə inansın.

Ona göndərmək istədiyiniz mesajı, söyləmək istədiyiniz gözəl bir sözü gecikdirməyin. "Əvvəlcə o başlasın” deyə gözləməyin. Onu nə qədər çox sevdiyinizi söyləməkdən çəkinməyin. Və xoşbəxt ola bilmək üçün xoşbəxt etməkdən usanmayın.


Şərhlər: 13
Baxılıb: 859
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
O ailede sevgi hörmet varsa o aile möhkem olacaq,Allah bütün aileleri xoşbext etsin,aile qurmaq asandir onu qoruyub saxlamaq çetindir.
2 iyun 2015 17:26
# 13
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
WiRiN BaLaM
çox düz yazilibdi
2 iyun 2015 17:13
# 12
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Alok
Vallah ne deyim cox beyendim ellerinize salliq.ele bilki bu sozler mene deyildi sanki ayilmiw kimi oldum.cox haqqlisiz
2 iyun 2015 00:08
# 11
''Anne olmadan anlayamazsın'' derdi annem melekler Ne kadar da haklıymış.Şimdi ona itiraf ediyorum ne kadar haklı olduğunu,gülümsüyor,gözleri doluyor anneciğimin.
Catwoman666
sevgi hormet ve sedaqet her seyden evvel gelir
1 iyun 2015 17:37
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
Və xoşbəxt ola bilmək üçün xoşbəxt etməkdən usanmayın.gerek senide xosbext etsinlerki sende xosbext ede bilesen

Və xoşbəxt ola bilmək üçün xoşbəxt etməkdən usanmayın.gerek senide xosbext etsinlerki sende xosbext ede bilesen
1 iyun 2015 15:18
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Düzdü ailədə möhkəm təməl üçün hörmət, anlayış və s. olmalıdır ancaq bundan başqa qadın həmişə baxımlı və özünə qarşı diqqətli olmalıdır. Düşünürəm ki, qeyd olunanlar doğrudur çünki bəziləri evlənənə qədər baxımlı gözəl görünməyə çalışır evləndikdən sonra baxımsız, kilolu birinə çevrilirlər adını da qoyurlar olduğum kimi sevsin )) axı evlənən də olduğun kimi baxımsız yox göründüyün kimi baxımlı olmusan )) ona görə kişilərə bu yöndə haqq veermək olar çünki heç kəs üstü yemək qoxan birisini sevməz axırda öz bildiyin edər, qadınada sonrakı peşmançılıq və çoxlu niyə demək sualı qalar))..
1 iyun 2015 15:06
# 8
Mrs.Pianist
Aileli deyilem ama menim fikrimce ailede sevgi ve hormet olmalidir.
1 iyun 2015 14:22
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
Tomris Müslümova
Sitat: aziz a
Sevgi ve hormet olsa ailede guclu.olar...yoxsaki mumkun deyil..

raziyam mence hetda sevgiden de once hormet olmalidir

Sitat: aziz a
Sevgi ve hormet olsa ailede guclu.olar...yoxsaki mumkun deyil..

raziyam mence hetda sevgiden de once hormet olmalidir
1 iyun 2015 14:17
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
aziz a
Sevgi ve hormet olsa ailede guclu.olar...yoxsaki mumkun deyil..
1 iyun 2015 12:29
# 5
Qelbim doludu !!!!
Melissa
sevigini hormeti aileni evliliyi qorumaq lazimdi...
1 iyun 2015 12:01
# 4
guler19
Elədirki var xoşbəxt ailə əmək istər. Ailə meyvəli ağac kimidir. Zəhmət çəkmək və sonda barını götürürsən.problemsiz evlilik olmur.aile hormet,sevgi,qaygi ister evliliyi qorumaq her iki terefin borcudur.
1 iyun 2015 11:17
# 3
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Antikvar
Mətndə hər bir cümləsi doğru vurğulanıb.Nişanlı olarkən gözəllik baxımındam evləndikdən sonra əsər əlamət qalmır."Evləndimdəm daha kimdi hər gün bəzənib düzənən" deyə deyimlərlə özlərini ovundurmaq ,sonra yoldaşının diqəət göstərmədiuoni gördükdə ondada başına döymək niyə belə edir deyə narazıçılıqlar.Bəlkədə ən nifrət etdiyim bir xusisiyyət var qadından yemək iyi gəlməkdi...Mən hər yemək bişirib qurtardıqdan sonra duş qəbul etməliyəm,yoxsa saçlarım paltarım soğan qoxusu vermək demək olarki özüm özümdən iyrənəcəm))Qadın mətbəxdə bir ailənin fədakarı qadını ola bilər,amma o mətbəxdən bir addım bu tərəfə gəldikdə həyat yoldaşının təmiz qoxulu gözəl qadını olmalıdı.Tşk maraqlı məqalə oldu.
1 iyun 2015 11:03
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
evlilik cox boyuk mesuliyyet teleb edir.evlenmek asanddir onemli olan evliliyi davam etdirmekdir. evlenenden sonra qadin kisi bir birine diqqet gostermir deyir eh nece olsa meni qebul edibde bu da arxyinlasdirir belece dava dalas problemler yaranir
1 iyun 2015 10:50
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz